Məhkəmə qərarları › İş №2(111)-372/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-372/2025

04.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-372/2025 04.03.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X2 Sadət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və qeyriləri Cavabdeh qarşı məhkəməyə iddia ərizə ilə müraciət edərək mülkiyyətlərində olan Kəngərli rayon Qarabağlar kəndində yerləşən torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə təqdim edərək cavabdehin artıq torpaq sahəsini geri qaytardığını bildirərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçı ilə barışdıqlarını bildirmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçıların ərizəsi qaytarılmalıdır. Çünki onlar ərizənin qaytarılması barədə vəsatət vermişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, İddiaçı1 18 dekabr 2025-ci il tarixdə ********** nömrəli qəbz əsasında ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı1 18 dekabr 2025-ci il tarixdə ********** nömrəli qəbz əsasında ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar