Məhkəmə qərarları › İş №2(111)-40/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-40/2021

05.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-40/2021 05.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, Mənsimova İnnamə Zəfər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Kəngərli rayon Qarabağlar kəndində yerləşən, mərhum X1na məxsus fərdi yaşayış evini və torpaq sahəsini miras olaraq qəbul etməsi və vərəsəliyin açılma yerinin Kəngərli rayon Qarabağlar kəndi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci ildə Kəngərli rayon Qarabağlar kəndində doğulmuşdur. X1, anası isə X14r. Valideynlərinin ikisi də 1996-cı ildə vəfat etmişlər. Ailədə dörd bacı və üç qardaş olmuşlar. Valideynləri vəfat etdikdən sonra onların Qarabağlar kəndində yerləşən yaşayış evləri və həyətyanı torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə və yaşayış evinə onlar vəfat etdikdən sonra faktiki olaraq ərizəçi sahiblik etmişdir. Evə faktiki sahiblik edərək mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ərizəşinin qardaş və bacıları da notariat qaydada təsdiq olunmuş ərizə verərək həmin əmlakdan onlara çatan paydan imtina etmişlər. Digər vərəsələrlə ərizəçi arasında miras əmlaka dair hüquqla bağlı mübahisə yoxdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də, bundan imtina edilərək ərizəçiyə müvafiq məktub təqdim olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Maraqlı şəxs dövlət notariusu X17 mahiyyəti üzrə izahat verərək ərizəçinin mirası qəbul etmə müddətini ötürdüyündən ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edildiyini və ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmədə ərizəçi qismində dindirilən Ərizəçi valideynlərinin ikisinin də 1996-cı ildə vəfat etdiklərini, qardaş və bacılarının hamısının mirasdan imtina etdiklərini, yeganə mirasçı kimi özünün qaldığını, valideynləri rəhmətə getdikdən sonra evə və həyətyanı sahəyə özünün sahiblik etdiyini, miras qalmış əmlaka sənəd almaq üçün notariat orqanına müraciət etdiyini, lakin müddətin buraxıldığını əsas götürərək imtina edildiyini, valideynlərindən qalan əmlaka yalnız özünün sahib çıxdığını kənd camaatının və qonşularının da təsdiqlədiyini göstərərək, mərhum X1ndan miras kimi qalmış fərdi yaşayış evini və torpaq sahəsini miras olaraq qəbul etməsi və vərəsəliyin açılma yerinin Kəngərli rayon Qarabağlar kəndi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X45 və X22 məzmunca eyni ifadələr verərək Ərizəçi qonşusu olduqlarını, Məhparənin valideynlərinin 1996-cı ildə vəfat etdiklərini, onlar vəfat etdikdən sonra onlardan qalan evə və həyətyanı torpaq sahəsinə Məhparənin özünün sahiblik etdiyini, evə yaxşı baxdığını, həyətyanı sahədə olan ağaclara qulluq edərək orada becərmə işlərinin apardığını, Ərizəçi başqa Mehtiyev Yadullanın digər uşaqlarının həmin evə sahiblik etmədiklərini göstərdilər. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli ölüm akt qeydindən çıxarışa əsasən X16 xx xxxx 1996-cı il tarixdə Naxçıvan MR Şərur rayon Qarabağlar kəndində vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli ölüm akt qeydindən çıxarışa əsasən X26 xx xxxx 1996-cı il tarixdə Naxçıvan MR Şərur rayon Qarabağlar kəndində vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli doğum akt qeydindən çıxarışa əsasən X4 xx.xx.1950-ci ildə doğulmuşdur. X1, anası isə X14r. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd İƏDÜNnin xx xxxxxx 2021-ci il tarixli arayışına əsasən X27 1955-1960-cı illər aralığında vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon Dövlət Arxivinin xx xxxxxx 2021-ci il tarixli arayışına əsasən X5 anası X29 xx xxxxxx 1993-cü ildə vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd İƏDÜNnin xx xxxxxx 2021-ci il tarixli 222/21 nömrəli arayışına əsasən X5 1. Yoldaşı -X23, 2. Qızı - X12, 3. Oğlu - X18, 4. Qızı - X15, 5. Oğlu - X19, 6. Qızı - X20, 7. Oğlu - X24, 8. Qızı - X21 adında vərəsələri vardır. İş materiallarında olan X6 notariat qaydada təsdiq olunmuş ərizəsində göstərir ki, X1ndan miras qalmış əmlakı qəbul etməmiş və etmək istəmir. İş materiallarında olan X7 notariat qaydada təsdiq olunmuş ərizəsində göstərir ki, X1ndan miras qalmış əmlakı qəbul etməmiş və etmək istəmir. İş materiallarında olan X8 notariat qaydada təsdiq olunmuş ərizəsində göstərir ki, X1ndan miras qalmış əmlakı qəbul etməmiş və etmək istəmir. İş materiallarında olan X13 notariat qaydada təsdiq olunmuş ərizəsində göstərir ki, X1ndan miras qalmış əmlakı qəbul etməmiş və etmək istəmir. İş materiallarında olan X9 notariat qaydada təsdiq olunmuş ərizəsində göstərir ki, X1ndan miras qalmış əmlakı qəbul etməmiş və ondan imtina etmişdir. İş materiallarında olan X3 notariat qaydada təsdiq olunmuş ərizəsində göstərir ki, X1ndan miras qalmış əmlakı qəbul etməmiş və tələbi yoxdur. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd İƏDÜNnin xx xxxxxx 2021-ci il tarixli arayışına əsasən X5 ölümündən sonra ona məxsus yaşayış evinə və torpaq sahəsinə Ərizəçi sahiblik etmiş və ona məxsus təsərrüfatı idarə etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və bu haqda məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən X10 adına Naxçıvan MR Kəngərli Rayonu Qarabağlar kəndində yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 24/3 nömrəli reyestr kitabının 450 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, ərizəçinin valideynləri 1996-cı ildə vəfat etmişlər, ərizəçinin X1nun adına Naxçıvan MR Kəngərli Rayonu Qarabağlar kəndində yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Valideynlərinin ölümündən sonra ərizəçinin X1ndan miras qalmış əmlakı qızı yəni Ərizəçi faktiki olaraq qəbul edərək miras əmlaka sahiblik etmiş, əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Həmçinin müəyyən olunur ki, miras qoyanın valideynləri sağ deyil və digər vərəsələri də miras əmlakdan imtina etmişdir. Mirasın açıldığı yer Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış miras qoyanın yaşadığı yer - Kəngərli rayon Qarabağlar kəndidir. Miras əmlak miras qoyanın öldüyü xx xxxx 1996-cı il tarixdə açılmışdır. Vərəsələr tərəfindən mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanı itirilmişdir. İş üzrə miras əmlaka dair hüquqla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, vərəsə miras əmlaka sahiblik etmiş və ya əmlakı idarə etməyə faktiki başlayaraq mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bununla da miras vərəsə tərəfindən qəbul edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Ona görə də ərizə təmin edilməli, Ərizəçi Kəngərli rayon Qarabağlar kəndində yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən MH seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmış, mərhum X11 məxsus fərdi yaşayış evini və torpaq sahəsini miras olaraq faktiki qəbul etməsi faktı və vərəsəliyin açılma yerinin Kəngərli rayon Qarabağlar kəndi olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Kəngərli rayon Qarabağlar kəndində yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən MH seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmış, mərhum X11 məxsus fərdi yaşayış evini və torpaq sahəsini miras olaraq faktiki qəbul etməsi faktı və vərəsəliyin açılma yerinin Kəngərli rayon Qarabağlar kəndi olması faktı müəyyən olunsun. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar