Məhkəmə qərarları › İş №2(125)-1275/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1275/2022

04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1275/2022 04.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçinın nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi Çobanoğlu (Bayramova) Yeganə Mirzə qızının qarşı (maraqlı şəxs Göygöl rayon Qeydiyyat şöbəsi) “doğum akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Çobanoğlu (Bayramova) Yeganə Mirzə qızı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1986-cı il tarixdə Xanlar rayonu, Sarısu kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Göygöl (Xanlar) rayonu, Sarı Su (Martunaşen) kəndində anadan olmuşdur. Orta təhsilini 1*-cu sinifınədək həmin kəndin orta məktəbində almışdır. Sonradan ailə üzvləri ilə Gəncə şəhərinə köçdüyündən orta təhsilini Gəncə şəhəri 46 nömrəli tam orta məktəbində davam etdirmişdir. 2**4-cü ildə həmin məktəbin 11-ci sinifini bitirərək 114743 nömrəli atestat almışdır. İlk dəfə ona 2**3-cü ildə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsi tərəfindən AZE №**711893 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən 23.*4.2*12-ci il tarixdə yeni eyni orqan tərəfindən AZE №*9*43329 saylı şəxiyyət vəsiqəsi verilmişdir. Bundan sonra o, Türkiyə Respublikasına köçmüş və *7.*5.2*18-ci il tarixdə X7 ilə adlı Türkiyə Respublikasının vətəndaşı ilə nikaha daxil olaraq ailə qurmuşdur. 2*21-ci ilin sentyabr ayında Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxt ona doğum haqqında şəhadətnamənin əldə edilməsi zərurəti yaranmışdır. Doğum haqqında şəhadətnaməni tapa bilmədiyi üçün onun yenidən alınması üçün Göygöl rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sənədi almaq mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) tələbini müdafiə edərək, doğum akt qeydinin bərpa edilməsinin Türkiyə Respublikası vətəndaşlığı ala bilməsi, habelə gələcəkdə vərəsəlik üçün lazım olduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin təmsilçisini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, *9*43329 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1986-cı ildə Xanlar rayonunun Sarı Su kəndində anadan olmuşdur. İş materillarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.*8.2*21ci il tarixli, 332 saylı arayışdan görünür ki, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Xanlar rayonu, Sarı Su kəndində anadan olmuş X2 doğum haqqında məlumatı Göygöl rayon qeydiyyat şöbəsinin arxivində 1983-1989-cu illər üzrə yoxlma aparılmış, lakin doğum haqqında akt aşkar edilməmişdir. İş materiallarına əlavə edilən Gəncə şəhər Qeydiyyat X1 ünvanladığı 21* saylı, 22.*9.2*21-ci il tarixli məktubdan görünür ki, Göygöl rayon qeydiyyat şöbəsinin arxivində yoxlama aparılmış, lakin X8 barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Kifayət qədər əsas olmadığına görə, doğum haqqında şəhadətnamə verilməsi barədə ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan *7.*5.2*18-ci il tarixli, 2*18-2-3116 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 və X7 *7.*5.2*18-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Çobanoğlu soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, *1266638 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 2*.*4.1943-cü ildə Xanlar rayonunun Sarı Su kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 14817423 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1* 23.*5.1964-cü ildə Xanlar rayonunun Sarı Su kəndində anadan olmuşdur. İş materiallarında olan 22.*1.1993-cü il tarixli, 288*27 saylı doğum haqqında şəhadətnamədən görünür ki, *3.*5.1964-cü il təvəllüdlü X5 anası X9, atası X11r. İş materiallarında olan 14.1*.1993-cü il tarixli, 329565 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X1* və X13 14.1*.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, X8 onun bacısıdır. Hər ikisinin atası X15, anası X6r. X12 Respublikası vətəndaşı ilə ailə qurub, bir övladı var. Bacısı doğum haqqında şəhadətnamə almışdır. Lakin sonradan həmin şəhadətnamə naməlum şəraitdə itmişdir. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə Çobanoğlu (Bayramova) Yeganə Mirzə qızının xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Xanlar rayonu, Sarı Su kəndində doğulması, atasının X15, anasının X9 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi Çobanoğlu (Bayramova) Yeganə Mirzə qızının doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Çobanoğlu (Bayramova) Yeganə Mirzə qızının vətəndaşlıq və vərəsəliklə bağlı doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi X2 doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki X2 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1986-cı ildə Xanlar rayonu, Sarı Su kəndində doğulması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 atası X15, anası X9 olmaqla, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Xanlar rayonu, Sarı Su kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar