Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1068/2025 09.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında 1/3 hissəsinə İddiaçı2 (bir pay), 1/3 hissəsinə İddiaçı1 və İddiaçı4 (bir pay) və 1/3 hissəsinə İddiaçı3 (bir pay) paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1 məhkəmə iclasına gəlməmiş, lakin, etibarnamə üzrə nümayəndəsi (Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili) Vəkil EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən çıxarılacaq hər hansı bir qərara etirazlarının olmadığını bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə İddiaçı1 münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 münasibətdə geri qaytarılmalıdır. Digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi onlara münasibətdə də baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 nümayəndəsi tərəfindən ödənildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 münasibətdə geri qaytarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1068/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1068/2025
09.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver