Məhkəmə qərarları › İş №2(111)-251/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-251/2024

29.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-251/2024 29.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "Torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması və torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Kəngərli Rayon Xok kəndində yerləşən torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması və torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə sahəsi 1.12 ha torpaq sahəsi 24 may 2006-cı il tarixdə onun mülkiyyətinə verilmişdir. Təxminən 2014-cü il tarixdə Cavabdeh ilə razılaşaraq ona məxsus Kəngərli rayon Xok kəndində yerləşən torpaq sahəsini 600 manata əkin əkməyi üçün vermiş və razılaşmışlar ki, həmin torpaq sahəsini nə vaxt istəsə ona verəcəkdir. Cavabdeh torpaq sahəsini geri qaytarması üçün müraciət etsə də o, həmin torpaq sahəsini qaytarmaqdan imtina edir və onu tutdurmaqla hədələyir. Bununla bağlı Kəngərli rayon Polis İdarəsinə müraciət etmiş, lakin Kəngərli rayon Polis idarəsi məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. O, də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun verdiyi izahatında iddiasını müdafiə etdiyini, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Kəngərli Rayon Xok kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ailə başçısı olmaqla ona və ailə üzvlərinə verildiyini, təxminən 8-10 il əvvəl, 2014-cü il tarixdə gözündən əməliyyat olunacağı üçün pula ehtiyacının olduğunu, bunun üçün də öz adına olan Kəngərli Rayon Xok kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 600 manat qarşılığında əkməsi üçün Cavabdeh verdiyini, həmin pulu nə vaxt qaytararsa Mustafanın da torpaq sahəsini qaytaracağı razılığına gəldiklərini, bu illər ərzində torpağın onun istifadəsində olduğunu, indi isə Mustafanın həmin torpaq sahəsini qaytarmadığını, torpaq sahəsini 600 manat puldan əlavə olaraq inək verərək aldığını dediyini, amma Mustafadan 600 manatdan başqa heç nə almadığını, torpağı ona satmadığını, torpağın həm də ailə üzvlərinin birgə mülkiyyətində olduğunu, lakin torpağı Mustafanın istifadəsinə verən zaman həyat yoldaşının və uşaqlarının Türkiyə Respublikasında olduğunu, torpaq sahəsinin Mustafaya verilməsindən onların xəbəri olmadığını, onlardan heç bir yazılı razılıq almadığını bildirərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırki işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə olan iştirak edən iddiaçının izahatını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”a dair JN-0627, KOD 10800038 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində İddiaçı ailə başçısı olmaqla X4, X5, X3 və X2 ümumi birgə mülkiyyət hüququ əsasında 1.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı və onun həyat yoldaşı Ələkbərova (Əsgərova) Lətifə Əsgər qızının adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində olan məlumata əsasən 1033.47 kv.m həyətyanı və 11200.03 kv.m (JN-0627 KOD ********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Kəngərli rayon Xok kəndində birgə mülkiyyət kimi qeydı alınmışdır. Başqa heç bir əmlak qeydə alınmamışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını və iş əlavə edilmiş sənədlərə hüququ qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, iş üzrə Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə hüququ itirilmiş hesab olunmalı və torpaq sahəsindən məcburi çıxarılmalıdır. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində yerləşən İddiaçı ailə başçısı olmaqla X4, X5, X3 və X2 ümumi birgə mülkiyyət hüququ əsasında 1.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, hazırda həmin torpaq sahəsi iş üzrə Cavabdeh istifadəsindədir və həmin torpaq sahəsini iddiaçıya qaytarmır. İddiaçı isə Cavabdeh torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması və torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini tələb edir. Həmçinin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisəli edilən torpaq sahəsinin istifadəsi və alğı-satqısı ilə əlaqədar tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək kimi hüquqi təsbit olunmuş geniş səlahiyyətidir, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı hüquqi əsasa söykənməməklə, mülkiyyətçilərin daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Kəngərli rayon Xok kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na dair JN-0627, KOD 10800038 nömrəli şəhadətnamə üzrə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməklə həmin torpaq sahəsindən məcburi çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə məhkəmədə baxılması ilə iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Kəngərli rayon Xok kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na dair JN-0627, KOD 10800038 nömrəli şəhadətnamə üzrə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin və o, həmin torpaq sahəsindən məcburi çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar