Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-233/2025 17.09.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X15 Sadət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1971-ci ildə Şərur rayonunun Qıvraq kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilərək atasının X4, anasının X13 olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X3 ilə anası X13 birgə nikahlarından bir övladları olmuş, X1 *6 aprel 1996-cı ildə, anası X13 3* aprel 2*24-cü il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnaməni itirdiyini, anası X5 miras qalan Kəngərli rayonu Şahtaxtı kəndində yerləşən ümumi sahəsi 3533.43kv.m olan torpaq sahəsi və onun üzərində 132.38 kv.m fərdi yaşayış evi miras qalmışdır. Mərhum anası X5 miras qalan daşınmaz əmlakı sənədləşdirmək istədiyini, bu səbəbdən vərəsə olaraq doğum haqqında şəhadətnamə tələb olunur ki, doğum haqqında şəhadətnaməni tapa bilmir. Doğum haqqında şəhadətnamənin verilməsi barədə Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ünvanlandığı ərizəyə cavab olaraq bildirilır ki, “vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış İnformasiya sistemi üzrə 1968-1974-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlamalar aparılmış və doğum qeydi aşkar edilməmişdir. Eyni zamanda Maraqlı şəxs *2 iyul 2*25-ci il tarixli 3-16-5/8-15-122/2*25 nömrəli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin *1 mart 2*21-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdikləri qeydiyyat şöbələri tərəfindən icra edilir ki, itmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu bildirməklə məhkəməyə müraciət olunması izah olunmuşdur. Kəngərli rayon PŞ tərəfindən FİNxxxxxxx və AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bu səbəbdən də doğum faktının müəyyən olunmasını istədiyini göstərmişdir. Mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məktubla işlərinin çox olması barədə məlumat verərək, onun iştirakı olmadan baxıb qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərdiyi hallara uyğun uyğun izahat verərək xx.xx.1971-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olduğunu, nikaha daxil olarkən şəxsiyyət vəsiqəsi aldığını, valideynlərinin rəsmi nikaha daxil olmadıqlarını, buna görə də əvvəllər anasının soyadını daşıdığını, valideynlərinin birgə nikahlarından başqa uşaqlarının doğulmadığını və hər ikisinin də vəfat etdiyini, ona verilmiş doğum haqqında şəhadətnaməni itirdiyini, buna görə də doğum faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilərkən şahidlər Şahid3, Şahid2 və Şahid1 məzmunca eyni ifadələr verərək Ərizəçi ilə qohum və həmkəndli olduqlarını, onun xx.xx.1971-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olduğunu, milliyyətləri azərbaycanlı olmaqla atasının X3, anasının isə X13 olduğunu, Müşviqənin valideynlərinin birgə nikahlarından başqa uşaqlarının doğulmadığını və hər ikisinin də vəfat etdiyini göstərdilər. İş materiallarına əlavə olunmuş Ərizəçi məxsus AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1971-ci il tarixdə Azərbaycanda doğulmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs *2 iyul 2*25-ci il tarixli 2* nömrəli arayışına əsasən Ərizəçi doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs *2 iyul 2*25-ci il tarixli, 3-16-5/8-15- 122/2*25 nömrəli məktubuna əsasən Ərizəçi doğum akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs *7 iyul 2*25-ci il tarixli çıxarışından görünür ki, X3 28.*7.1996-cı ildə Şərur rayon Qıvraq kəndində vəfat etmiş, *6.*8.1996-cı il tarixdə ölüm kitabında 24 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 673478 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13.*5.2*24-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH **471197 nömrəli çıxarışdan görünür ki, X13 adına Kəngərli rayon Şahtaxtı kəndində yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 1*.*8.2*25-ci il tarixli, 23 nömrəli qeyddə X3 ilə X6 Maraqlı şəxs arxivində nikah qeydi aşkar olunmadığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli rayon Qıvraq kənd soveti tərəfindən verilmiş V-ЖГ № 433463 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasında 22.*4.1991-ci il tarixdə nikah rəsmi nikah bağlanmış, nikah həmin tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada "Cəlilova" soyadı verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı, şahidlərin ifadəsi və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, Cəlilova (Əliyeva) Müşviqə Yusif qızı xx.xx.1971-ci ildə Şərur rayonun Qıvraq kəndində doğulmuşdur. Doğum akt qeydi də orada aparılmışdır. X1, anası X9r. Doğum haqqında şəhadətnamə ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün lazımdır və hüquqi əhəmiyyət kəsb edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən də, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin normativ-hüquqi aktın 16-cı bəndinə əsasən Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçinin doğumun qeyd edilməsi faktı müəyyən olunmalı, ona doğum haqqında şəhadətnamə verilərək həmin şəhadətnamədə ata qrafasında X3 (milliyyəti azərbaycanlı), ana qrafasında X13 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 3*5.1.1, 3*7, 216-22*, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1971-ci ildə Şərur rayonunun Qıvraq kəndində doğulması, atasının - (milliyyəti azərbaycanlı) X3, anasının - (milliyyəti azərbaycanlı) X13 olması faktı müəyyən edilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlham İbrahimov
Məhkəmə qərarları › İş №2(111)-233/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-233/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver