Məhkəmə qərarları › İş №2(111)-39/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-39/2024

27.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-39/2024 27.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 Cavabdeh2 və Cavabdeh4 qızından qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneənin aradan qaldırılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh3 tərəfindən Kəngərli rayon Xok kəndində yerləşən mülkiyyətində olan qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 yanvar 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən iş üzrə iddiaçıya hər bir cavabdehə qarşı yönələn tələbin, eləcə də qaldırılan tələbin nədə ifadə olunmasının dəqiqləşdirməsi təklif olunmuş, iş üzrə cavabdeh məhkəmənin növbəti hazırlıq iclasında dəqiqləşdirmə verəcəyini bildirsə də, növbəti məhkəmə hazırlıq iclaslarında iştirak etməyərək hər hansı bir dəqiqləşdirmə verməmişdir. Mülki iş hazırlıq iclasında baxılması üçün 14 fevral 2024-cü il və 27 fevral 2024-cü tarixlərə təyin olunmuş, tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh3 14 fevral 2024-cü il və 27 fevral 2024-cü tarixlərə təyin olunmuş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, iddiaçı və digər cavabdehlər isə heç bir üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclaslarına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməyərək onların iştirakı olmadan işə baxmağı xahiş etməmişlər. Mülki iş üzrə iddiaçının məhkəməyə gəlməməyi səbəbindən iş kifayət qədər hazırlanmış hesab edilməyərək məhkəmə baxışına təyin edilməsi mümkün olmamışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə yuxarıda qeyd edilənləri və iddiaçının məhkəmə hazırlıq iclasına gəlməməsini, eləcə də qaldırılan tələbin nədə ifadə olunmasını, hər bir cavabdehə qarşı yönələn tələbin müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, mülki işin məhkəmə baxışına təyin edilməsi mümkün deyil və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı 29 noyabr 2023-cü il tarixli ********** nömrəli qəbzlə ödədiyi 101 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Tərəflərə izah olunmalıdır ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 Cavabdeh2 və Cavabdeh4 qızından qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması,torpaq sahəsindən istifadə və sahibliyə olan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı 29 noyabr 2023-cü il tarixli ********** nömrəli qəbzlə ödədiyi 101 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar