Məhkəmə qərarları › İş №2(125)-120/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-120/2025

28.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-120/2025 28.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin payına uyğun olaraq 1/2 hissədə naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun və qardaşı Cavabdeh mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin əmlakın 1/2 hissəsi ona, 1/2 hissəsi isə Cavabdeh məxsusdur. Bununla yanaşı həmin əmlak faktiki olaraq bölünmüşdür. Onun və cavabdehin evinin hasarı, darvazası, kommunal xidmətlərə dair olan sayğacları, hətta dam örtüyü fərqlidir. Lakin o, öz payına dair ayrıca hüquqmüəyyən edici sənəd almaq istəsə də cavabdehlə razılıq əldə edə bilməmişdir. Buna görə də Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, mübahisələndirilən əmlakın bölgü sxeminin hazırlanması mümkün deyildir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Çünki paylı mülkiyyət hüququ üzrə ona məxsus olan əmlakın ona aid olan hissəsinə sərbəst qaydada mülkiyyət hüququnu həyata keçirmək istəyir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmələrinin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdehin nümayəndəsi Nümayəndə iddianı tam həcmdə etiraf etdiyini, mübahisələndirilən əmlakın ekspert rəyində qeyd olunduğu kimi faktiki yerləşmə vəziyyətinə uyğun bölünməsinə razı olduğunu, etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********11-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0365 ha olan torpaq sahəsi və ümumi sahəsi 103,8 kv/m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh məxsusdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-5161/2024 nömrəli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tikili «A» vahid bir əmlakdır və bölünməsi qanunla mümkün deyildir. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı (xx.xx.1965), Cavabdeh (xx.xx.1968), X2 (xx.xx.1939) və X1 (xx.xx.2005) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.1999-cu il tarixli, 031322 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5613 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Şədaddilər küçəsində yerləşən 138 nömrəli fərdi yaşayış evinin naturada iki hissəyə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un, 2.1,2.2, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli, **********11-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh məxsusdur. İddiaçı məhkəməyə müraciət edərək szöügedən əmlakın naturada bölünməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə iddianı tam həcmdə etiraf edərək paylı mükiyyətdə olan əmlakın naturada bölünməsinə etirazı olmadığını bildirmişdr. Bundan başqa məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/5613 nömrəli rəyi ilə Gəncə şəhəri, Şədaddilər küçəsində yerləşən 138 nömrəli fərdi yaşayış evinin naturada iki hissəyə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89un, 2.1,2.2, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmasına uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1. maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/5613 nömrəli rəyində göstərilən qaydada Gəncə şəhəri, Şədaddilər küçəsində yerləşən 138 nömrəli fərdi yaşayış evinin iki hissəyə naturada ayrılması mümkündür. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Şədaddilər küçəsində yerləşən 138 nömrəli fərdi yaşayış evi (daşınmaz əmlakın reyestr nömrəsi **********11-10301) faktiki (bölünmüş) vəziyyətdə saxlanılmaqla, İddiaçı və Cavabdeh hər birinin payına (hər birinə ½ hissədə) uyğun naturada iki hissəyə ayrılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20.-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə və iddiaçı müharibə veteranı olması ilə əlaqədar dövlət rüsumu ödəməkdən azad olunduğuna görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı məhkəmə ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Şədaddilər küçəsində yerləşən 138 nömrəli fərdi yaşayış evi (daşınmaz əmlakın reyestr nömrəsi **********11-10301) faktiki (bölünmüş) vəziyyətdə saxlanılmaqla, İddiaçı və Cavabdeh hər birinin payına (hər birinə ½ hissədə) uyğun naturada iki hissəyə ayrılsın. Cavabdeh ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat pul pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar