Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-255/2025 01.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X14 Sadət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X6 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1987-ci ildə Ermənistan SSR Ararat rayonun Dəvəli kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilərək atasının Şahid5, anasının Şahid4 olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Ararat rayonunun Dəvəli kəndində doğulmuş, Atam Şahid5, anam isə Şahid4 olduğunu, 1988-ci ildə erməni silahlı qüvvələri tərəfindən məcburi köçürülərək Azərbaycana gəlmiş, haliyədə Kəngərli rayon Çalxanqala kəndində yaşadığını, Ermənistandan köçərkən bəzi sənədlərinin, o cümlədən doğum haqqında şəhadətnaməni gətirə bilmədiyini, indiyə kimi də doğum haqqında şəhadətnaməsinin lazım olmamış və hüquqi savadsızlığından da şəxsiyyət vəsiqəsi də almamış, lakin Çalxanqala kənd İcra Nümayəndəliyində təsərrüfat başına kitabda qeydiyyata düşdüyünü, həmçinin torpaq islahatı zamanı da ona atasının üstündə torpaq payı verildiyini, hazırda özünə şəxsiyyət vəsiqəsi almaq istədiyini, bunun üçün doğum haqqında şəhadətnamə tələb olunduğunu, onun da doğum haqqında şəhadətnaməsi olmadığı üçün çox şeylərdən məhrum olduğunu, doğum şəhadətnaməsi barədə qeydiyyat şöbəsinin arxivində də müraciət etsə də heç bir məlumat olmadığını, ona doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də uzun müddət keçdiyinə görə və lazım olan sənədləri təqdim edə bilmədiyinə görə ona doğum haqqında şəhadətnamə verilməsindən imtina edildi və bu barədə ona müvafiq məktub verildiyini, doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məktubla işlərinin çox olması barədə məlumat verərək, onun iştirakı olmadan işə baxılıb qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərdiyi hallara uyğun izahat verərək xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Ararat rayonunun Dəvəli kəndində anadan olduğunu, təqribən bir il sonra Ermənistan SSR-nin Ararat rayonundan erməni silahlıları tərəfindən məcburi qovularaq Azərbaycan Respublikası Naxçıvan MRnın Babək rayonun Çalxanqala kəndinə gəldiyini, Ermənistandan köçərkən bəzi sənədlərinin, o cümlədən doğum haqqında şəhadətnaməni gətirə bilmədiyini, hazırda doğum şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsini də ala bilmədiyini, doğum faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilərkən şahidlər Şahid5 və Şahid4 məzmunca eyni ifadələr verərək X2 valideynləri olduqlarını, qızları Lalanın xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Ararat rayonunun Dəvəli kəndində anadan olduğunu, 1988-ci ilin axırlarında Ermənistandan məcburi köçdüklərini, köçərkən sənədlərinin çoxunu, o cümlədən Lalanın doğum haqqında şəhadətnaməsini də itirdiklərini, Lalanın atasının Şahid5, anasının isə Şahid4 olduğunu göstərdilər. Məhkəmə iclasında dindirilərkən şahidlər Şahid3 və Şahid2 məzmunca eyni ifadələr verərək X6 ilə qohum və həmkəndli olduqlarını, onun xx.xx.1987-ci ildə Ermənistan SSRnin Ararat rayonunun Dəvəli kəndində anadan olduğunu, milliyyətləri azərbaycanlı olmaqla atasının Şahid5, anasının isə X4 olduğunu, Lala Abdullayevanın valideynlərinin birgə nikahlarından 5 uşaqlarının doğulduğunu göstərdilər. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Çalxanqala kənd İƏDÜN-nin 2* dekabr 2*24-cü il tarixli fotoşəkilli arayışına əsasən X1 rayon Çalxanqala kənində yaşayır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Çalxanqala kənd İƏDÜN-nin *7 avqust 2*25-ci il tarixli arayışına əsasən xx.xx.1987-ci ildə təvəllüd etmiş X6 1988-ci ildə Qarabağ hadisələri ilə əlaqədar keçmiş Ermənistan SSR Ararat rayonunun Dəvəli kəndindən erməni silahlı qüvvələri tərəfindən məcburi qovulmuşdur. X9 Respublikası Kəngərli rayon Çalxanqala kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 19 dekabr 2*24-cü il tarixli 9* nömrəli arayışına əsasən X2 doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 19 dekabr 2*24-cü il tarixli, 3-16-5/8- 15-245/2*24 nömrəli məktubuna əsasən X2 doğum akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş erməni dilindən tərcümə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid5 ilə X7 arasında 1*.*9.198*-ci ildə 36 nömrə ilə nikah qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada " Abdullayeva " soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN- 392 kod 1*3***18 şəhadətnamədə ailə başçısı Şahid5, digər ailə üzvləri və 6-cı isə X6 göstərilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı, şahidlərin ifadəsi və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, X8 xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Ararat rayonunun Dəvəli kəndində doğulmuşdur. 1988-ci ildə Ermənistandan məcburi köçürüldükləri zaman doğum haqqında şəhadətnaməsi itmişdir. Doğum haqqında şəhadətnamə ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün lazımdır və hüquqi əhəmiyyət kəsb edir. Həmçinin iş materiallarında olan fotoşəkilli arayışdan da görünür ki, məhkəmə iclasında ərizəçi qismində iştirak edən şəxs X3r. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən də, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin normativ-hüquqi aktın 16-cı bəndinə əsasən Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçinin xx.xx.1987-ci ildə Ermənistan SSR-in Ararat rayonunun Dəvəli kəndində doğulmasının qeyd edilməsi faktı, atasının Şahid5 (milliyyəti azərbaycanlı), anasının Şahid4 (milliyyəti azərbaycanlı) olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 3*5.1.1, 3*7, 216-22*, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1987-ci ildə Ermənistan SSR-in Ararat rayonunun Dəvəli kəndində doğulmasının qeyd edilməsi faktı, atasının-(milliyyəti azərbaycanlı) Şahid5, anasının- (milliyyəti azərbaycanlı) Şahid4 olması müəyyən edilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlham İbrahimov
Məhkəmə qərarları › İş №2(111)-255/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-255/2025
01.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver