Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1276/2022 13.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X5 22 iyun 2*22-ci il tarixdə Gəncə şəhəri, Eminbəyli küçəsi, 2-ci dalan, ev *7-də özünü intihar etməsi səbəbindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 onun əri olmuşdur. Onlar 1991-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları doğulmuşdur. O, mərhum əri X6 və uşaqları ilə onlara məxsus Gəncə şəhəri, Eminbəyli küçəsi 2-ci dalan, ev *7-də yaşayırlar. Mərhum əri X6 psixoloji xəstə idi. 22 iyun 2*22-ci il tarixdə heç kimə məlum olmayan səbəbdən yaşadıqları evin təmirdə olan 2-ci mərtəbəsində özünü elektrik naqili ilə asmaqla, intihar etmişdir. Bu faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılmış və *2 iyul 2*22-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, və digər yaxın qohumlarının prokurorluğun araşdırmasının və cinayə işinin başlanılmasının rədd edilməsi haqqında qərarından heç bir narazılığı yoxdur. Mərhum əri İlqar Hüseynov intihar etdikdən sonar Tibbi ekspertizanın rəyi olmadığı üçün Gəncə şəhər Birləşmiş şəhər xəstəxanası PHŞ tərəfindən ölüm haqqında Tibbi şəhadətnamə verilməmişdir və bu səbəbdən də mərhum ərinin adına ölüm haqqında şəhadətnamə əldə edə bilmir. Belə ki, ölüm haqqında şəhadətnaməni əldə etmək məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, şöbədən ərinin ölümü haqqında həkimin tibbi şəhadətnaməsi (F-1*6) təqdim edilmədiyindən ölüm şəhadətnaməsinin verilməsinin mümkün olmadığını və məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Mərhum əri X7 qəbirstanlığında dəfn etmişlər. O, mərhum əri İlqar Hüseynovun adına ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada əldə edə bilmədiyimdən,ərinin vəfat etməsi faktının müəyyən edilməsi məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət edir. O, əri X5 22 iyun 2*22-ci il tarixdə Gəncə şəhəri, Eminbəyli küçəsi ev 2-ci dalan ev *7-də özünü intihar etməsi səbəbindən ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçinın təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, ölüm faktının müəyyən edilməsinin vərəsə qismində tanınmaq və miras əmlakı qəbul edə bilmək üçün ərizəçiyə vacib olduğunu bildirdi, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin təmsilçisini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 15.*4.1963-cü il tarixli, 353943 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19.*3.1963-cü il təvəllüdlü X5 atası X9, anası X3r. İş materiallarında olan AZE 14233*67 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 19.*3.1963-cü il tarixdə Daşkəsən rayonunda doğulmuşdur. İş materiallarında olan *3.1*.1991-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında *3.1*.1991-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi İcbari X11 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Gəncə şəhər Birləşmiş şəhər xəstəxanası PHŞ Mirzə Abbaszadə ASM verdiyi 3*.*6.2*22-ci il tarixli, 61 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan mərhum 19.*3.1963-cü il təvəllüdlü Hüseynov İlqar Qara oglu intihar etməsi bildirildiyindən və Tibbi ekspertizanın rəyinin olmaması səbəbindən həmin şəxsə ölüm haqqında şəhadətnamə ASM tərəfindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş *7.*7.2*22-ci il tarixli, *5/Q-871/15 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması nəzərə alınaraq, X6 barəsində ölüm haqıqnda akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamənin verilməsi ərizənin təmin edilməsi mümkün deyil. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında *2.*7.2*22-ci il tarixli qərardan görünür ki, 19.*3.1963-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Eminbəyli küçəsi, 2-dalan, ev 7-də yaşamış X1 olduğu xəstəliyi ilə əlaqədar olaraq 22 iyun 2*22-ci il tarixdə yaşadığı evdə özünü asaraq intihar etmişdir. Aparılmış araşdırma zamanı X5 intihar etməsi faktında kənar şəxslərin təsiri və təqsiri olması müəyyən edilməmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 X2 PHŞ TTTYS tərəfindən verilmiş 29.*6.2*22-ci il tarixli məlumata əsasən, 22.*6.2*22-ci il tarixdə saat 1*:17-də Gəncə şəhəri, Eminbəyli küçəsi, 2-ci dalan, ev *7 ünvanına 19.*3.1963-cü il təvəllüdlü X6 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nın həkimi Orxan Məmmədov xəstəyə mexaniki asfiksiya (asma yolu ilə özünə qəsd) səbəbindən təcili yardıma qədər ölüm diaqnozu qoymuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçi tərəfin izahatını və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 19.*3.1963-cü ildə doğulmuş X5 22.*6.2*22-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X4 miras qalan əmlakı qəbul edə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 22.*6.2*22-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 3*7 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 mart 1963-cü ildə doğulmuş X5 22 iyun 2*22-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1276/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1276/2022
13.10.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver