Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-54/2023 17.04.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayon Hacıvar kəndində mülkiyyətində olan 0.1727 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 84.6 kv.m yaşayış, 80.63 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 noyabr 1965-ci ildə Naxçıvan şəhar 1 saylı nikah evində rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh4 Qafar oğlu ilə evlənmiş, 1995-ci ildə Babək rayon Hacıvar kəndində torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikib həmin evə köçmüşlər. Oğlu Cavabdeh1 xx.xx.1999-cu il tarixdə Şərur rayon Qarabağlar kənd sakini Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, onların birgə nikahlarından xx xxx 2001-ci il tarixdə qızları Ayşən və xx xxxxx 2003-cü il tarixdə isə oğulları Vasif doğulmuşlar. Oğlu Cavabdeh1 onlarla yola getməyərək bir evdə yaşamaqları mümkün olmamışdır. Yeyib-içdikləri zəhər olmuşdur. Bu səbəbdən də həyat yoldaşı Cavabdeh4 Qafar oğlu 16 sentyabr 2002-ci il tarixdə X2 aldığı Naxçıvan şəhəri, Babək məhəlləsi ev 2-də yerləşən 7 saylı bir otaqlı mənzili xx.xx.2003-cü il tarixdə oğlu Cavabdeh1 bağışlamış və onlar həmin mənzilə köçürülmüşlər. Oğlunun ailəsi ilə birlikdə evdən çıxarılanda ona aldıqları mənzilə köçürülməklə həm də, evin qeydiyyatından da onları çıxarmışlar. Bu gün də cavabdehlərin heç biri onun evində qeydiyyatda yoxdurlar. Oğlu Cavabdeh1 bir neçə il həmin mənzildə yaşadıqdan sonra oranı satıb 14 mart 2008-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində X4 məxsus 2496.5 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini almış və köçüb ailəliklə orada yaşamağa başlamişlar. Həyat yoldaşı Cavabdeh4 Qafar oğlu xx.xx.2009-cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra 1995-ci ildən adına pasportlaşdırılmış Babək rayon Hacıvar kəndində 0.1727 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini xx.xx.2010-cu il tarixdə Naxçıvan Muxtar Rrespublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində adına qeydiyyatdan keçirmişdir. Bir müddət sonra oğlu Cavabdeh1 ailəsi ilə köçüb onun evində yaşamağa başlamış və o gündən də, onun qara günləri başlamışdır. Özü və ailə üzvləri onu yola vermir, təhqir edir, həyatını cəhənnəmə çevirmişlər. Ona görə də onların dördünün də evindən çıxarılmalarını istəyir. Vaxtında oğluna ev alıb vermişlər ki, gedib ayrı öz evində yaşasın, onları narahat etməsin. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməyərək nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iclasında dindirilən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini və təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların X12 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Babək rayon Hacıvar kəndində 0.1727 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 84.6 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 80.63 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət dövlət reyestrində 23/2 nömrəli reyestr kitabının 204 nömrəli vərəqində 19 fevral 2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhəri 1-ci notariat kontoru tərəfindən təsdiq olunmuş 16 sentyabr 2002-ci il tarixli 165975 nömrəli alqı-satqı müqaviləsinə əsasən Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil X3 Cavabdeh4 Qafar oğluna satılmışdır. İş materiallarında olan Naxçıvan şəhəri birinci notariat kontoru tərəfindən təsdiq olunmuş 13 iyun 2003-cü il tarixli bəxşiş müqaviləsinə əsasən Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh4 Qafar oğlu tərəfindən oğlu Cavabdeh1 bəxşiş edilmişdir. İş materiallarında olan Kəngərli Rayon Dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş 14 mart 2008-ci il tarixli 259953 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kəngərli rayon Qarabağlar kəndində yerləşən ümumi sahəsi 164.7 kv.m iki otaqdan ibarət yaşayış evini X1 Vasif Vaqif oğluna satmışdır. İş materiallarında olan Naxçıvan Şəhər 1 saylı nikah evi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli 138437 nömrəli nikah akt qeydindən çıxarışa əsasən Cavabdeh4 Qafar oğlu ilə İddiaçı xx.xx.1965-ci il tarixdə rəsmi nikah bağlamışlar. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli Vİ-JQ 492431 nömrəli nikah akt qeydindən çıxarışa əsasən Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.1999-cu il tarixdə rəsmi nikah bağlamışlar. İş materiallarında olan Naxçıvan Şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli 032554 nömrəli doğum akt qeydindən çıxarışa əsasən Cavabdeh4 Qafar oğlu ilə X5 birgə nikahından xx.xx.1971-ci ildə Cavabdeh1 doğulmuşdur. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli 290625 nömrəli doğum akt qeydindən çıxarışa əsasən Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahından xx.xx.2001-ci ildə X15 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli AZ İ 290626 nömrəli doğum akt qeydindən çıxarışa əsasən Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahından xx.xx.2003-cü ildə Cavabdeh4 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli AZ İ 332810 nömrəli ölüm akt qeydindən çıxarışa əsasən Cavabdeh4 Qafar oğlu 20 oktyabr 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla əsasən Cavabdeh1, X15 və Hacıyev X13 rayon Qarabağlar kəndində, Cavabdeh2 isə Naxçıvan şəhər, ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 4 inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 21 sentyabr 2022-ci il tarixli 375 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də Babək rayonunun Hacıvar kəndində yaşayır və qeydiyyatdadır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə verdiyi izahatı və təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq və onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı mülkiyyətində olan Babək rayon Hacıvar kəndində mülkiyyətində olan 0.1727 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 84.6 kv.m yaşayış, 80.63 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh1 və onun ailə üzvlərinin məcburi qaydada çıxarılmalarına dair iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1965ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh4 Qafar oğlu ilə evlənmiş və Babək rayon Hacıvar kəndində fərdi yaşayış evi tikib orada yaşamışlar. Birgə nikahlarından olan oğlu Cavabdeh1 xx.xx.1999-cu il tarixdə Şərur rayon Qarabağlar kənd sakini Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahlarından xx xxx 2001-ci il tarixdə qızları Ayşən və xx xxxxx 2003-cü il tarixdə isə oğulları Vasif doğulmuşdur. Yola getmədiklərindən 16 sentyabr 2002-ci il tarixdə X2 aldıqları Naxçıvan şəhəri, Babək məhəlləsi ev 2-də yerləşən 7 saylı bir otaqlı mənzil xx.xx.2003-cü il tarixdə əri Cavabdeh4 Qafar oğlu tərəfindən Cavabdeh1 bağışlanılmış və onlar həmin mənzilə köçürülmüşlər. Cavabdeh1 ailəsi ilə birlikdə bir neçə il həmin mənzildə yaşadıqdan sonra 14 mart 2008-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində X4 məxsus 2496.5 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini almış və köçüb ailəliklə orada yaşamağa başlamişlar. Hazırda cavabdehlərdən Cavabdeh1, Cavabdeh3 və Hacıyev X13 rayon Qarabağlar kəndində, Cavabdeh2 isə Naxçıvan şəhər, ünvan 3 ünvanında qeydiyyatdadırlar. İddiaçının həyat yoldaşı Cavabdeh4 Qafar oğlu xx.xx.2009-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra Naxçıvan MR Babək rayonu Hacıvar kəndində 0.1727 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 84.6 kv.m yaşayış, 80.63 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət reyestrinin MH seriyalı, ******* nömrəli çıxarışına əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 23/2 nömrəli reyestr kitabının 204 nömrəli vərəqində 19 fevral 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Bir müddət sonra oğlu V. Hacıyev ailəsi ilə birlikdə yenidən köçüb iddiaçının evində yaşamağa başlamış və haliyədə də yaşamaqdadırlar. Yola getmədiklərindən iddiaçı ozünə məxsus fərdi yaşayış evindən cavabdehlərin məcburi çıxarılmalarını tələb edir. Məhkəmə ik növbədə mübahisənin həlli ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehlərin həmin yaşayış evində müvəqqəti yaşamaları onların mənzildən istifadə hüququnu yaratmır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cavabdehlərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı və yalnız mülkiyyətçi ilə bağlanan notariat qaydasında olan razılaşma olduğu halda yarana bilərdi ki, məhkəmədə işə baxılarkən tərəflər arasında belə bir razılaşmanın olması müəyyən edilməmişdir. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı tərəflər arasında müqavilə olmadığını və iş üzrə məhkəmə araşdırılması zamanı isə belə halın müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı mülkiyyətində olan Babək rayon Hacıvar kəndində 0.1727 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 84.6 kv.m yaşayış, 80.63 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılmasını tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Babək rayon Hacıvar kəndində yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmalıdırlar. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması tələb edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Babək rayon Hacıvar kəndində 0.1727 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 84.6 kv.m yaşayış, 80.63 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-54/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-54/2023
17.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver