Məhkəmə qərarları › İş №2(125)-1064/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1064/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1064/2022 11.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinə və Cavabdeh1nə qarşı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28/01 nömrəli hərracın yekunlarına dair protokollarının və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə 17 yanvar 2015-ci il tarixli, GNC-2139ip saylı ipoteka müqaviləsininxitam verilməsi barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsinə və Cavabdeh1nə qarşı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28/01 nömrəli hərracın yekunlarına dair protokollarının və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə 17 yanvar 2015-ci il tarixli, GNC-2139ip saylı ipoteka müqaviləsininxitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi 21 aprel 2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 31 may 2022-ci il tarixə, saat 11:10-a təyin edilmiş, tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə hazırlıq iclası təxirə salınaraq, 29 iyun 2022-ci il tarixə, saat 10:10-a təyin olunmuş, eyni səbəbdən həmin məhkəmə iclası da 21 iyul 2022-ci il tarixə, saat 11:50-ə, daha sonra isə 11 avqust 2022-ci il tarixə, saat 12:00-a təxirə slaınmışdır. Lakin iddiaçı, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh1 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 və digər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini və işin mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər. Məhkəmə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 və digər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-ci maddəsinin tələbinə görə işə onların iştirakı olmaadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinə və Cavabdeh1nə qarşı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28/01 nömrəli hərracın yekunlarına dair protokollarının və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə 17 yanvar 2015-ci il tarixli, GNC-2139ip saylı ipoteka müqaviləsininxitam verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar