Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-255/2024 08.10.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakim əvəzi X2, İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış və istifadə hüququnun tanınması və mənzilə məcburi köçürülməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli rayon Şahtaxtı kəndində yerləşən JN-209A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında evin tərkib hissəsindən İddiaçı1, İddiaçı4 Cəmaləddin oğlunun, İddiaçı2 Cəmaləddin qızının və İddiaçı3 yaşayış və istifadə hüququnun tanınması və İddiaçı1, İddiaçı4 Cəmaləddin oğlunun, İddiaçı2 Cəmaləddin qızının və İddiaçı3 Kəngərli rayon Şahtaxtı kəndində yerləşən evə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçılar iddia ərizəsində cavabdeh kimi Cavabdeh4 və onun ailə üzvlərini göstərsələr də, iddia ərizəsinin məzmununda sözü gedən yaşayış evində Məmmədov Cəmaləddinin yaşadığını və onları şəxsən Cəmaləddin Məmmədovun evdən çıxardığını, hazırda Cəmaləddin Məmmədovun həmin yaşayış evində yaşamaqla iddiaçıları həmin ünvanda yaşamalarına şərait yaratmadığını göstərmişlər. İddiaçılar cavabdehlərlə aralarında olan mübahisənin məhz hansı formada olmasını, cavabdehlərin hər birinə qarşı yönələn tələbləri göstərməmiş, həmçinin iddia ərizəsinin forma və məzmununa riayət etməyərək, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı Naxçıvan Şəhər Məhkəməsi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 149.2.1. və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, iddiaçılar onları yaşayış sahəsindən X1 tərəfindən məcburən çıxarmasını iddia ərizəsində göstərsələrdə iddia ərizəsində cavabdehlər digər şəxslər yazılmışdır. Buradan da belə məlum olur ki, torpaq sahəsinə paylı mülkiyyətçilər həmin mübahisə olunan tikili ilə bağlı heç bir mübahisə yaratmamışdırlar. İddiaçı1 və qeyrilərinə izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi qaytarıldığına görə İddiaçı1 30 oktyabr 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 50 manat və 06 avqust 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 50 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki Azərbaycan Respublikasının MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış və istifadə hüququnun tanınması və mənzilə məcburi köçürülməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 30 oktyabr 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 50 manat və 06 avqust 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 50 manat dövlət rüsumu da qaytarılsın. İddiaçı1 və qeyrilərinə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim əvəzi: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(111)-255/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-255/2024
08.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver