Məhkəmə qərarları › İş №2(125)-1245/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1245/2022

22.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1245/2022 22.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh Bəhrəm oğluna qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mülkün çıxarışının ləğv edilərək, 26,9 kvadrat metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və Cavabdeh Bəhrəm oğluna məxsus torpaq sahəsində Cavabdeh vəsaiti hesabına ara hasarın çəkilməsi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mülkün 107,2 kvadrat metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqana həvalə edilməsi, həmin ünvanda yerləşən mülkün torpaq sahəsinin bir hissəsi üzərində qeyri-qanuni olaraq, başqa şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında cavabdeh orqanın təqsiri olan əməkdaşlarının müəyyən edilərək, barələrində xüsusi qərardad çıxarılması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh Bəhrəm oğluna qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mülkün çıxarışının ləğv edilərək, 26,9 kvadrat metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və Cavabdeh Bəhrəm oğluna məxsus torpaq sahəsində Cavabdeh vəsaiti hesabına ara hasarın çəkilməsi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mülkün 107,2 kvadrat metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqana həvalə edilməsi, həmin ünvanda yerləşən mülkün torpaq sahəsinin bir hissəsi üzərində qeyri-qanuni olaraq, başqa şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında cavabdeh orqanın təqsiri olan əməkdaşlarının müəyyən edilərək, barələrində xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsində ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı alqı-satqı müqaviləsi əsasında 17 iyun 1989-cu ildə əldə etdiyini, lakin sonradan digər şəxslərlə aralarında məhkəmə çəkişmələrinin olduğunu, Gəncə şəhər TİB tərəfindən verilmiş verilmiş 25 mart 1994-cü il tarixli, 646-4141a-4041 nömrəli arayışla qeyd olunan əmlakın heç kimin mülkiyyətində olmadığını və Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin 09 avqust 1994-cu il tarixli (4q-39/94) saylı qərarı ilə həmin xüsusatın təsdiq olunduğunu göstərmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış 10 may 2022-ci il tarixli və 21 iyun 2022-ci il tarixli məktublardan görünür ki, aparılan araşdırma zamanı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı iddia etdiyi həyətyanı torpaq sahəsinin 26,9 kvadrat metr hissəsi üzərində qanunvericiliyə uyğun olaraq, təqdim edilmiş hüquqmüəyyənedici və Ərazi İdarəsinin arxiv məlumatlarında mövcud olan texniki pasport əsasında başqa şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Göründüyü kimi inzibati orqanla İddiaçı arasında mübahisə inzibati aktın qəbul edilməsi və qəbul edilməsindən imtina olunması ilə əlaqədardır. Belə ki, İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlarla iddia predmetini təşkil edən daşınmaz əmlakın əvvəllər heç kimin mülkiyyətində olmadığını bildirib, həmin halı iddia tələbinin əsası kimi göstərir və iddia ərizəsinə əlavə etdiyi sənədlərlə həmin halı sübuta yetirməyə çalışır. Beləliklə də iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində ilkin hüquqların yaranma əsaslarını və bununla da inzibati orqanın qərarlarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyini mübahisələndirir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin həmin Qərarın 6.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətinin və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyinə görə və Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh Bəhrəm oğluna qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mülkün çıxarışının ləğv edilərək, 26,9 kvadrat metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və Cavabdeh Bəhrəm oğluna məxsus torpaq sahəsində Cavabdeh vəsaiti hesabına ara hasarın çəkilməsi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mülkün 107,2 kvadrat metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqana həvalə edilməsi, həmin ünvanda yerləşən mülkün torpaq sahəsinin bir hissəsi üzərində qeyri-qanuni olaraq, başqa şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında cavabdeh orqanın təqsiri olan əməkdaşlarının müəyyən edilərək, barələrində xüsusi qərardad çıxarılması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar