Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1289/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2024cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 onun əmisioğlu olmaqla onlarla birlikdə yaşamış, ona ölən günə kimi o və anası qulluq etmişdir. X6 xx.xx.2024-cü il tarixdə dünyasını dəyişmişdir. O, uzun illərdən bəri epillepsiya, şəxsiyyət dəyişikliyi xəstəliyindən əziyyət çəkməklə 2-ci qrup əlil olmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. X6 həqiqətən vəfat etməsinə baxmayaraq bütün elektron sistemlərdə diri kimi göstərilir və vətəndaşlıq vəziyyəti aktları kitabında şəxsin ölməsi öz əksini tapmamışdır. Məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. X2 xx.xx.2024cü il tarixdə Gəncə şəhərində dünyasını dəyişmiş və onlar tərəfindən Şəmkir rayonu Alabaşlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X6 dünyasını dəyişəndə bu barədə dərhal həkimə məlumat verməmişlər, başları dəfn işlərinə qarışmışdır. Hazırda isə qeydiyyat orqanı onlardan tibbi sənəd tələb etmişdir. X3 atası X7 1996-cı ildə dünyasını dəyişmiş, anası X1 isə ruhi əsəb xəstəsi olmaqla Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədədir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, mərhum əmisioğlu Qurbanov Elman uşaq vaxtından ruhi xəstə olmuş, dispanserdə yatmışdır. Doğum haqqında şəhadətnaməsi olmamışdır. Elman Qurbanovun ölüm haqqında şəhadətnaməsini əldə edib pensiya fonduna verəcəkdirlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. X10 xanım qulluq etmişdir. Elmanın anası da ağır dərəcədə ruhi xəstə olmuşdur. Adı Valentinadır, ancaq Validə demişdirlər. Qurbanov Elman son zamanlarda çox aqressivləşmiş, yatdığı yerdə rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Tural və Elman qardaşı oğludur. Elman noyabrın 25-i ölmüşdür. Dəfndə iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Şəxsiyyət vəsiqəsi haqqında elektron məlumat sistemindən çıxarışdan grünür ki, X6 xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 895/24 nömrəli arayışdan görünür ki, X1 xx.xx.2024-cü il tarixdən hal-hazıradək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozu ilə stasionar müalicədədir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 Respublika Təcili Təxirəsalınmaz X15 X4 Yardım Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü vətəndaş X3 ölümü ilə bağlı X4 Yardım Stansiyasına hər-hansı bir formada çağırış və müraciət qeydə alınmadığı üçün X3 ölümü ilə bağlı rəy və arayış verilməmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 2582 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 47 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixində Şəmkir rayonu Ağlavaşlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbirüstü abidənin fotoşəkillərindən görünür ki, X3 xx.xx.2024-cü ildə öldüyü qeyd edilmiş və əmisi oğlanlarından xatirə yazısı həkk olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin əmisioğlu xx.xx.1970-ci ildə anadan olmuş X6 xx.xx.2024-cü ildə Gəncə şəhərində vəfat etmiş, Şəmkir rayonu Ağlavaşlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X3 ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, X6 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Göründüyü kimi, X3 ölümü qeydə alınmamışdır. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, xx.xx.1970-ci ildə anadan olmuş X3 25 noyabr 2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1289/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1289/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver