Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1035/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh Turan Bank ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Turan Bank ASC-yə, Cavabdeh1nə, X3 Cəmiyyətinə, ƏMDKY DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 28/03 və 28/04 nömrəli, 02 aprel 2021-ci il tarixli protokolların, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Turan Bank ASC-yə, Cavabdeh1nə, X3 Cəmiyyətinə, ƏMDKY DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 28/03 və 28/04 nömrəli, 02 aprel 2021-ci il tarixli protokolların, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 42/06 nömrəli 28 iyun 2019-cu il tarixli hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və mülkiyyət hüququ ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Turan Bank ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı, iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir. Cavabdeh ƏMDKY DƏDRX-in 3 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı, iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili X6 məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Turan Bank ASC-yə, Cavabdeh1nə, X3 Cəmiyyətinə, ƏMDKY DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 28/03 və 28/04 nömrəli, 02 aprel 2021-ci il tarixli protokolların, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1035/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1035/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver