Məhkəmə qərarları › İş №2(125)-1234/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1234/2022

14.09.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1234/2022 14.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair (maraqlı şəxs – Maraqlı şəxs) ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 *6 iyun 2*22-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 *6.*6.2*22-ci il tarixdə saat 17:2* radələrində Gəncə şəhəri, Xəqani küçəsində tut ağacında ikən elektrik naqilinə toxunması ilə elektrik cərəyanının vurması nəticəsində vəfat etmişdir. Gəncə Şəhər Prokurorluğunda atasının vəfatı ilə əlaqədar cinayət işi açılmış və bədbəxt hadisə olduğundan cinayət işinin başlanılması rədd edilmişdir. Atası vəfat etdikdən sonra ona ölüm haqqında şəhadətnamə almaq üçün AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 X2 PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzinə, daha sonra Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina cavabları almışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, miras əmlakı qəbul edə bimək üçün atası X5 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi bildirdi ki, atasının başdaşında dəfn günü olan *7.*6.2*22-ci il ölüm tarixinin əvəzinə yazılmışdır, belə ki, X5 ölüm tarixinin *6.*6.2*22-ci il olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiqlənir. Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan 324539 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cü il tarixdə doğulmuş Ərizəçi atası X8, anası X3r. İş materiallarında olan AZE seriyalı, *69279*3 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, *1.*2.196*-cı ildə Daşkəsən rayonunda anadan olmuş X1 rayonu, Gurbulaq kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13.*6.2*22-ci il tarixli qərardan görünür ki, *1.*2.196*-cı ildə Daşkəsən rayonunda anadan olmuş X1 rayonu, Gurbulaq kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, DOS-1*2, ev 68 ünvanında yaşamış X5 *6.*6.2*22-ci il tarixdə Gəncə şəhəri, Xəqani küçəsi, 18 saylı fərdi yaşayış evinin qarşısındakı tut ağacında elektrik cərəyanı vurması nəticəsində ölməsi faktında kənar şəxslərin təsiri və təqsiri müəyyən edilməmişdir. İş materiallarında olan AR Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsi 2 saylı Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 13.*7.2*22-ci il tarixli arayışa əsasən, X8 vəfat edən günədək Gəncə şəhəri, DOS-1*2, ev 68 ünvanında yaşamışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Bələdiyyəsi Dəfn və Mərasim Xidməti şöbəsi tərəfindən verilmiş 22.*8.2*22-ci il tarixli arayışa əsasən, X8 4 nömrəli qəbristanlıqda *7.*6.2*22-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, *1.*2.196*-cı il tarixdə doğulmuş X8 *7.*6.2*22-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 X2 PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 28.*6.2*22-ci il tarixli məktuba əsasən, tibbi ekspertiza rəyinin olmaması səbəbindən *1.*2.196*-cı il təvəllüdlü X6 ölüm haqqında tibbi şəhadətnaməni verə bilmirlər. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 X2 PHŞ TTTYS tərəfindən verilmiş *7.*6.2*22-ci il tarixli məlumata əsasən, *6.*6.2*22-ci il tarixdə saat 17:15-də *1.*2.196*-cı il təvəllüdlü X8 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nın həkimi Ruhiyyə Tağıyeva xəstəyə təcili yardıma qədər elektrik cərəyanı təsirindən ölüm diaqnozu qoymuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 3*.*6.2*22-ci il tarixli məktuba əsasən, ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması nəzərə alınaraq, X8 barəsində ölüm haqqında şəhadətnamə yazılması barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, *1.*2.196*-cı ildə doğulmuş X8 oğlunun *6.*6.2*22-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası X4 miras qalan əmlakı qəbul edə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 *6.*6.2*22-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 3*7 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *1 fevral 196*-cı il tarixdə doğulmuş X5 *6 iyun 2*22-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar