Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1186/2023 03.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 cavabdeh Hüseynova (Orucova) İfrət Namidar qızına qarşı «yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdeh Hüseynova (Orucova) İfrət Namidar qızına qarşı «yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 1* nömrəli binanın (yataqxana) 5 nömrəli otağında qeydiyyatda olan Hüseynova (Orucova) İfrət Namidar qızının istifadə hüququnun itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh qarşı məhkəmə də iddia qaldırmışlar. Hazırda iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26*-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 cavabdeh Hüseynova (Orucova) İfrət Namidar qızına qarşı «yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1186/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1186/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver