Məhkəmə qərarları › İş №2(125)-1176/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1176/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1176/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment və digər vəsaitlər» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment və digər vəsaitlər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş, 20 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 300 (üç yüz) manat olmaqla, aliment, uşaq körpə olduğu üçün uşağa xidmət etdiyinə görə əlavə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə ailə qurmuşdur. Nikahları isə xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlə aralarında olan rəsmi nikahları hələ pozulmamışdır. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adında 1 uşaqları doğulmuşdur. İlk evlilik vaxtlarında münasibətləri yaxşı olsada, sonradan qaynanası müdaxilə etdiyi üçün münasibətləri pozulmağa başlamışdır. Belə ki, cavabdeh nə ona, nədə ki, uşağa baxmır. Bu isə ailələrində tez-tez dava dalaşların yaranmasına səbəb olmuşdur. Uşaq onun himayəsindədir. Hazırda azyaşlı uşaqla birlikdə maddi çətinlik çəkir. Cavabdeh isə işləyib ailəsini dolandırmaq imkanına sahib olmağına baxmayaraq, bunu etmir. Cavabdeh könüllü olaraq uşağın saxlanılmasına köməklik etmədiyi üçün, o məcbur olmuş və Gəncə Şəhər Məhkəməsində aliment tələbinə dair iddia qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 530887 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1003 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Məsimov” arvada – “Hüseynova” soyadı verilmişdir. AZ-İV seriyalı, 798510 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 20 iyun 2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG-1-05983 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, iddiaçı X4 ona qarşı “aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq birgə nikahdan doğulmuş 20 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat aliment, uşağa xidmət üçün əlavə 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 20 iyun 2022-ci il təvəllüdlü X5 anadan olmuş, uşağa onun tərəfindən heç bir köməklik göstərilmir. İddia ərizəsinə etiraz edərək bildirir ki, iddia tələbini qismən qəbul edir. Lakin, iddiaçı alimentin sabit pul məbləğində 300 manat məbləğində aliment tələb etməsi onun maddi vəziyyətinə uyğun deyildir. Özü hazırda Ukrayna məhsullarının satışı ilə məşğul olan şirkətdə menecer işləyir və ayda 400 manat əmək haqqı alır. Həmin şirkət bağlanma ərəfəsindədir və o, özünə yeni iş yeri axtarır. Bundan başqa, iddiaçı özü Gəncə Dövlət Universitetində Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 448 manat təşkil edir. Bundan başqa, onun kredit təşkilatına ayda 226 manat olmaqla, xx.xx.2024-cü ilədək kredit öhdəliyi vardır. İddia tələbinin 20 iyun 2022-ci il təvəllüdlü X2 xidmət üçün əlavə 100 manat sabit pul məbləğində alimentin ondan tutulması tələbinə gəldikdə isə bildirir ki, o, uşağın saxlanması üçün köməkdən imtina etmir. Lakin, iddiaçının tələb etdiyi ayda 100 manat alimentin ödənilməsi üçün onun zəruri vəsaiti yoxdur. 20 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment ödəyə bildiyini, uşağa xidmət üçün əlavə 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsi barədə iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Gəncə Dövlət Universitetinin 44-11-95/01-18 nömrəli, 14 fevral 2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Elnur Əliyevə bildirilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014cü ilədək rektorun köməkçisi, xx.xx.2014-cü ildən xx.xx.2019-cu tarixədək tədris-elektron mərkəzdə (indiki tədris departamenti) dispetçer, xx.xx.2019-cu il tarixdən hal-hazıradək isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 448 manatdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından Gülfəm adlı bir uşaqları doğulmuş, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmamış, uşaq anasının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayır, nikahları formal xarakter daşıyır. İddiaçı 20 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 300 (üç yüz) manat alimentin və uşaq körpə olduğu üçün uşağa xidmət etdiyinə görə əlavə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbinin qismən qəbul etdiyini, Ukrayna məhsullarının satışı ilə məşğul olan şirkətdə menecer işlədiyini, 400 manat əmək haqqı aldığını və 20 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment ödəyə bildiyini, uşağa xidmət üçün əlavə 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsi barədə iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. İddia tələbinin birgə nikahdan doğulmuş uşağın 3 yaşına çatanadək cavabdeh olan ərdən 100 manat sabit pul məbləğində alimentin iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini qismən əsaslı hesab edərək məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən 20 iyun 2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağı saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, cavabdehin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini və AZEMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlara əsasən Cavabdeh menecer vəzifəsində işləməklə 400 manat əmək haqqı almasını nəzərə almaqla, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və azyaşlı uşaq anasının yanında olduğundan, alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 16 yanvar 2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 230 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2760 manat təşkil etdiyindən, 47,6 (qırx yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 16 yanvar 2023-cü il tarixdən başlayaraq, 20 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 180 (bir yüz səksən) manat və 20 iyun 2022-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 47,60 (qırx yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar