Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1187/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı «yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi» barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 1* nömrəli binanın 6 nömrəli otağında qeydiyyatda olan cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin vəfat etdiyinə görə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Azərbaycan Respublikası MPM-nin 17*.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.*.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 17*-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı-nin Cavabdeh qarşı Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 1* nömrəli binanın 6 nömrəli otağında qeydiyyatda olan cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1187/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1187/2023
20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver