Məhkəmə qərarları › İş №2(125)-111/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-111/2024

01.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-111/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsinə, mirasa mülkiyyət hüququnun tanınmasına dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (X4, X1 və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 ölümündən sonra qalan mirası onun əmlaka sahib durma və idarə etmə formalarında qəbul etməsi faktını müəyyən edib, ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100,1 kv.m. olan yaşayış evinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmənin baxış iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə-vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasındakı mübahisə öz aralarında məhkəmədən kənar həll edildiyi üçün həmin iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh da məhkəməyə ərizə verərək mübahisəni öz aralarında həll etdikləri üçün iddia ərizəsinin və sənədlərin iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsinə, mirasa mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023; əməliyyat İD:156819062; qəbzin nömrəsi:1609; terminal nömrəsi: K0127012; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsinə, mirasa mülkiyyət hüququnun tanınmasına dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023; əməliyyat İD:156819062; qəbzin nömrəsi:1609; terminal nömrəsi: K0127012; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar