Məhkəmə qərarları › İş №2(125)-1143/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1143/2022

22.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1143/2022 22.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən verilmiş “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia qiymətləndirilməyən iddia hesab edilir və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilməli idi. İddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəməsini mediasiya prosesində iştirakı və mediasiya xərci qismində qalan məbləği ödəməsiylə əsaslandırmışdır. Lakin hazırkı iş üzrə İddiaçı məhkəməyə müraciət etdiyi “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbi mülki prosessual qanunvericiliyə əsasən, ilkin mediasiya sessiyasında iştirakın məcburi şərt olaraq müəyyən edildiyi kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdən hər hansı birinə aid deyil, müstəqil qaydada yaşayış sahəsinə dair mübahisədir. Belə olan halda, könüllü olaraq ilkin mediasiya sessiyasında iştirak etməsi üçün 50 manat məbləğində mediasiya xərci qismində ödəniş edilməsi məhkəməyə iddia ərizəsinin verilməsi üçün müəyyən 100 manat dövlət rüsumunun qalan hissəsini (50 (əlli) manat) ödəməkdən azad edilmək üçün əsas hesab edilə bilməz. Beləliklə, İddiaçı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair qiymətləndirilməyən iddia ərizəsinin verilməsi məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsindən tam və ya qismən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçı qalan 50 manat dövlət rüsumunu dövlət büdcəsinə ödəməli idi. Lakin İddiaçı mövcud iddia ərizəsinin verilməsi üçün qeyd olunan məbləğdə dövlət rüsumunu ödəməmiş və (ya) bu barədə qəbzi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar