Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1241/2022 22.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Ərizəçi atasının X5, anasının isə X6 olmaqla, *2 oktyabr 1956-cı il tarixdə Ermənistan Respublikası Əştərək rayonu, Artşavan kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, 17 noyabr 2*15-ci ildə vəfat etmiş X1 ərizəçinin doğma anası olması barədə qohumluq münasibətinin müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpa edilərək, yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi tələbinə dair Ərizəçi ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi atasının X5, anasının isə X6 olmaqla, *2 oktyabr 1956-cı il tarixdə Ermənistan Respublikası Əştərək rayonu, Artşavan kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, 17 noyabr 2*15-ci ildə vəfat etmiş X1 ərizəçinin doğma anası olması və doğum haqqında akt qeydinin bərpa edilərək, yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi atasının X5, anasının isə X6 olmaqla, *2 oktyabr 1956-cı il tarixdə Ermənistan Respublikası Əştərək rayonu, Artşavan kəndində doğumunun qeyd edilmə faktının, 17 noyabr 2*15-ci ildə vəfat etmiş X1 ərizəçinin doğma anası olmasının müəyyən edilməsini, doğum haqqında akt qeydinin bərpa edilərək, yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə olunmasını məhkəmədən xahiş edir. Lakin ərizəyə əlavə olunmuş Ərizəçi aid Ermənistan SSR Əştərək rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 2* iyul 197*-ci il tarixli doğum haqqında şəhadətnamə ilə Ərizəçi doğumun qeyd edilmə faktı müəyyən edilir. Göründüyü kimi ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunmasını məhkəmədən xahiş etsə də, həmin hal ərizəçinin öz ərizəsinə əlavə etdiyi 2* iyul 197*-ci il tarixli, İ-ЗЖ *88497 nömrəli doğum haqqında şəhadətnamə ilə müəyyən olunur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan fakları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa, 17 noyabr 2*15-ci ildə vəfat etmiş X1 onun doğma anası olması barədə qohumluq münasibətinin müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etsə də, istər ərizəyə əlavə olunmuş N.R.Nəcəfova aid doğum haqqında şəhadətnamədə, istərsə də Ərizəçi bacısı X2 və qardaşı X3 doğum haqqında şəhadətnamələrinin surətlərində həmin şəxslərin anası qismində X4 adı qeyd olunmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, 3 nömrəli qərarının 2.2-ci bəndinə görə əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyinə görə və Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi atasının X5, anasının isə X6 olmaqla, *2 oktyabr 1956-cı il tarixdə Ermənistan Respublikası Əştərək rayonu, Artşavan kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, 17 noyabr 2*15-ci ildə vəfat etmiş X1 ərizəçinin doğma anası olması barədə qohumluq münasibətinin müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilərək, yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi tələbinə dair Ərizəçi ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1241/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1241/2022
22.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver