Məhkəmə qərarları › İş №2(125)-1276/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1276/2025

04.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1276/2025 04.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16, onun nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X50, X62, X70, X51, X39, X52, X40, X63, X25, X64, X53 və X54) qanun üzrə vərəsə kimi miras əmlaka paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 məxsus miras əmlakın - Gəncə şəhəri, Aağamirzə Əhmədov küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələr olaraq onların arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X18 miras qalmış əmlaka - ünvan 1 ünvanında yerləşən **********04-10301 reyestr nömrəli əmlaka qanun üzrə vərəsələr olan İddiaçı1 və İddiaçı2 miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1967-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində X55 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 5 nəfər övladı anadan olmuşdur, həyat yoldaşı X55 isə xx.xx.2014-cü il tarixdə ölmüşdür. Mərhum həyat yoldaşı X19 anası X65 isə xx.xx.1972-ci ildə ölmüşdür. X8 məxsus miras əmlak Gəncə şəhəri, X107 küçəsi, 2-ci dalan, ev 2 ünvanında yerləşir. Miras əmlak yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarətdir. Mərhum qaynanası X65 öldükdən sonra onun miras əmlakına faktiki sahibliyi mərhum həyat yoldaşı X55 həyata keçirmişdir. Həyat yoldaşı X55 öldükdən sonra X18 qalmış miras əmlaka faktiki sahibliyi o və oğlu İddiaçı2 ilə birlikdə həyata keçirir. Lakin qaynanası öldükdən sonra notarial qaydada vərəsəlik işi açılmamışdır. Həmçinin həyat yoldaşı öldükdən sonra da vərəsəlik işi açılmamışdır. Miras əmlakın qəbulu ilə əlaqədar vərəsəlik işinin açılması üçün Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1458 nömrəli imtina qərarı ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması və miras əmlakın vərəsələr arasında bölünməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə gedişində X50, X62, X70, X51, X64, X25, X39, X52, X40, X63, X53 və X54 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, miras əmlak 1945-ci ildə X26 məxsus olan əmlak olmuşdur, onun isə dörd uşağı – Məmməd, Səfurə, Gülxar və Firuzə adlı uşaqları olmuşdur. Məmməd 1941-ci ildə müharibəyə gedib gəlməsə də, saxtakarlığa yol verilərək 1952-ci ildə onu mülkiyyətçi kimi tanımışlar. Gəncə şəhəri, Aağamirzə Əhmədov küçəsinin həyətində İsa tərəfindən üç ev inşa edilmişdir. Firuzə 3 nömrəli, Gülxar 2 nömrəli, Səfurə isə 2A nömrəli evdə yaşamışdır. Ünvanlar və evlər ayrıdır. X65 1972-ci ildə vəfat edəndən sonra tək vərəsəsi olan X55 ailə üzvləri olan iddiaçılarla birlikdə ölən günədək - 2014-cü ilədək həmin fərdi yaşayış evində yaşamışdır. X19 ölümündən sonra da iddiaçılar miras əmlakda daimi olaraq yaşamış, daha sonra isə gediş-gəlişləri olmuşdur. xx.xx.2024-cü il tarixdə açılan vərəsəliklə bağlı sənədlər saxtalaşdırılmışdır. Vərəsə olmayan şəxsin – Muraz adlı şəxsin adına miras əmlak keçərək onun adına çıxarış alınmışdır. Bundan sonra həmin şəxs qapını bağlayaraq iddiaçıları miras əmlaka buraxmamış, buna görə də iddiaçılar məhkəməyə müraciət etmişdir. Bundan başqa, onda olan məlumata görə Səfurənin Yaşar adlı oğlu da olmuş, Səfurədən əvvəl vəfat etmişdir. Həmçinin Yaşar öz babasına övladlığa verilmişdir. Səfurə öz atasına münasibətdə vərəsədir, atasından miras qalmış əmlakı qəbul etmişdir. Səfurənin ölümündən sonra oğlu Aydın, Aydının ölümündən sonra isə Aydının həyat yoldaşı Afət və oğlu Tariyel miras əmlakda yaşayaraq miras əmlakı qəbul etmişdir. Tariyel həmin evdə hazırda yaşamır, özünə başqa yerdə ev almışdır, hazırda orada yaşayır. Lakin Tariyel mübahisəli əmlakla əlaqəsini də kəsməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 təqdim etdiyi şahidlər 2A nömrəli evlə bağlı heç bir münasibət bildirməmiş, hər hansı məlumatlarının olmadığını və həmin ünvanı tanımadıqlarını qeyd etmişlər. İddia tələbi isə 2A nömrəli evlə bağlıdır. İddiaçıların hazırkı iddianı qaldırmaqda birbaşa subyektiv hüququ var. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 təqdim etdiyi kommunal ödənişlər 2A nömrəli ünvana yox, 2 nömrəli ünvana aiddir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı2 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, nənəsi Səfurə və babası Alyarın bir uşağı – atası X55 olmuşdur. Anası isə digər iddiaçı olan İddiaçı1dır. Nənəsi Səfurə 1972-ci ildə, babası Alyar isə 1995-ci ildə ölmüşdür. Ailədə beş uşaq olmuşlar – özü, Fəhrad, Azat, Murad və Emilya. Miras əmlakla bağlı digər vərəsələrlə arasında hər hansı mübahisə yoxdur və digər vərəsələr həmin əmlakı qəbul etməmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 iddia tələbinin təmin edilməməsini xahiş etdi, izahatında bildirdi ki, hazırda sözügedən 2A saylı evin 1/2 hissədə paylı mülkiyyətçisidir. Həmin evin digər 1/2 hissədə payçısı X27 iki uşağı olmuşdur: Məmmədov Yaşar və Məmmədov Aydın. Məmmədov Yaşar özü vəfat etmişdir, lakin altı uşağının hamısı sağdır. X47 və Eldar Məmmədovu tanıyır, digərləri barəsində məlumatı yoxdur. İddiaçı1 səsyazmasında ona öz evinin olduğunu, 15 yaşından bəri miras əmlakda yaşamadığını və miras əmlakdan heç bir pay istəmədiyini bildirmişdir. X65 onun nənəsinin bacısıdır. Səfurə, Gülxar və Firuzə üç bacı olmuşlar. Gülxar öz mülkünü oğluna bağışlayıb. Həmin miras əmlakın ½ hissəsi ona notarial qaydada Firuzənin nəvələri tərəfindən bağışlanıb. Səfurənin payı isə açıq saxlanılıb. Hazırkı iddiaçılar miras əmlakda heç vaxt yaşamamışlar. İddiaçı2 ona miras əmlakı öz adına keçirtməsi üçün etibarnamə vermişdir. Murazın nənəsi Səfurənin bacısıdır. Gülxar atası Siyavuşun nənəsidir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etdi, izahatında bildirdi ki, iddia tam əsassızdır, iddiaçıların iddia qaldırmaq üçün heç bir subyektiv hüquqları yoxdur. İddiaçılar qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində miras əmlakı qəbul etməmişlər. Miras əmlak X19 ata evi yox, ana mülkü olmuşdur. Buna görə də Aydın həmin əmlakda yaşamamışdır. İş materiallarında iddiaçıların miras əmlakı qəbul etməsi barədə hər hansı sübut yoxdur. İddiaçı tərəfindən təqdim olunmuş şahidlər öyrədilmişdir, hər biri eyni ifadələr vermişdir. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin həmin mülklə bağlı maraqları var, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 tərəfindən təqdim edilmiş şahidlər qonşu olmaqla həmin əmlakda heç bir maraqları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Tariyelin atasının ölümündən sonra orada yaşamadığını bildirmişdir. Digər şahid X13 isə 1990-cı illərə kimi orada yaşamışdır, Aydının ölümündən sonra miras əmlakda kimin yaşamasından xəbəri yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 mülkiyyətçi kimi həmin ünvanda yaşayır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X50 iddia tələbinin təmin edilməsini xahiş etdi, izahatında bildirdi ki, mərhum babası İsa üç qızının hər birinə - Firuzə, Səfurə və Gülxar adlı uşaqlarına torpaq sahəsi vermişdir. Səfurə ata nənəsidir. Səfurə nənəsi atası Aydına həmin mübahisəli əmlakı – Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 2A nömrəli evi vermişdir. O, 40 ildir ki, ailə quraraq həmin mübahisəli əmlakdan köçmüşdür. Anası Afət isə daima həmin evdə yaşamışdır. Atası Aydın 2014-cü ildə öldükdən təxminən bir il yarım, iki il sonra anası Afət infarkt olmuş, onu baxmaq üçün öz evinə aparmışdır və anası hazırda da yataq xəstəsi olmaqla onun evində, onunla birgə yaşayır. X54 ona pul təklif edərək notariusda ərizəsini geri götürməsini xahiş etsə də, bunu etməmişdir. 2016-cı ilədək həmin mübahisəli əmlakda anası Afət yaşamışdır. Səfurə nənəsi Əliyar babası ilə ailə qurmuş, həm Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən evdə, həm də mübahisəli əmlakda yaşamış, lakin ən çox mübahisəli əmlakda yaşamışlar. Məhkəmə iclasında iddiaçının tərəfində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, mübahisəli əmlak ata evidir, həmin evdə doğulmuşdur. X65 onun xalasıdır. Hətta adını da xalası Səfurə qoymuşdur. Anasının adı Gülxardır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 anası Gülxarın nəticəsidir. X12 şəhəri, Aağamirzə Əhmədov küçəsi, dalan 2, ev 2A ünvanında - mübahisəli əmlakda yaşamışdır, ət dükanında işləyən öz atası ilə birlikdə mübahisəli əmlakda inək saxlamışdır. Bir ildir ki, mübahisəli əmlak taxta ilə bölünmüşdür, həmin vaxta kimi birgə yaşamışlar. 1972-ci ildə toydan gələndə xalası Səfurə avtoqəzada ölmüşdür. Həmin zaman avtomobildə özü də olmuşdur. Həmin mübahisəli əmlaka, xalası Səfurənin evinə gəlin gəlmiş, İddiaçı1 Səfurə öləndən sonra da orada yaşamışdır. Xalası Səfurə öləndən sonra onun inəyinə da Afət baxmış, bir müddətdən sonra isə inəyi satmışdır. Afət həmçinin xalası Səfurənin əri Əlyar tək yaşadığı və xəstə olduğu üçün ona baxmaq üçün onun yanına da gedib-gəlirdi. Əlyar Səfurə xalası öləndən sonra təxminən 20 il yaşamışdır. Afət həmin mübahisəli əmlakda tək yaşamış, oğlu Tariyel evin bazarlığını etmiş, ona baxmışdır, indi də ona baxır. Tariyel mübahisəli əmlakda daimi yaşamamış, arada gəlib-getmişdir. Afətin həyat yoldaşı olan xalasıoğlu Aydın 2014-cü ildə ölmüşdür. Aydın da ölənədək həmin mübahisəli əmlakda yaşamışdır. Aydın öləndən sonra Afət təxminən 2 il Səfurə xalasının evində - mübahisəli əmlakda yaşamış, sonradan infarkt keçirtdiyi üçün qızı ona baxmaq üçün Afəti öz evinə aparmışdır. Həyətdə üç ev var, ev 3, ev 2 və ev 2A. 3 nömrəli evdə Firuzə xalasının nəvəsi Muraz yaşamışdır. 2 nömrəli ev anası Gülxarın evidir, 2A nömrəli ev isə xalası Səfurənin evidir. Mübahisəli əmlak, yəni 2A nömrəli ev xalası Səfurənin ata evi olmuşdur. Bir daha qeyd edir ki, xalası Səfurə ailə qursa da, həyat yoldaşı ilə birlikdə 2A nömrəli evdə yaşamışdır. Xalası Səfurə ilə həyat yoldaşının mübahisəli əmlaka yaxın olan başqa bir evi olsa da, onlar daha çox 2A nömrəli evdə yaşamışlar. Səfurə xalası öləndə gəlini Afət, xalasıoğlu Aydın onunla birgə yaşamışdır. Səfurə xalasının iki oğlu olsa da, uşaqlarından Yaşarı rəsmi sənədlə öz babasına vermişdir. Xalasının evi bir otaq, bir zal və bir mətbəxdən ibarət olmuşdur. Kommunal ödənişləri atası ölənədək - 1996-cı ilədək ödəmiş, atası öləndən sonra isə anası ölənədək – 2003-cü ilədək ödəmişdir. 2003-cü ildən sonra isə kommunal ödənişləri Afətgil ödəmişdir. Məhkəmə iclasında iddiaçının tərəfində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, X65 onun xalasıdır. Anasının adı Gülxardır. Digər Şahid1 onun bacısıdır. Babası İsanın dörd övladı olmuş, dayısı müharibəyə gedib qayıtmamış, babası miras əmlakı üç qızı arasında bölmüşdür. 2 nömrəli ev anası Gülxarın, 2A nömrəli ev Səfurə xalasının, 3 nömrəli ev isə Firuzə xalasının olmuşdur. Səfurə xalasının evində o ölənədək və öləndən sonra kiçik gəlini Afət yaşamış, Afətə həyat yoldaşı olan xalasıoğlu Aydın 2014-cü ildə öləndən sonra bir müddət Tariyel baxmış, lakin sonra xəstələndiyi üçün 2016-cı ildə qızı Emilya onu aparmışdır, hazırda da Afətə Emilya baxır. Səfurə xalası ailə qurandan sonra həyat yoldaşı ilə birlikdə ata evində yaşamış, inək saxlamış, otarmışdır. Səfurə xalasının Yaşar və Aydın adlı uşaqları olmuşdur, Yaşarı isə babası saxlamışdır. Tariyel atası Aydın 2014-cü ildə öləndən sonra xeyli müddət mübahisəli əmlaka gediş-gəlmiş, çox vaxt həmin evdə olmuş, mübahisəli əmlakda daima yaşamış anası Afətə baxmışdır. Məhkəmə iclasında iddiaçının tərəfində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 1979-cu ildə qonşuluğa gəlin gəlmiş, “Kimya” adlandırdıqları Gülxargillə qonşu olmuşdur. Qonşu kimi həmin evə gedib-gəlmişdir. Gülxar paltar tikmiş, Afət isə yorğan sırımışdır. Həmin ünvanda 1990-cı illərə kimi yaşamış, sonradan ev alıb oradan köçmüşdür. Afətin mübahisəli əmlakda yaşadığını görmüşdür. Məhkəmə iclasında 3-cü şəxs X16 tərəfində şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, X54 və anası İradə ilə qonşudur, 1979-cu ildə qonşuluğa gəlin gəlmişdir. Hazırda da orada yaşayır. Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, dalan 2, 2 nömrəli ev X16 atası Siyavuşa məxsusdur, Siyavuş öləndən sonra iki ildir ki, hamı evlə bağlı mübahisə edir. X10 şəhəri, Ağamirzə Əhmədov küçəsi, dalan 2, ev 2 ünvanda yaşayır. ünvan 3amir, Mosu və Siyavuş bir yerdə yaşamışlar. Sonradan Mosu öz evini Siyavuşun həyat yoldaşı İradəyə satmışdır. Həmin əmlakda “Kimya” adlandırdıqları Gülxarı, Mamedi və onların uşaqlarını görmüşdür. Səfurə və Afət adlı şəxsləri həmin ünvanda ümumiyyətlə görməmişdir. ünvan 4a isə heç kim yaşamamışdır. Məhkəmə iclasında 3-cü şəxs X16 tərəfində şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 42 ildir ki, Gülxarın oğlu Teymurun həyat yoldaşıdır. 1980-ci ildə həmin mübahisəli əmlaka gəlin köçmüşdür, həmin vaxt qayınatası Məmməd və qayınanası Gülxar həmin mübahisəli əmlakda yaşamışdır. Səfurəni, onun uşaqlarını, gəlini Afəti və uşaqlarını heç vaxt görməmişdir, ümumiyyətlə tanımır. 2A nömrəli evlə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında 3-cü şəxs X16 tərəfində şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, mübahisəli əmlakla qonşudur. Anadan olduğu vaxtdan bəri orada yaşayır, mübahisəli əmlakda “Kimya” adlandırdıqları Gülxarı, onun həyat yoldaşı Məmmədi və onların uşaqlarını görmüşdür. Onlardan başqa heç kəsi görməmişdir. 2 nömrəli evdə Siyavuşun ailəsi yaşayır. 2A nömrəli evdə isə əvvəllər Mosu yaşasa da, hazırda orada heç kəs yaşamır. Cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X62, X70, X51, X39, X52, X40, X63, X25, X64 və X53 məhkəmə iclasında iştirak etməmişlər. Onların miras əmlak barədə mövqelərini əks etdirən notarial qaydada təsdiq edilmiş ərizələri iş materiallarına əlavə edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28, onun nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 və şahid ifadələrini dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-33/2-4252/2025 nömrəli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, 241.0 kv.m torpaq sahəsinə dair 24 oktyabr 1929-cu il tarixli Torpaq qeydi X81 adına işlənilmişdir. 08 aprel 1939-cu ildə tərtib edilmiş Torpaq qeydində torpaq sahəsi 256.0 kv.m olmuşdur. Stalin rayon 1-ci dairə Xalq Məhkəməsinin 08 dekabr 1955-ci il tarixli qətnaməsinə əsasən Zaqarodnu küçəsində 24 nömrəli mülkdə yerləşən 17.3 kv.m və 17.7 kv.m sahəli otaqlar X30 alınaraq mülkiyyət hüququ Əliyeva Firuzə və X56rına və X66 verilməsi, mülkdə yerləşən 13.3 kv.m sahəli otağın mülkiyyət hüququnun X57 verilməsi, mülkdə yerləşən dəhlizdən ikisi Əliyeva Firuzə, X56rına və X66 verilməsi, mülkdə olan dəhlizin X57 verilməsi, əlavə olaraq tərəflərə plan və torpaq qeydi almaq üçün hüququn verilməsi qət edilmişdir. Gəncə şəhəri, X107 küçəsi, 2-ci dalan, ev 2A (keçmiş Kirovabad k6, küçə 102, ev 68A, Zaqorodnaya 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 130.0 kv.m torpaq sahəsinə dair 04 aprel 1956-cı il tarixli Torpaq qeydi X76, X65 və X58 adlarına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun 07 aprel 1958-ci il tarixli, 3-2K-328 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X58 payı X76 və X2. Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 22 noyabr 1980-ci il tarixli pasport X76 və X27 adlarına qeyd edilmişdir. X59 vərəsəsi X21 etibarnamə üzrə nümayəndəsi Şahid4 Nizami qızının 03 mart 2024-cü il tarixli hüququn ölmüş şəxsə məxsus olmasına dair dövlət reyestrindən arayış verilməsi barədə ərizəsi icraata qəbul edilmiş, X59 (1/2 hissə) və X27 (1/2 hissə) payları göstərilməklə adlarına 01 aprel 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olmasına dair dövlət reyestrindən arayış verilmişdir. Fərdi yaşayış evi 0.0107 ha torpaq sahəsindən, ümumi sahə 49.4 kv.m, yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahə 29.3 kv.m, yarımzirzəmi 51.5 kv.m, “B” xidməti bina 44.0 kv.m-dən ibarətdir. Mülkün həyətyanı torpaq sahəsi ümumi istifadədədir. Gəncə şəhər 1 saylı notariat ofisinin 24 iyun 2024-cü il tarixli, 2V-187 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X59 payı vərəsəsi X3, X21 (1/2 hissə) və X27 (1/2 hissə) payları göstərilməklə adlarına 09 iyul 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisinin 24 iyun 2024-cü il tarixli, 2V-187 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X60 ona məxsus hissəni X4, X16 (1/2 hissə) və X27 (1/2 hissə) payları göstərilməklə adlarına 29 iyul 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Ərdəbil küçəsi, ev 34 (**********31-05101- 093001) ünvanında yerləşən mənzilə dair arxiv sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-33/2-3162/2024 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, 241.0 kv.m torpaq sahəsinə dair 24 oktyabr 1929-cu il tarixli Torpaq qeydi X81 adına işlənilmişdir. 08 aprel 1939-cu ildə tərtib edilmiş Torpaq qeydində torpaq sahəsi 256.0 kv.m olmuşdur. Stalin rayon 1-ci dairə Xalq Məhkəməsinin 08 dekabr 1955-ci il tarixli qətnaməsinə əsasən Zaqarodnu küçəsində 24 nömrəli mülkdə yerləşən 17.3 kv.m və 17.7 kv.m sahəli otaqlar X30 alınaraq mülkiyyət hüququ Əliyeva Firuzə və X56rına və X66 verilməsi, mülkdə yerləşən 13.3 kv.m sahəli otağın mülkiyyət hüququnun X57 verilməsi, mülkdə yerləşən dəhlizdən ikisi Əliyeva Firuzə, X56rına və X66 verilməsi, mülkdə olan dəhlizin X57 verilməsi, əlavə olaraq tərəflərə plan və torpaq qeydi almaq üçün hüququn verilməsi qət edilmişdir. Gəncə şəhəri, X107 küçəsi, 2-ci dalan, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhər 1 saylı notariat kontorunun 28 mart 1955-ci il tarixli, 25-6210 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X15 vərəsəsi X42 adına keçmişdir. 12 aprel 1956-cı il tarixli, 1731 nömrəli Torpaq qeydi X42 adına işlənilmiş, torpaq sahəsi 126.0 kv.m olmuşdur. Kirovabad şəhər 1 saylı notariat kontorunun 23 avqust 1985-ci il tarixli, 2-2-161 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evi X33 bağışlanmışdır. Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport bağışlama müqaviləsindən sonra X22 adına qeyd edilmişdir. Fərdi yaşayış evi 09 iyul 1987-ci ildə aparılmış inventarizasiya işləri zamanı Tikili “A”-da ümumi sahəsi 60.1 kv.m, yaşayış sahəsi 32.4 kv.m olan bir yaşayış otağından, 27.1 kv.m zirzəmidən ibarət olmuşdur. X22 vərəsəsi X34 etibarnamə üzrə nümayəndəsi Şahid4 Nizami qızının 08 fevral 2024-cü il tarixli hüququn ölmüş şəxsə məxsus olmasına dair dövlət reyestrindən arayış verilməsi barədə ərizəsi icraata qəbul edilmiş, X22 adına 29 fevral 2024-ci il tarixli, **********28-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olmasına dair reyestrindən arayış verilmişdir. Fərdi yaşayış evi 0.012 ha torpaq sahəsindən, ümumi sahə 60,0 kv.m, yaşayış sahəsi 32,4 kv.m, köməkçi sahə 27,6 kv.m, yarımzirzəmi 47,1 kv.m, “B" əl damı 30,0 kv.m-dən ibarətdir. Mülkün həyətyanı torpaq sahəsi ümumi istifadədədir. Gəncə şəhər 5 saylı notariat kontorunun 01 mart 2024-cü il tarixli, 2V-32 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən fərdi yaşayış evi X7, ona 14 mart 2024-cü il tarixli, **********27- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2. Stalin rayon 1-ci dairə Xalq Məhkəməsinin 08 dekabr 1955-ci il tarixli qətnaməsinə əsasən Zaqarodnu küçəsində 24 nömrəli mülkdə yerləşən 17.3 kv.m və 17.7 kv.m sahəli otaqlar X30 alınaraq mülkiyyət hüququ Əliyeva Firuzə və X56rına və X66 verilməsi, mülkdə yerləşən 13.3 kv.m sahəli otağın mülkiyyət hüququnun X57 verilməsi, mülkdə yerləşən dəhlizdən ikisi Əliyeva Firuzə, X56rına və X66 verilməsi, mülkdə olan dəhlizin X57 verilməsi, əlavə olaraq tərəflərə plan və torpaq qeydi almaq üçün hüququn verilməsi qət edilmişdir. Gəncə şəhəri, X107 küçəsi, 2-ci dalan, ev 2A (keçmiş Kirovabad кб, küçə 102, ev 68A, Zaqorodnaya 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 130.0 kv.m torpaq sahəsinə dair 04 aprel 1956-cı il tarixli Torpaq qeydi X76, X65 və X58 adlarına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun 07 aprel 1958-ci il tarixli, 3-2K-328 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X58 payı X76 və X2. Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 22 noyabr 1980-ci il tarixli pasport X76 və X27 adlarına qeyd edilmişdir. X59 vərəsəsi X21 etibarnamə üzrə nümayəndəsi Şahid4 Nizami qızının 03 mart 2024-cü il tarixli hüququn ölmüş şəxsə məxsus olmasına dair dövlət reyestrindən arayış verilməsi barədə ərizəsi icraata qəbul edilmiş, X59 (1/2 hissə) və X27 (1/2 hissə) payları göstərilməklə adlarına 01 aprel 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olmasına dair dövlət reyestrindən arayış verilmişdir. Fərdi yaşayış evi 0.0107 ha torpaq sahəsindən, ümumi sahə 49.4 kv.m, yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahə 29.3 kv.m, yarımzirzəmi 51.5 kv.m, “B” xidməti bina 44.0 kv.m-dən ibarətdir. Mülkün həyətyanı torpaq sahəsi ümumi istifadədədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/2-14621/2025 nömrəli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, X27 haqqında vətəndaşlıq vəziyyəti akt qeydlərinin kserosurətinin istənilməsi ilə bağlı müraciətə baxılmış, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən S.Məmmədovanın ölümü istisna olmaqla onun barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında məlumat aşkar edilməmiş, müraciətlə bağlı S.Məmmədovanın ölümü haqqında akt qeydinin kserosurəti məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/109200-24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X65 (xx.xx.1918) (öldüyü tarix xx.xx.1972) dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən oğlu X67 (xx.xx.1938) (xx.xx.2014-cü ildə vəfat edib) müəyyən edilmişdir. Qeyd hissəsində arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 13-967/2025 nömrəli, xx.xx.2025-ci il tarixli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, X65 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və onun ölüm akt qeydindən əlavə məlumat aşkar olunmamışdır. Bu barədə xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə məlumat göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş 3-48-TA/2-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Gəncə şəhəri üzrə 1918-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında X27 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X80 Filialı tərəfindən verilmiş 3-48-DA-4F/2-475//6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, filialda mühafizə olunan Gəncə Şəhər Nikah Evi arxiv fondunun 1936-1948-ci illər üzrə doğumbərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X9 Şöbəsi arxiv fondunun 1940- 1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X27 doğum qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X80 Filialı tərəfindən verilmiş 3-48-DA-4F/2-N-1423//6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli X35 cavab məktubunda qeyd edilmişdir ki, X80 filialında mühafizə olunan Gəncə Şəhər Nikah Evi arxiv fondunun 1936-cı il üzrə doğum aktının qeydləri, 1936-1947-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X9 Şöbəsi arxiv fondlarının 1940-1946-cı illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X36 doğum aktının qeydi aşkar olunmamışdır. Stalin Rayon Vətəndaşlıq X9 Şöbəsi arxiv fondunun 1936-cı il üzrə doğum aktının qeydləri filiala təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-M-4272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 xx.xx.1968-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1968-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində 1740 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X14, anası X71, valideynlərin milliyyəti azərbaycanlıdır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 374212 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X65 xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində “kardioskleroz” səbəbindən ölmüşdür. İş materiallarında olan, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-M-4273/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X67 xx.xx.2014-cü il tarixdə, Gəncə şəhərində, “qaraciyər koması” səbəbindən ölmüş, ölüm haqqında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixli, 366 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16- 5/8-70-M-3943/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X67 və X44 nikahları xx.xx.1967-ci il tarixdə 434 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərin soyadı Məmmədov, arvadın soyadı Məmmədova kimi qeyd edilmişdir. X6 xx.xx.2014-cü ildə ölməsi (ölüm xx.xx.2014cü ildə 366 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri 1 saylı notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtinaya dair 19 oktyabr 2024-cü il tarixli, 1452 nömrəli qərarından görünür ki, xüsusi notarius Elnur Məhərrəmov İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsilə əlaqədar təqdim etdiyi sənədləri nəzərdə keçirib müraciət edən şəxs tərəfindən mirasın qəbulu müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Notariat Haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq, İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 13-592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, 1918-ci ildə anadan olmuş X65 xx.xx.1972-ci ildə vəfat etmiş və xx.xx.1972-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində ölüm qeydiyyatı aparılmışdır. X65 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm akt qeydindən əlavə məlumat aşkar olunmamışdır. Məktuba əlavə edilmiş X27 adına tərtib edilmiş ailə üzvləri barəsində arayışda qeyd olunan X11 Arxivinin Gəncə filialının xx.xx.2024-cü il 3-48-DA-4F/2M1427/6/2024 saylı arxiv arayışına əsasən oğlu kimi qeyd olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının 1949-cu ilədək olan dövrü əhatə edən qeydiyyat kitabları X80 Filialına təhvil verilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 13-985/2025 nömrəli, xx.xx.2025-ci il tarixli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, 1918-ci ildə anadan olmuş X65 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və onun ölüm akt qeydindən əlavə məlumat aşkar olunmamışdır. Bu barədə xx.xx.2025-ci il tarixdə Gəncə şəhər məhkəməsinə məlumat göndərilmişdir. X67 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: X67

1. Arvad - Məmmədova (Quliyeva) Afət İdris qızı (xx.xx.1948) (xx.xx.1967-ci ildə nikaha daxil olub).

2. Uşaq - X70 (xx.xx.1964).

3. Uşaq - Nəcəfova (Məmmədova) Emilya Aydın qızı (xx.xx.1966)

4. Uşaq - İddiaçı2 (xx.xx.1968)

5. Uşaq - X51 (xx.xx.1969)

6. Uşaq - X62 (xx.xx.1971). X50 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2807 nömrə ilə təsdiqlənmiş **********807 nömrəli ərizəyə əsasən X50 bildirmişdir ki, nənəsi X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Atası - X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X70 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2809 nömrə ilə təsdiqlənmiş **********809 nömrəli ərizəyə əsasən X70 bildirmişdir ki, nənəsi X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Atası - X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X62 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2808 nömrə ilə təsdiqlənmiş **********808 nömrəli ərizəyə əsasən X62 bildirmişdir ki, nənəsi X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Atası - X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X51 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2828 nömrə ilə təsdiqlənmiş **********828 nömrəli ərizəyə əsasən X51 bildirmişdir ki, nənəsi X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Atası - X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X52 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2982 nömrə ilə təsdiqlənmiş **********982 nömrəli ərizəyə əsasən X52 bildirmişdir ki, nənəsi - X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Əmisi - X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X64 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2983 nömrə ilə təsdiqlənmiş **********983 nömrəli ərizəyə əsasən X64 bildirmişdir ki, nənəsi - X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Əmisi - X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X40 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2984 nömrə ilə təsdiqlənmiş **********984 nömrəli ərizəyə əsasən X40 bildirmişdir ki, nənəsi - X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Əmisi - X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X25 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-3046 nömrə ilə təsdiqlənmiş **********046 nömrəli ərizəyə əsasən X25 bildirmişdir ki, nənəsi - X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Atası - X61 isə xx.xx.1995-ci ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X63 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-3071 nömrə ilə təsdiqlənmiş **********071 nömrəli ərizəyə əsasən X63 bildirmişdir ki, nənəsi - X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Atası - X61 isə xx.xx.1995-ci ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X53 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-3283 nömrə ilə təsdiqlənmiş **********283 nömrəli ərizəyə əsasən X53 bildirmişdir ki, nənəsi - X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Atası - X61 isə xx.xx.1995-ci ildə vəfat etmişdir. O, nənəsi X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X39 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, Gəncə şəhər 6 saylı notariat ofisində reyestrdə 8İ-2985 nömrə ilə təsdiqlənmiş **********985 nömrəli ərizəyə əsasən X39 bildirmişdir ki, X65 xx.xx.1972-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi miras qalmışdır. X67 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. O, X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-33/2-3198/2025 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, 241.0 kv.m torpaq sahəsinə dair 24 oktyabr 1929-cu il tarixli Torpaq qeydi X81 adına işlənilmişdir. 08 aprel 1939-cu ildə tərtib edilmiş Torpaq qeydində torpaq sahəsi 256.0 kv.m olmuşdur. Stalin rayon 1-ci dairə Xalq Məhkəməsinin 08 dekabr 1955-ci il tarixli qətnaməsinə əsasən Zaqarodnu küçəsində 24 nömrəli mülkdə yerləşən 17.3 kv.m və 17.7 kv.m sahəli otaqlar X30 alınaraq mülkiyyət hüququ Əliyeva Firuzə və X56rına və X66 verilməsi, mülkdə yerləşən 13.3 kv.m. sahəli otağın mülkiyyət hüququnun X57 verilməsi, mülkdə yerləşən dəhlizdən ikisi Əliyeva Firuzə, X56rına və X66 verilməsi, mülkdə olan dəhlizin X57 verilməsi, əlavə olaraq tərəflərə plan və torpaq qeydi almaq üçün hüququn verilməsi qət edilmişdir. Gəncə şəhəri, X107 küçəsi, 2-ci dalan, ev 2A (keçmiş Kirovabad k6, küçə 102, ev 68A, Zaqorodnaya 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 130,0 kv.m torpaq sahəsinə dair 04 aprel 1956-cı il tarixli Torpaq qeydi X76, X65 və X58 adlarına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun 07 aprel 1958-ci il tarixli, 3-2K-328 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X58 payı X76 və X2. Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 22 noyabr 1980-ci il tarixli pasport X76 və X27 adlarına qeyd edilmişdir. X59 vərəsəsi X21 etibarnamə üzrə nümayəndəsi Şahid4 Nizami qızının 03 mart 2024-cü il tarixli hüququn ölmüş şəxsə məxsus olmasına dair dövlət reyestrindən arayış verilməsi barədə ərizəsi icraata qəbul edilmiş, X59 (1/2 hissə) və X27 (1/2 hissə) payları göstərilməklə adlarına 01 aprel 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olmasına dair dövlət reyestrindən arayış verilmişdir. Fərdi yaşayış evi 0.0107 ha torpaq sahəsindən, ümumi sahə 49.4 kv.m, yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahə 29.3 kv.m, yarımzirzəmi 51.5 kv.m, “B” xidməti bina 44.0 kv.m-dən ibarətdir. Mülkün həyətyanı torpaq sahəsi ümumi istifadədədir. Gəncə şəhər 1 saylı notariat ofisinin 24 iyun 2024-cü il tarixli, 2V-187 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X59 payı vərəsəsi X3, X21 (1/2 hissə) və X27 (1/2 hissə) payları göstərilməklə adlarına 09 iyul 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisinin 24 iyun 2024-cü il tarixli, 2V-187 reyestr nömrəli daşınmaz əmlakın alqı-atqı müqaviləsinə əsasən X60 ona məxsus hissəni X4, X16 (1/2 hissə) və X27 (1/2 hissə) payları göstərilməklə adlarına 29 iyul 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş 583 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı2 adından X32 Gəncə şəhəri 6 saylı notariat ofisində heç bir etibarnamə verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 tərəfindən sübut qismində təqdim edilmiş X54 ilə İddiaçı1 arasında olan danışığı əks etdirən səsyazmadan görünür ki, İddiaçı1 dörd ildir ki, əziyyət çəkdiyi xəstəliklə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, evlə bağlı mübahisəsinin olmadığını, ona həmin evin lazım olmadığını, X28 heç tanımadığını bildirmişdir. İddiaçı tərəfdən sübut qismində təqdim edilmiş İddiaçı1 danışığını əks etdirən videogörüntüdən isə görünür ki, İddiaçı1 bildirmişdir ki, Səfurə qaynanasıdır, Səfurə öz əlləri ilə evi tikmişdir. Məhkəməyə təqdim edilmiş səs ona aid deyil. İradə ona pul təklif edərək notariusda ərizə yazmağını xahiş etmişdir. Evinin satılmasını eşidəndə məhkəməyə müraciət etmişdir. Ayağı xəstə olduğuna görə məhkəmədə iştirak edə bilmir. 2016-cı ilə qədər həmin məhlədə yaşamışdır, sonradan xəstələnmiş, infarkt keçirtmişdir. Buna görə də qızı ona baxmaq üçün onu aparmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə sözügedən əmlak – ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.metr olan fərdi yaşayış evindən və 0,0107 ha torpaq sahəsindən ibarət **********04-10301 reyestr nömrəli daşınmaz əmlak 1/ 2 hissədə X27 (hazırkı mübahisə üzrə miras qoyan) və 1/2 hissədə X16 (hazırkı mübahisə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) paylı mülkiyyətindədir. Miras qoyan X65 xx.xx.1972-ci ildə ölmüşdür. Onun iki övladı olmuşdur: X67 və X93. X67 xx.xx.2014-cü ildə ölmüşdür. X61 isə xx.xx.1995-ci ildə vəfat etmişdir. X37 qanun üzrə birinci növbədə vərəsələri arvadı Məmmədova (Quliyeva) Afət İdris qızı (xx.xx.1967-ci ildə nikaha daxil olublar), övladları - İddiaçı2, Nəcəfova (Məmmədova) Emilya Aydın qızı, X70, X51 və X45r. X36 qanun üzrə birinci növbədə vərəsələri arvadı - X39, övladları - X52, X40, X63, X25, X64, X38r. İddiaçılar İddiaçı1 və İddiaçı2 başqa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş digər bütün vərəsələr hər biri ayrılıqda notarial qaydada təsdiq edilmiş ərizə verərək X18 irsi transmissiya qaydasında ona düşən miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiklərini, indi də qəbul etmədiklərini və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiklərini bildirmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı tələbində mərhum X18 miras qalmış əmlak ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.metr olan fərdi yaşayış evindən və 0,0107 ha torpaq sahəsindən ibarət **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın 1/2 hissəsi (bundan sonra – miras əmlak) üzərində qanun üzrə varis olaraq vərəsəlik hüququ tanınmaqla paylarının müəyyən edilməsini xahiş edirlər. Öncə məhkəmə nəzərə alır ki, həm əvvəlki, həm də qüvvədə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan miras qoyan ölərkən mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntisinin olduğu, lakin rəsmi reyestrdə qeydə alınmamış əmlaka hüquqların onun ölümündən sonra qeydə alınması mirasın açılması tarixini dəyişmir. Məhkəmə tələbin həddini də nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, miras əmlakın mülkiyyətçisi X65 xx.xx.1972-ci tarixində öldüyündən və müvafiq mirasın açıldığı vaxt da eyni tarix olduğundan X18 miras qalmış əmlak üzrə İddiaçı1 əri, digər İddiaçı2 isə atası olan X37 mirası qəbul etməsi ilə bağlı mübahisəyə xx.xx.1964-cü ildə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd edilən maddi hüquq normalarından və işin faktiki hallarından da görünür ki, İddiaçı1 əri, digər İddiaçı2 isə atası olan X67 miras qoyan anasının - X27 qanun üzrə birinci növbə vərəsəsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, miras əmlakın mülkiyyətçisi olan miras qoyan X65 xx.xx.1972-ci il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan X67 miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuş və onun mirasın açıldığı vaxt miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin birinci hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 552-ci maddəsinin ikinci hissəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi, miras o halda əldə edilmiş hesab edilir ki, vərəsə (və ya vərəsələr) onu qəbul etmiş olsun. Mirasın qəbul edilməsini isə qanunvericilik 3 dispozitiv əsasla şərtləndirmişdir: 1. Vərəsənin miras əmlakını faktiki surətdə idarə etməyə başlaması; 2. Vərəsənin mirasa yiyələnməsi və 3. Vərəsənin vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi. Həmçinin, qanunvericilik hər hansı şərtlərdən birinin olduğunu mirasın qəbul edilməsi üçün kifayət hesab etmişdir. Qanunvericiliyin tələbindən də aydın görünür ki, vərəsə mirası qəbul etməsi üçün notariat orqanına rəsmi olaraq müraciət etmədən də, miras əmlakdan istifadə və ya ona sahiblik etməyə başlamışsa, habelə miras əmlakın idarə olunması üçün və ya miras əmlaka bağlılığını göstərən hər hansı hərəkətlər etmişsə, yaxud miras kütləsinə daxil olan bir əşyanı qəbul edib sahiblik və istifadə etmişsə, mirası qəbul etmiş hesab edilir. İddiaçı1 əri, digər İddiaçı2 isə atası olan X37 miras əmlakın mülkiyyətçisi olan anası X27 öldüyü vaxtda - xx.xx.1972-ci il tarixində miras əmlak olan sözügedən fərdi yaşayış evində yaşamaqla, idarə etməklə və sahiblik etməklə sözügedən miras əmlakdan payını anasının qanun üzrə birinci növbə vərəsəsi kimi faktiki qəbul etdiyi sübut edilmişdir. Belə ki, bu halı iddiaçıların təqdim etdiyi şahidlər də öz ifadələrində təsdiq etmişlər. ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.metr olan fərdi yaşayış evindən və 0,0107 ha torpaq sahəsindən ibarət **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın digər ½ hissədə paylı mülkiyyətçisi olan 3-cü şəxs X5 Aydın Əlyar oğlunun anasından miras qalmış fərdi yaşayış evində ümumiyyətlə yaşamadığına istinad edir. Bununla bağlı, məhkəmə qeyd edir ki, bu hal iddiaçı tərəfin şahidlərinin ifadələri ilə təkzib edilir, başqa sözlə həmin şahidlərin ifadələrindən aydın olur ki, X27 xx.xx.1972-ci il tarixində öldüyü vaxtdan X67 öldüyü vaxtadək - xx.xx.2014-cü il tarixinədək daima həmin evlə əlaqədə olmuş, fərdi yaşayış evində yaşamaqla, onu idarə etmiş və ona sahiblik etmişdir. Digər tərəfdən mübahisələndirilən hal, yəni Aydın Məmmədovun həmin ünvanda yaşamaması halı mövcud olmuş olsa belə buna 3-cü şəxs X16 tələbi əsasında qiymət verilməsi mülki qanunvericiliyə ziddir. Belə ki, X18 miras qalmış əmlak barədə hər hansı iddia irəli sürmək üçün 3-cü şəxs X1 hüququ yoxdur. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 3-cü şəxs X16 şahidləri mübahisəli miras əmlak barədə hər hansı ifadə verməmiş, Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və yaşayan şəxslər barədə məlumat vermişlər. Bundan başqa, məhkəmə hesab edir ki, X27 ölümündən sonra onun əri Əlyarın miras əmlakı qəbul etməməsi mübahisələndirilməmişdir. Həmçinin, X27 ölümündən sonra onun digər oğlu X23 miras əmlakı qəbul etmədiyi isə sonuncunun qanun üzrə birinci növbədə vərəsləri olan arvadı - X39, övladları - X52, X40, X63, X25, X64, X24 hazırkı mübahisə üzrə mövqelərindən də bəlli olur. Beləliklə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatları, ərizələri, iddiaçının təqdim etdiyi şahidlərin ifadələri, habelə işin digər müəyyən edilmiş halları ilə müəyyən edilir ki, qanun üzrə birinci növbədə vərəsələrdən yalnız X67 anası X27 vəfatından sonra ondan miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişdir. Məhkəmə hesab edir ki, X67 yeganə qanun üzrə birinci növbədə vərəsə kimi miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında onu bütövlükdə qəbul etmiş, bununla da anasından qalmış sözügedən miras əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, sözügedən miras əmlak üzrə ikinci mübahisə, yəni X37 mirası ilə bağlı mübahisə, X67 22 iyun 2014-cü il tarixdə vəfat etdiyindən həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. 2000-ci ildən qüvvədə olan Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X37 öldüyü vaxt, yəni xx.xx.2014-cü il tarixdə onun qanun üzrə birinci növbə vərəsələri arvadı Məmmədova (Quliyeva) Afət İdris qızı (iddiaçı), övladları - İddiaçı2 (iddiaçı), Nəcəfova (Məmmədova) Emilya Aydın qızı, X70, X51 və X62 (3-cü şəxslər) olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları, miras qoyanın 3-cü şəxs olan vərəsələrinin notarial qaydada təsdiqlənmiş ərizələri, iddiaçı tərəfin şahid ifadələri, habelə işin digər müəyyən edilmiş halları ilə müəyyən edilir ki, yalnız İddiaçı1 əri X37 vəfatından sonra miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə X19 ölümündən sonra təxminən bir il yarım, iki il ərzində İddiaçı1 həmin 2A nömrəli evdə yaşamış, xəstəliyi ilə əlaqədar təxminən 2016cı ildə qızı Emilya anasına daha yaxşı baxmaq üçün gəlib onu öz evinə aparmışdır və İddiaçı1 hazırda yataq xəstəsi olmaqla qızı Emilya ilə birgə yaşayır. İddiaçı2 isə miras əmlakı notarial qaydada ərizə verməklə və ya miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul etməmiş, ümumiyyətlə atasının öldüyü vaxtdan sonra həmin evdə yaşamamış, yalnız anasına baş çəkmək üçün gəlib-getmişdir. X37 qanun üzrə birinci növbədə digər vərəsələri övladları - Nəcəfova (Məmmədova) Emilya Aydın qızı, X70, X51 və X62 hər biri ay-ayrılıqda notarial qaydada təsdiq edilmiş ərizə verərək onlara düşən miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiklərini, indi də qəbul etmədiklərini və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiklərini bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 əri X37 vəfatından sonra miras qalmış sözügedən əmlakda yaşamış və bununla da miras əmlakın idarəçiliyini həyata keçirməklə miras əmlakı faktiki qəbul edərək mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə bir daha qeyd edir ki, həmin xüsusatlar işdə iştirak edən şəxslərin izahatları, iddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadələri ilə yanaşı işin məhkəməyə təqdim edilmiş digər materialları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə vurğulayır ki, sözügedən əmlakın digər ½ hissədə paylı mülkiyyətçisi olan 3-cü şəxs X54 iddiaçıların X18 miras qalmış əmlakda ümumiyyətlə yaşamadığına istinad edir. Bununla bağlı, məhkəmə bir daha qeyd edir ki, bu hal iddiaçı tərəfin şahidlərinin ifadələri ilə təkzib edilir, başqa sözlə həmin şahidlərin ifadələrindən aydın olur ki, İddiaçı1 X27 xx.xx.1972-ci il tarixində öldüyü vaxtdan X67 öldüyü vaxtadək xx.xx.2014-cü il tarixinədək daima həmin evlə əlaqədə olmuş, X19 ölümündən sonra da təxminən bir il yarım, iki il ərzində həmin 2A nömrəli fərdi yaşayış evində yaşamaqla, onu idarə etmiş və ona sahiblik etmişdir. Digər tərəfdən mübahisələndirilən hal, yəni İddiaçı1 həmin ünvanda yaşamaması halı mövcud olmuş olsa belə buna miras əmlaka hər hansı subyektiv hüququ olmayan 3-cü şəxs X16 tələbi əsasında qiymət verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə bir daha qeyd edir ki, 3-cü şəxs X16 təqdim etdiyi şahidlər mübahisəli miras əmlak barədə hər hansı ifadə verməmiş, Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və yaşayan şəxslər barədə məlumat vermişlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, sözügedən evə dair kommunal ödənişlərin 3-cü şəxs X54 tərəfindən aparılması, İddiaçı1 bununla bağlı hər hansı sübut təqdim etməməsi sonuncunun həmin evdən istifadə etməməsi anlamına gələ bilməz. Bundan başqa, qeyd edilməlidir ki, İddiaçı1 yaşadıqdan bir neçə il sonra sözügedən fərdi yaşayış evindən çıxması (miras əmlakdan kənarda qalması), yaxud da həmin yaşayış evinin təyinatının dəyişməsi isə onun həmin əmlaka olan hüquqlarının kəsilməsinə səbəb ola bilməz. Göründüyü kimi, mülki işin məhkəmədə araşdırılması zamanı X18 miras qalmış sözügedən miras əmlakın oğlu X67 tərəfindən faktiki qəbul edildiyi, sonuncudan miras qalmış həmin miras əmlakın isə onun vərəsələrindən – arvadı İddiaçı1 tərəfindən faktiki qəbul edildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, X18 miras qalmış və İddiaçı1 tərəfindən qəbul edilmiş miras əmlaka İddiaçı1 tam miras payı tanınmaqla onun ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.metr olan fərdi yaşayış evindən və 0,0107 ha torpaq sahəsindən ibarət **********04-10301 reyestr nömrəli daşınmaz əmlakın 1/2 hissəsinə (mülkiyyət) payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. X18 miras qalmış əmlaka – ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.metr olan fərdi yaşayış evindən və 0,0107 ha torpaq sahəsindən ibarət **********04- 10301 reyestr nömrəli daşınmaz əmlakın 1/2 hissəsinə İddiaçı1 payı (mülkiyyəti) müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar