Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-262/2024 18.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi, onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx xxxxx 1967-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Paşalı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilərək atasının X4, anasının X11 olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2, anası X11 ilə birgə nikahlarından üç övladları olmuş, qardaşı X5, X6 və o, Həsənzadə (Həsənov) Təvəkkül Məhəmməd oğlu Ermənistan Respublikası Əzizbəyov rayon Paşalı kəndində xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. 1979-cu ilin oktyabr ayında Azərbaycan Respublikası, Naxçıvan MR Kəngərli rayon (Babək rayon) Təzəkənd kəndinə ailəsi ilə birlikdə gəlib həmin kənddə yaşamışdır. 1979-cu il tarixdə Kəngərli rayon (Babək rayon) Təzəkənd kəndində orta məktəbə getmiş, 9-1*-cu sinifləri Kəngərli rayon (Babək rayon) Xıncab kəndində təhsilini bitirmişdir. Ailə həyatı qurmuş, münasibətləri uyğun gəlmədiyindən Kəngərli Rayon Məhkəməsinin *5.11.2*1*-cu il tarixli qətnaməsi əsasında nikahı pozulmuşdur. 16 avqust 2*24-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Təxminən 1994-1996-cı illərdə Həsənov soyadını Həsənzadə soyadı ilə əvəz etdirmişdir. 27.*8.2*24-cü il tarixdə X13 ilə ailə həyatı qurmuş, evliliyinin Türkiyə Respublikasında tanınması üçün nikah haqqında şəhadətnaməni Türkiyə konsulluğuna təqdim etmiş, həmin zaman doğum haqqında şəhadətnaməni istəmişlər. Doğum haqqında şəhadətnamə olmadığından Maraqlı şəxsnə doğum haqqında şəhadətnaməni təkrar almaq üçün müraciət etmiş, müəyyən olunmuşdur ki, doğum haqqında şəhadətnaməsi qeydiyyata alınmamışdır. Doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında tərtib edildiyi üçün vətəndaşa doğum haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmadığı qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamə lazımdır ki, Türkiyə konsulluğuna təqdim edə bilsin ki, X13 ilə nikahları Türkiyə Respublikası tərəfindən tanınsın və rəsmiləşdirilsin. Bu səbəbdən doğum haqqında şəhadətnaməni başqa yolla ala bilmir. Məcbur qalıb məhkəməyə müraciət edir. Babək rayon Mərkəzi Xəstəxanasının 18 sentyabr 2*24-cü il tarixli, 248 nömrəli arayışına əsasən Həsənzadə (Həsənov) Təvəkkül Məhəmməd oğlunun doğulmasına aid hər hansı tibb sənəd tapılmadığı qeyd olunmuşdur. Maraqlı şəxs 26.*8.2*24-cü il tarixli, 5* nömrəli arayışına əsasən Həsənzadə (Həsənov) Təvəkkül Məhəmməd oğlunun doğulmasına aid hər hansı tibbi sənəd tapılmadığı qeyd olunmuşdur. 1979-cu il tarixdə Azərbaycana qayıdanda müvafiq dövlət orqanlarına müraciət edib doğum haqqında şəhadətnaməni indiyədək qeydiyyata aldırmamışdır. Hazırda doğum haqqında şəhadətnamənin surətini almaq istəsə də, doğum haqqında qeydi qeydiyyat şöbəsi tərəfindən aparılmadığından Ermənistan Respublikası Əzizbəyov rayon Paşalı kəndində xx.xx.1967-ci il tarixdə anadan olmağını, atasının X4, anası X11 olmağını, şahidlər Kəngərli rayon Çalxanqala kənd sakinləri X8 (əlaqə nömrəsi *6*-466- 43-23), X9 (əlaqə nömrəsi-*6*-548-36-91) və X12 (əlaqə nömrəsi: *6*-548-35-69) təsdiq edir. İş üzrə ərizəçi məhkəmənin hazırlıq iclasında ərizəsinə dəqiqləşdirmə verərək xx xxxxx 1967-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zeytə kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilərək, atasının X4, anasının X11 olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi qismində iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun verdiyi izahatında iddiasını müdafiə etdiyini, xx xxxxx 1967-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayon Zeytə kəndində anadan olduğunu, atasının X4, anasının X11 olduğunu, onların rəhmətə getdiklərini, 1979-cu ilin oktyabr ayında Təzəkənd kəndinə ailəsi ilə birlikdə gəlib yaşadıqlarını, 1993-cü ildə soyadının “Həsənzadə” olaraq dəyişdiyini, ailə həyatı qurduğunu, nikahının pozulduğunu, həmin vaxtlar doğum haqqında şəhadətnaməni itirdiyini, sonradan türk vətəndaşı X14 ilə ailə həyatı qurduğunu, nikahlarını 27 avqust 2*24-cü il tarixdə Naxçıvanda rəsmi qeyd etdirdiklərini, ailəsi ilə Türkiyə Respublikasında da yaşadığını, Türkiyədə nikahının tanınması üçün nikah haqqında şəhadətnaməni Türkiyə konsulluğuna təqdim etdiyini, sənəddə ana adı qeyd edilməli olduğundan doğum haqqında şəhadətnaməni təqdim etməli olduğunun ona bildirildiyini, doğum haqqında şəhadətnamə olmadığından Maraqlı şəxsnə müraciət etdiyini, lakin ala bilmədiyini, məhkəməyə müraciət etməli olduğunu dediklərini, qeyd etdiyi hüququnu realizə edə bilmədiyini bildirərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə ərizəçinin vəkili Vəkil ərizəçinin izahatına tam uyğun izahat verərək, ərizəçinin xahişinin təmin olunmasını xahiş etdi. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilərkən şahidlər X8, X9 və X12 məzmunca eyni ifadələr verərək ifadələrində Ermənistan SSR-in Əzizbəyov rayonunun Zeytə kəndində doğulduqlarını, Ərizəçi ilə həmkəndli olduqlarını, onun ailəsi ilə birlikdə 1979-cu ildə Azərbaycana köçdüyünü, Təzəkənd kəndində məskunlaşdığını, özlərinin isə hazırda Çalxanqala kəndində yaşadıqlarını, Təvəkkülün 1967-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zeytə kəndində doğulduğunu, milliyyətləri azərbaycanlı olmaqla atasının X4, anasının X11 olduğunu göstərdilər. İş materiallarına əlavə olunmuş Ərizəçi məxsus AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1967-ci il tarixdə Ermənistanda doğulmuşdur. İş materiallarına əlavə olunmuş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Ərizəçi şəxsi məlumatlarından çıxarışdan görünür ki, o, xx.xx.1967-ci il tarixdə Əzizbəyov rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 26 avqust 2*24-cü il tarixli arayışına əsasən Ərizəçi doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 26 avqust 2*24-cü il tarixli, 3-16-5/8- 15-158/2*24 nömrəli məktubuna əsasən Ərizəçi doğum akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Asan- Naxçıvan tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən Ermənistan, Əzizbəyov rayonunda doğulmuş, xx.xx.1967-il təvəllüdlü Ərizəçi Kəngərli rayonunun Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 24 sentyabr 2*24-cü il tarixli JQ-V 337533 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X4 2*.*8.1999-cu il tarixdə Kəngərli rayon Təzəkənd kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 24 sentyabr 2*24-cü il tarixli AZ-İ 494*86 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X11 3*.12.2*13-cü il tarixdə Kəngərli rayon Təzəkənd kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 567*31 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1967-ci ildə doğulmuş Ərizəçi 27 avqust 2*24-cü il tarixdə Türkiyə Respublikası vətəndaşı *7.12.1961-ci ildə doğulmuş X14 ilə rəsmi nikaha daxil olmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı, şahidlərin ifadəsi və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, Ərizəçi xx xxxxx 1967-ci ildə Ermənistan SSRin Əzizbəyov rayonunun Zeytə kəndində doğulmuşdur. Doğum akt qeydi də orada aparılmışdır. X2, anası X7r. Milli münaqişə ilə əlaqədar olaraq Ərizəçi ailəsi ilə birlikdə Ermənistandan məcburi qovulmuşdur. Ərizəçi Türkiyə Respublikası vətəndaşı F.Yazıcı ilə nikaha daxil olmuş, həmin nikahın Türkiyə Respublikasında rəsmiləşdirilməsi üçün Ərizəçi doğum haqqında şəhadətnaməsi tələb olunur. Ərizəçi isə hazırda Ermənistan SSR-in Əzizbəyov rayonunun Zeytə kəndində doğulmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bərpası mümkün deyildir və “doğum haqqında şəhadətnamə”sinin olmaması iddiaçıya bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, Ərizəçi xx xxxxx 1967-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zeytə kəndində doğulmasının qeyd edilməsi faktı, atasının X4, anasının isə X11 olması müəyyən edilməlidir. Çünki doğum haqqında şəhadətnamə ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün lazımdır və hüquqi əhəmiyyət kəsb edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən də, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin normativ-hüquqi aktın 16-cı bəndinə əsasən Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçinin doğumun qeyd edilməsi faktı müəyyən olunmalı, ona doğum haqqında şəhadətnamə verilərək, həmin şəhadətnamədə ata qrafasında X4 (milliyyəti azərbaycanlı), ana qrafasında X11 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 3*5.1.1, 3*7, 216-22*, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1967-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zeytə kəndində doğulmasının qeyd edilməsi faktı, atasının - (milliyyəti azərbaycanlı) X4, anasının - (milliyyəti azərbaycanlı) X11 olması müəyyən edilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №2(111)-262/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-262/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver