Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1277/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X50 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər X26, X21, X32 və X22 qarşı onu mərhum İddiaçı və X2 qanun üzrə vərəsəsi tanıyıb mərhum atasına və nənəsinə məxsus miras əmlakları faktiki qəbul edib idarə etdiyi üçün mərhumlara məxsus miras əmlaklar üzərində bütünlüklə qanun üzrə vərəsə kimi onun vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxslər X26, X21, X32 və X22 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu mərhum İddiaçı və X2 qanun üzrə vərəsəsi tanıyıb mərhum atasına və nənəsinə məxsus miras əmlakları faktiki qəbul edib idarə etdiyi üçün mərhumlara məxsus miras əmlaklar üzərində bütünlüklə qanun üzrə vərəsə kimi onun vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası X27 və atasının anası X13 adına olan miras əmlakları atası X27 qanun üzrə vərəsəsi kimi faktiki qəbul edib idarə etmişdir. Bildirmişdir ki, atası X41 xx.xx.2015-ci ildə rəhmətə getdikdə nənəsi 1991-ci ildə rəhmətə gedən X13 bütün əmlakını qanun üzrə vərəsə kimi qəbul etmiş atası, rəhmətə getdikdən sonra isə atası tərəfindən qəbul edilmiş nənəsinə məxsus miras əmlakları və atasına məxsus miras əmlakları, yəni nənəsinin adına olan ünvan 1 ünvanda olan miras evi, atasının adına olan maşınları faktiki qəbul edib miras əmlaklara sahiblik etmişdir. Cavabdeh qanunla mirası qəbul etmək üçün nəzərdə tutulmuş 6 aylıq müddəti üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də cavabdeh mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün miras əmlaka olan hüququnu itirmişdir. Ona görə də miras əmlaklar üzərində qanun üzrə vərəsə kimi bütünlüklə onun vərəsəlik hüququ tanınmalıdır. Məhkəmədə İddiaçı ərizəni müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun gələn izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, 8 aylıq olanda anasının atasından ayrılmış və həmin vaxtdan həmin evdə yaşamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X26, X21, X32 və X28 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslər X26, X21, X32 və X18 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X41 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan müəyyən olunur ki, X23 xx.xx.1991-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan müəyyən olunur ki, X42 21 oktyabr 1996-cı ildə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X42 ilə X11 birgə nikahından xx.xx.1952-ci il tarixdə X28 anadan olmuşdur. İşdə olan doğum haqqında arayışdan görünür ki, X42 ilə X13 birgə nikahından xx.xx.1953-cü il tarixdə X43 anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X41 ilə X19 birgə nikahından xx.xx.1987-ci il tarixdə İddiaçı anadan olmuşdur. İşdə olan arayışdan görünür ki, X1 Rəna Nəsibovna nikahı haqqında 07 sentyabr 1977-ci il tarixdə 912 nömrəli akt qeydi tərtib olunmuşdur. X43 xx.xx.1979-cu ildə ölməsi ilə bağlı nikaha xitam verilmiş və ölüm xx.xx.1979-cu ildə 526 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanında 0.0395 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AC №127367 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşın X27 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, AA №339363 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2107” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşın X27 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Gəncə 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X10 qanun üzrə vərəsələrinin tam şəkildə münasibətini müəyyənləşdirmək mümkün olmadığından İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat şöbəsinin arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X16 aid 20 iyun 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X13 ailə tərkibində xx.xx.1913-cü il tarixdə anadan olmuş, xx.xx.1996-cı ildə vəfat etmiş X42, xx.xx.1946-cı il tarixdə anadan olmuş, xx.xx.2015-ci ildə vəfat etmiş X41, xx.xx.1952-ci il tarixdə anadan olmuş X28, xx.xx.1953-cü il tarixdə anadan olmuş X43 göstərilmişdir. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat şöbəsinin arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X33 aid 20 oktyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X27 ailə tərkibində xx.xx.1913-cü il tarixdə anadan olmuş, xx.xx.1996-cı ildə vəfat etmiş X42, xx.xx.1926-cı il tarixdə anadan olmuş, xx.xx.1991-ci ildə vəfat etmiş X23, xx.xx.1957-ci il tarixdə anadan olmuş X26, xx.xx.1983-cü il tarixdə anadan olmuş Cavabdeh, xx.xx.1987-ci il tarixdə anadan olmuş İddiaçı, xx.xx.1991-ci il tarixdə X21, xx.xx.1992-ci il tarixdə anadan olmuş X32 göstərilmişdir. İş materiallarında olan 1 saylı Gəncə ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X33 aid 20 oktyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X27 ailə tərkibində xx.xx.1913-cü il tarixdə anadan olmuş, xx.xx.1996-cı ildə vəfat etmiş X44, xx.xx.1926-cı il tarixdə anadan olmuş, xx.xx.1991-ci ildə vəfat etmiş X23, xx.xx.1957-ci il tarixdə anadan olmuş X26, xx.xx.1983-cü il tarixdə anadan olmuş Cavabdeh, xx.xx.1987ci il tarixdə anadan olmuş İddiaçı, xx.xx.1991-ci il tarixdə X21, xx.xx.1992-ci il tarixdə anadan olmuş X32 göstərilmişdir. İş materiallarında olan 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X34 aid 05 oktyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X29 ailə tərkibində xx.xx.1939-cü il tarixdə anadan olmuş, xx.xx.1994-cü ildə vəfat etmiş X15, xx.xx.1978-ci il tarixdə anadan olmuş X17 göstərilmişdir. İşdə olan ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, nənəsi X20 xx.xx.1991-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Mirasdan imtina edir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, atası X41 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X32 ərizə ilə müraciət edərək bildirmişdir ki, atası X41 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X32 ərizə ilə müraciət edərək bildirmişdir ki, nənəsi X20 xx.xx.1991-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Mirasdan imtina edir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X21 ərizə ilə müraciət edərək bildirmişdir ki, atası X41 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X21 ərizə ilə müraciət edərək bildirmişdir ki, nənəsi X20 xx.xx.1991-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Mirasdan imtina edir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X26 ərizə ilə müraciət edərək bildirmişdir ki, qaynanası X20 xx.xx.1991-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Mirasdan imtina edir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X26 ərizə ilə müraciət edərək bildirmişdir ki, əri X41 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X28 ərizə ilə müraciət edərək bildirmişdir ki, anası X20 xx.xx.1991-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Mirasdan imtina edir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. İşdə olan ərizədən görünür ki, X17 ərizə ilə müraciət edərək bildirmişdir ki, nənəsi X20 xx.xx.1991-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına miras qalmış əmlakların vərəsəliyini qəbul etmir. Mirasdan imtina edir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunmuşdur ki, mirasqoyan X12 ünvan 2 ünvanında 0.0395 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X2 X44 ilə birgə nikahından üç övladı anadan olmuşdur. X44 1996-cı ildə, X41 isə 2015-ci ildə ölmüşlər. Onların hazırda iki övladları-X43 və X4. X3 “Mercedes Benz C180” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşın və “Vaz 2107” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. X10 X26 ilə birgə nikahından dörd övladı anadan olmuşdur. X6, Cavabdeh, İddiaçı, X21, X5. X6, X43, X32, X21, Cavabdeh, X17, X8 Elman Nəsib oğlundan və X9 miras qalmış əmlakların vərəsəliyini qəbul etmədikləri barədə notariat qaydasında təsdiqlənmiş ərizə imzalamışlar. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi vacib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş üzrə mərhum X41 xx.xx.2015-ci ildə öldüyündən və vərəsəlik həmin tarixdən açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 ünvanında 0.0395 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X13 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixli, AC №127367 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes Benz C180” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşın və xx.xx.2001-ci il tarixli, AA №339363 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Vaz 2107” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşın X27 mülkiyyətinə verilmişdir. Buna görə də həmin əmlaklar mirasın kütləsinə daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin qanunun 1159.1.2-ci maddəsinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Baxılan işdə işin faktiki halları kimi həmçinin müəyyən olunur ki, İddiaçı mərhum atası X27 və atasının anası X13 qanun üzrə vərəsəsi olmaqla mirası faktiki qəbul etməklə idarə etmişdir. Belə halda, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X7 miras qalmış “Mercedes C180” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı və “Vaz 2107” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşınlar üzərində və mərhum X12 miras qalmış ünvan 2 ünvanda yerləşən, 0,0395 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 126,8 kvadratmetr olan fərdi yaşayış evindən ibarət miras əmlak üzərində ölənlərin qanun üzrə vərəsəsi İddiaçı tam payı müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1277/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1277/2025
14.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver