Məhkəmə qərarları › İş №2(125)-1121/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1121/2025

18.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1121/2025 18.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehlə aralarında xx.xx.1989-cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında ünvan 1 ünvanında yerləşən mülkə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə ünvan 2 ünvandakı evi Cavabdeh həmin dövrün kursu ilə 15000 rubl verib almışdır. Bu barədə akt tərtib edilmiş 9 nəfər şəxs bunu öz imzaları ilə təsdiq etmişlər. Cavabdehlə alqı-satqı etdikdən sonra cavabdeh Qarabağ hadisəsi ilə bağlı ölkəni tərk etmişdir. Ona görə də o, alqı-satqını notariusda təsdiq etdirə bilməmişdir. Evi alıb təmir etdirmişdir. Həmin dövrdən indiyə kimi yaşayır. Akt tərtib edilən zaman akta imza etmiş 9 nəfərdən qardaşı X1 qalmamışdır. Digər şəxslər məhkəmədə şahid kimi gəlib alqı-satqını təsdiq edəcəkdirlər. Buna görə də məhkəmə qaydası ilə cavabdehə məxsus Qarabağ küçəsi, 68 saylı ünvanda yerləşən 15,6 kv.m, 23,0 kv.m yaşayış otağı, 26,5 kv.m mətbəx, 3,1 kv.m dəhliz, 3,9 kv.m hamam, 2,1 kv.m ayaq yolu, 23,9 kv.m açıq eyvan, 23,3 kv.m anbara dair onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, hazırki tikili ilə köhnə tikili arasında elə bir dəyişiklik yoxdur. O, evi sökməmiş, sadəcə artırmışdır. O vaxt texniki pasportu əmlak idarəsinin nümayəndəsi tərtib etmişdir, ancaq ödəniş edə bilmədiyindən yekunlaşdıra bilməmişdir. 1989-cu ildə evi aldıqdan sonra qeydiyyata düşmüşdür. O vaxt bütün evlərdə sənədləşdirmə olmamışdır. Hamı evi alıb qeydiyyata düşmüşdür. Qeydiyyatda olan şəslərdən Ülviyyə qızı, Anar isə oğludur. Əmlak idarəsi ancaq məhkəmə qətnaməsi əsasında sənədləşdirmənin mümkün olduğunu demişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə qarşı etiraz edərək izahatında göstərdi ki, sözügedən əmlak üzərində hüquqlar qeydiyyata alınmamışdır. Köhnə arxiv sənədlərində olan tikili ilə hazırki tikili uyğun gəlmir. Əvvəlki tikili sökülmüşdür. 1989-cu ildə evin alqı-satqısına dair tərəflər arasında imzalı sənədlər olmuşdur. Həmin dövrdə notariat ofisləri fəaliyyət göstərmişdir, rəsmi alqı-satqı müqaviləsi bağlamaq imkanı olmuşdur. Bu tip əmlaklar, yəni həmin dövrdə ermənilərin adına olan evlər dövlətin balansına götürülür, daha sonra icra hakimiyyəti tərəfindən sərəncam verilirdi. Vətəndaş bununla bağlı icra hakimiyyətinə müraciət etməli idi, lakin müraciət etməmişdir. Təqdim olunan texniki pasport sistemə tam işlənməmişdir, buna görə də mötəbər sübut kimi qəbul edilməməlidir. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edimiş:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2(125)- 1121/2025 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Kirovabad şəhər, kvartal 604-2, Kirov küçəsi, ev 62 ünvanında yerləşən torpaq sahəsinə dair X4 adına xx.xx.1963-cü il tarixli torpaq qeydi və Kirovabad şəhər, Kirov küçəsində yerləşən 62 nömrəli (indiki Gəncə şəhəri, Qarabağ küçəsi, ev 68) fərdi yaşayış evinə dair X4 adına Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Kirovabad şəhər, Kirov küçəsi, ev 62 ünvanında yerləşən fərdi yaşayış evinin ünvanı dəyişdirilmiş, Kirovabad şəhər, Kirov küçəsi, ev 68 adlandırılmışdır. Kirovabad şəhər, Kirov küçəsində yerləşən 68 nömrəli (indiki Gəncə şəhəri, Qarabağ küçəsi, ev 68) fərdi yaşayış evinə dair X4 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair X4 adına qeydiyyat vəsiqəsinin tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.1963-cü il tarixli, Kirovabad şəhər, Kirov küçəsi, 62 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 604-2b inventarizasiya nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı qrafasında X8 kimi qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş xx.xx.1982-ci il tarixli Kirovabad şəhər, Kirov küçəsi, 68 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 604-2b inventarizasiya nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı qrafasında X8 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Gəncə şəhəri, Qarabağ küçəsi, ev 68 ünvanında yerləşən mülkə dair müvafiq plan və ölçü işləri qeyd olunmuş, texniki pasportda İddiaçı adı qeyd edilmiş, lakin texniki pasportun rəsmiləşdirilməsinə dair müəssisənin möhürü, eləcə də səlahiyyətli şəxsin imzası əks olunmamışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Gəncə şəhəri, Qarabağ küçəsi, ev 68 ünvanında qeydiyyatdadır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını və işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşyış evi, X5 məxsus olmuş və onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. İddiaçı iddia etmişdir ki, o, həmin evi 1989-cu ildə 15000 rubla almışdır və bu barədə akt tərtib olunmuşdur. Aralarında alqısatqı edildikdən sonra cavabdeh H.Artunoviç Qarabağ hadisələri ilə bağlı ölkəni tərk etdiyi üçün alqı-satqını notariusda təsdiq etdirə bilməmişdir. İddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək sözügedən əmlak üzərində hüquqların qeydiyyata alınmadığını, köhnə arxiv sənədlərində olan tikili ilə hazırki tikilinin uyğun gəlmədiyini, əvvəlki tikilinin söküldüyünü göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia etdiyi fərdi yaşayış evini X3 alqı-satqı yolu ilə almasına dair mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi aktda (dokazatelstva) X4 imza etdiyi qeyd olunsa da həmin imzanın sonuncu tərəfindən imzalanması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi köhnə arxiv sənədləri üzrə əvvəlki tikilinin sökülərək yerində yeni tikinti aparıldığını göstərmişdir. İddiaçının təqdim etdiyi Qarabağ küçəsi, 68 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki göstəricilərdən də görünür ki, X4 adına tərtib olunmuş əvvəlki sənədlərdə texniki göstəricilər fərqlidir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin Əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələrindən bəhs edən 42-ci maddəsinə əsasən əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin e`tibarsızlığına səbəb olur. 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Qanunun tələblərinə müvafiq olmayan əqd e`tibarsızdır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi aktda (dokazatelstva) X4 imza etdiyi qeyd olunsa da, həmin imzanın sonuncu tərəfindən imzalanması, habelə 15000 manat publun cavabdehə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh və iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehlə aralarında xx.xx.1989-cu il tarixdə sadə yazılı formada bağlanmış alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh və iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehlə aralarında xx.xx.1989cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar