Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-50/2022 25.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Seyidova (Bağırova) Sədaqət Rza qızının doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Seyidova (Bağırova) Sədaqət Rza qızı məhkəməyə ərizə ilə müraciət edərək xx xxxx 1961-ci il tarixdə Şərur rayon Xok kəndində, atası-1934-cü il təvəllüdlü X17, anası- 1925-ci il təvəllüdlü X2 birgə nikahından doğulmağının qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Şərur rayon Xok kəndində doğulmuşdur. Haliyədə həmin kənddə yaşayır. Atası -1934-cü il təvəllüdlü X17, anası isə 1925-ci il təvəllüdlü X4r. 1980-ci ildə Xok kənd sakini X5 ilə evlənərək, “Seyidova” soyadını qəbul etmişdir. Şəxsiyyət vəsiqəsinin olduğunu, amma doğum haqqında şəhadətnaməsinin olmadığını, hazırda valideynlərindən qalan mirası qəbul etmək istədiyini, lakin doğum haqqında şəhadətnaməsi olmadığı üçün müvafiq orqanlarda bu əməliyyatları apara bilmədiyini, doğulmağı barədə qeydiyyat şöbəsinin arxivində də heç bir məlumatın olmadığını, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, doğumdan uzun müddət keçdiyinə görə və lazım olan sənədləri təqdim edə bilmədiyinə görə ona doğum haqqında şəhadətnamə verilməsindən imtina edildiyini və bu barədə müvafiq məktub verildiyini, ona görə məhkəməyə müraciət etdiyini, doğumun qeyd edilmə faktını şahidlərin də təsdiq edə biləcəyini göstərmişdir. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndə tərəfindən təmsil olunmamış və bu barədə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin nümayəndəsi qismində dindirilən Nümayəndə izahatında ərizəçinin onun anası olduğunu, anası xəstə olduğu üçün məhkəmədə iştirak edə bilmədiyindən onun nümayəndəsi qismində iştirak etdiyini, ərizəni müdafiə etdiyini, anası Seyidova (Bağırova) Sədaqət Rza qızının xx xxxx 1961-ci il tarixdə Şərur rayon Xok kəndində doğulduğunu, həmin kənddə qeydiyyatda olmaqla orada yaşadığını, şəxsiyyət vəsiqəsinin olduğunu, ərizəçinin atası X9 2007-ci ildə, anası X2 isə 2021-ci ilin mart ayında vəfat etdiklərini, özünün də nənə və babasının yanında böyüdüyünü, onlardan miras qaldığını və həmin mirası anasının qəbul etmək istədiyini, lakin doğum haqqında şəhadətnaməsinin olmadığını, doğum akt qeydinin qeydiyyat şöbəsində də tapılmadığından doğumun qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət etdiyini göstərərək anası Seyidova (Bağırova) Sədaqət Rza qızının xx xxxx 1961ci il tarixdə Şərur rayon Xok kəndində, atası - 1934-cü il təvəllüdlü X17, anası - 1925-ci il təvəllüdlü X2 birgə nikahından doğulmağının qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində Ərizəçi yaxşı tanıdığını, onunla sinif yoldaşı, həm də yaxın qonşu olduğunu, onunla 1968-ci ildə məktəbə getdiklərini, Sədaqətin 1961-ci il iyul ayında anadan olduğunu, atasının X17, anasının isə X10 olduğunu, onların Sədaqətdən başqa Cəmilə adında başqa bir qızlarının da olduğunu, valideyinlərinin hər ikisinın də rəhmətə getdiyini, hətta Sədaqətin atası ilə uzun illər bir yerdə işlədiklərini göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid2 ifadəsində Ərizəçi yaxından tanıdığını, çünki onunla həm qonşu, həmdə ki, bir sinifdə oxuduqlarını, Sədaqətin 1961-cı ildə doğulduğunu bildiyini, onun Bağırov Rza və Bağırova Şəndənin qızı olduğunu, Sədaqətgilin iki bacı olduqlarını, bacısı Cəmilənin onun qardaşı ilə bir sinifdə oxuduğunu, Sədaqətin anası Şəndənin dərzi işlədiyini, onun valideynlərinin vəfat etdiklərini göstərdi. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 10 yanvar 2022-ci il tarixli, 06 nömrəli arayışına əsasən X3 doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Qeydiyyat Şöbəsinin 12 yanvar 2022ci il tarixli, 16 nömrəli arayışına əsasən Ərizəçi doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 12 yanvar 2022-ci il tarixli, 02/03 nömrəli məktubuna əsasən Ərizəçi doğum akt qeydinin bərpa edilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İH Xok kənd İƏDÜN-nin 14 yanvar 2022-ci il tarixli 32 nömrəli arayışına əsasən Seyidova X8 rayonunun Xok kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Ərizəçi məxsus AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx xxxx 1961-ci il tarixdə Şərur rayon Xok kəndində doğulmuşdur və orada qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Dövlət Arxivinin 14 yanvar 2022-ci il tarixli 08 nömrəli arayışına əsasən Xok kəndinin 1974-1976-cı illərə dair 19 nömrəli təsərrüfatbaşına kitabına baxdıqda məlum olmuşdur ki, mərhum X17 ailə başçısı olmaqla aşağıdakı ailə üzvləri qeyd edilmişdir: 1.X17 - 1934, 2.X10 1925 - yoldaşı, 4. X11 1961qızı. İş materiallarına əlavə olunmuş AZ-İİ 165066 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X17 23 may 2007-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İİ 165016 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 15 mart 2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 07 fevral 2022-ci il tarixli nikah akt qeydindən çıxarışa əsasən X17 ilə X7 09.10.1965-ci ildə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Bağırova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İH Xok kənd İƏDÜN-nin 08 fevral 2022-ci il tarixli 107 nömrəli arayışına əsasən Ərizəçi X13 vərəsəsidir. İş materiallarına əlavə olunmuş “Forma-1” kartoçkasının surətindən görünür ki, Seyidova (Bağırova) Sədaqət Rza qızı xx.xx.1961-ci ildə doğulmuşdur. X6, anası isə X4r. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı, şahidlərin ifadəsi və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, Seyidova (Bağırova) Sədaqət Rza qızı xx xxxx 1961-ci ildə X17 və X2 faktiki nikahlarından Şərur rayon Xok kəndində doğulmuşdur. Yəni, atası 1934-cü il təvəllüdlü X17 və anası 1925-ci il təvəllüdlü X4r. Ərizəçinin ata-anası vəfat etmişdir. Ərizəçinin təqdim etdiyi sənədlərdən - Seyidova (Bağırova) Sədaqət Rza qızının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və “Forma-1” kartoçkasından görünür ki, onun doğum akt qeydi olmuş, lakin qeyri-müəyyən səbəblərdən həmin qeydlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda saxlanılmamışdır və bərpası mümkün deyildir. O, valideynlərindən qalan mirası qəbul etmək istədiyindən bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Seyidova (Bağırova) Sədaqət Rza qızının xx xxxx 1961-ci il tarixdə Şərur rayon Xok kəndində, atası-1934-cü il təvəllüdlü X13 və anası-1925-ci il təvəllüdlü X2 birgə nikahından doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Seyidova (Bağırova) Sədaqət Rza qızının xx xxxx 1961-ci il tarixdə Şərur rayon Xok kəndində, atası-1934-cü il təvəllüdlü X13 və anası-1925-ci il təvəllüdlü X2 birgə nikahından doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-50/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-50/2022
25.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver