Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-94/2025 18.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iş üzrə ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, babası X1 miras qalmış Kəngərli rayon Şahtaxtı kəndində yerləşən *.*969 ha torpaq sahəsindən ibarət miras əmlakın mərhum atası X4 tərəfindən qəbul olunması, onun vəfatından sonra miras əmlakın irsi transmissiya qaydasında onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ərizəçinin vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, iş üzrə keçirilən məhkəmə iclasında mülki işdə mübahisənin mövcud olmasının məlum olduğunu, bu baxımdan ərizəçinin məhkəməyə iddia icraatı qaydasında müraciət etməli olduğunu, ona görə də ərizənin və əlavə olunmuş sənədlərin geri qaytarılaraq işin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməyərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. İş üzrə maraqlı şəxs Kəngərli Rayon Dövlət Notariat Ofisinin notariusu məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası MPM-in 26*.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, Ərizəçi 22 yanvar 2*25-ci il tarixli ********** nömrəli qəbz əsasında ödədiyi 1** manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 26*.1, 26*.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi 22 yanvar 2*25-ci il tarixli ********** nömrəli qəbz əsasında ödədiyi 1** manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-94/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-94/2025
18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver