Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-116/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi və giriş-çıxış yolunun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, onun yerləşdiyi torpaq sahəsinin natura qaydasında bölünməsi və girişçıxış yolunun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etsə də, səlahiyyətini təsdiq edən sənədi (etibarnaməsini) məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi və giriş-çıxış yolunun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddia ərizəsinin baxılmamış saxlanması ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməyə maneə deyildir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi və giriş-çıxış yolunun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-116/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-116/2024
29.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver