Məhkəmə qərarları › İş №2(125)-101/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-101/2023

16.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-101/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X5 qarşı «mənzildən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 qarşı cavabdehin Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi ona məxsusdur. O, həmin evi öz adına sənədləşdirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Hazırda rəsmi olaraq, Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi onun mülkiyyətində olsa da, X10 hələ də onun mülkiyyətində olan həmin evdə yaşayır və onun tələbinə baxmayaraq həmin evi tərk etmir. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində yaşaması və həmin ərazini tərk etməməsi onun mülkiyyətçi kimi hüquqlarını pozur. O, özü mənzilinə daxil ola bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmədə iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Vəkil1 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdehin hazırda yaşadığı Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi əvvəllər xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. Lakin 2019cu ilin əvvəllərində S.M.Məmmədova və Cavabdeh məlum olmuşdur ki, həmin mülk heç bir əsas olmadan İddiaçı adına keçmişdir. Daha sonra verilmiş sorğu əsasında alınmış cavabdan bəlli olmuşdur ki, S.M.Məmmədova məxsus mülk Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsinin qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evi cavabdehin və digər ailə üzvlərinin yeganə yaşayış yeridir. X10 uzun müddət əvvəl Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evində yaşamağa başlamış və qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq, həmin mənzildən istifadə hüququ əldə etmişdir. Həmin Məcəllənin tələbinə görə isə mülkiyyətçinin dəyişməsi mənzildən istifadə hüququna xitam verilməsinə səbəb olmur. Qeyd olunan səbəbdən iddianın təmin edilməsi qanunun tələbinə uyğun deyildir. Sonda Vəkil1 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, onun nümayəndəsini (vəkilini) və cavabdehin vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 05 oktyabr 2020-ci il tarixli arayışının surətindən görünür ki, Gəncə şəhər notariat kontorunun 19 aprel 1931-ci il tarixli 3097 nömrəli bəxşeyiş müqaviləsinə əsasən X4 ona məxsus Gəncə şəhəri, Əli Bayramov küçəsi, 35 nömrəli fərdi yaşayış evini X17 və X15 bağışlamışdır. Mülk bölündükdən sonra Əli Bayramov küçəsi, 35 saylı fərdi yaşayış evi X11 adına olmuşdur. X11 adına ona məxsus əmlakın yerləşdiyi 106 kvadrat metr torpaq sahəsinə dair 28 fevral 1935-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri notariat kontorunun 25 fevral 1976-cı il tarixli 1-243 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X1 adından X6 adına keçmişdir. X9 hazırda ünvanı X22 küçəsi, 35A olan fərdi yaşayış evinə (istifadədə olan 0,011 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 59,2 kvadrat metr üçün yaşayış otağı, 21,6 kvadrat metr köməkçi sahə, 58,7 kvadrat metr y/zirzəmi) 17 mart 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 5 saylı notariat kontorunun 29 mart 2015-ci il tarixli 4Ə-44 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak X8 bağışlanmışdır və ona 09 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(044)- 1071/2019 nömrəli qətnamə və icra vərəqəsinə əsasən borclu X8 məxsus X22 küçəsi, 35A nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir və ikinciyə 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan **********71-10301 nömrəli əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində nömrəsi **********71-10301 olan Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinə və 0,0106 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 30 iyul 2020-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 30 iyul 2020-ci il tarixli **********71-10301 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019cu il tarixli 2(044)-1071/2019 nömrəli qətnaməsinin və həmin qətnamə üzrə icra sənədinin surətindən görünür ki, X3 30.000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə X3 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən X8 məxsus Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 dekabr 2019-cu il tarixli qərarına əsasən borclu X8 məxsus Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 iyun 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini tələbkar qəbul etmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinin 16 iyun 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu X7 adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. X2 Anarə Muraz qızı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı «çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evinə dair cavabdeh İddiaçı adına verilmiş 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1365/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə X3 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən X8 məxsus Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 dekabr 2019-cu il tarixli qərarına əsasən borclu X8 məxsus Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 iyun 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini tələbkar qəbul etmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinin 16 iyun 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu X7 adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. X2 Anarə Muraz qızı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı «çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1365/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh hazırda Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evində yaşayır. İddiaçı təklifi üzrə Cavabdeh həmin mənzili tərk etməmiş və mənzildə istifadə hüququnun olmasında təkid etmişdir. Qeyd olunan səbəbdən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə şəxsin mənzildən çıxarılmasına dair mübahisələrin həlli zamanı mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasının araşdırılmasının və həmin mübahisəyə tətbiq edilməli hüquq normasının tapılmasının zəruriliyini nəzərə alaraq, qeyd edir ki, Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə əvəzli qaydada 30 iyul 2020-ci il tarixdə daxil olduğuna görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 29.2-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləlliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Qanununvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Digər şəxslərin isə mənzildən istifadəsi üçün mülkiyyətçi mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə verməlidir. Yəni Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən olunmuş istifadə hüququ əmlak hüquqları təsnifatına aid edilmədiyindən əmlakın mülkiyyətçisinin dəyişməsi həmin hüququn izlənməsinə və qalıcı olmasına deyil, əksinə həmin hüququn aradan qalxmasına səbəb olur və yeni mülkiyyətçi ilə hüquq münasibətinin yaranması üçün mənzildən istifadəyə dair müqavilənin bağlanması tələb edilir. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə X7 mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin 30 iyul 2020-ci il tarixdə əvəzli qaydada İddiaçı adına özgəninkiləşdirildiyi, qeyd olunan mənzildən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada İddiaçı və Cavabdeh arasında hər hansı müqavilə bağlanmadığı, bununla da Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunur. Bundan başqa, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyaları ilə birlikdə könüllü olaraq çıxmaması nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən S.S.Hacıyevanın əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində İddiaçı iradəsinə zidd olaraq S.S.Hacıyevanın ona məxsus yaşayış sahəsində yaşaması onun mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X22 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar