Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1293/2025 25.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Maraqlı şəxs2 və Maraqlı şəxs1) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçı Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Maraqlı şəxs2 və Maraqlı şəxs1) ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X10 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı 03 sentyabr 1993-cü il tarixdə öz hərbi xidməti borcunu yerinə yeirərkən həlak olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı 16 aprel 1967-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş X2 rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq, 03 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı öz hərbi xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş hərbi qulluqçular şəhid hesab olunurlar. 2.1-ci bəndinə görə, şəhidin (2.1.1) arvadı onun ailə üzvüdür. Həmin qərarın 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur. O, müvafiq səlahiyyətli orqanlara həyat yoldaşına şəhid adının verilməsi üçün 17 avqust 2018-ci il tarixdə Daşkəsən rayon X4 Qeydiyyatı Şöbəsi tərəfindən şəhidin adına verilmiş AZ-İ № 944051 saylı ölüm haqqında şəhadətnamənin, X18 haqqında olan 04 iyun 1994-cü il tarixli 1141 və 13 noyabr 1996-cı il tarixli 4/492 saylı arayışların və digər sənədlərin kserosurətlərini dəfələrlə təqdim etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin həmin dövrdəki komandiri, polkovnik M.H. Həmzəyev tərəfindən verilmiş 13 noyabr 1996-cı il tarixli 4/492 saylı arayışdan və Daşkəsən rayon Hərbi Komissarlığının həmin dövrdəki hərbi komissarı, mayor İmanov A. M. tərəfindən verilmiş 04 iyun 1994- cü il tarixli 1141 saylı arayışdan da çox aydın görünür ki, 16 aprel 1967-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş X18 03 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən öz xidməti borcunu yerinə yetirərkən Daşkəsən rayonu ərazisində həlak olmuşdur. Bu halı, yəni hərbi xidmət keçərkən öz xidməti borcunu yerinə yetirərkən Daşkəsən rayonu ərazisində həlak olması faktını şəhid X18 ilə birgə hərbi xidmətdə olmuş sabiq həri qulluqçular: X7, X12, X13, X8 və X14 özləri təqdim etdikləri izahatlarında tamamilə təsdiq edirlər. Bu halı nəinki onlar, şəhidimizlə birlikdə xidmət etmiş digər həmxidmətliləri də təsdiq etməyə hazırdırlar. Odur ki, tərəfimizdən Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq, 03 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı öz hərbi xidməti borcunu yerinə yetirərkən həlak olmuş: 16 aprel 1967-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş X10 adının şəhidlər siyahısına salınması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinə müraciət etmiş və ora dəfələrlə müvafiq sənədləri təqdim etmişik. Lakin oradan bildirmişlər ki, şəhidin müəyyən vaxtda, müəyyən şəraitdə həlak olması faktının-hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı-hüquqi faktın müəyyən olunması üçün müvafiq məhkəmə qərarının olması zəruridir. Belə ki, 10 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən 2N saylı 29 dekabr 2023-cü il tarixli cavab məktubu almışıq ki, X18 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş və məzunuiyyətdə olarkən, 03 sentyabr 1993-cü il tarixdə yol hərəkəti qəzası zamanı Daşkəsən rayonu ərazisində həlak olmuşdur. Hesab edirəm ki, sonuncu 10 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilmiş 2N saylı 29 dekabr 2023-cü il tarixli cavab məktubunun məzmunu, yəni X10 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edərkən məzuniyyətdə olarkən, 03 sentyabr 1993-cü il tarixdə yol hərəkəti qəzası zamanı Daşkəsən rayonu ərazisində həlak olması arayışı məzmunca tamamilə yalnışdır. Çünki 03 sentyabr 1993-cü il tarixdə şəhid X18 heç bir məzuniyyətdə olmamışdır. Belə ki, özü könüllü olaraq Daşkəsən rayon Hərbi Komissarlığı vasitəsi ilə hərbi xidmətə çağırılaraq (Səfərbər olunaraq), Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) tağım komandiri vəzifəsində gizir hərbi rütbəsində xidmət edən 08 noyabr 1962-ci il tarixdə Daşkəsən rayonun Daşkəsən şəhərində anadan olmuş, 16 avqust 2022-ci il tarixdə “Beyin ödəmi” xəstəliyindən vəfat etmiş X15 03 sentyabr 1993-cü il tarixdə səfərbərliklə alınaraq, hərbi hissənin istifadəsinə verilərək, gizir X9 təhkim olunmuş “VAZ-2107” markalı avtomaşında, qabaq sərnişin yerində-qabaq oturacaqda özü könüllü olaraq Daşkəsən rayon Hərbi Komissarlığı vasitəsi ilə hərbi xidmətə çağırılaraq (Səfərbər olunaraq), Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) sıravi əsgər hərbi rütbəsində atıcı vəzifəsində xidmət edən, 10 aprel 1971-ci il tarixdə Daşkəsən rayonun Daşkəsən şəhərində anadan olmuş, 20 fevral 2006-cı il tarixdə “Xərçəngiz Loksikasiyası” xəstəliyindən Bakı şəhərində vəfat etmiş X11, avtomaşının arxa oturacağında isə Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) sıravi əsgər hərbi rütbəsində kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmət edən X18 olmaqla saat, təqribən 14-15 radələrində -zərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində dan N saylı (Daşkəsən rayon özünümüdafiə taborunun) hərbi hissənin Daşkəsən şəhərində olan məntəqəsindən Daşkəsən rayon özünümüdafiə taborunun Xoşbulaq məntəqəsinə, oradan isə Kobalt qəsəbəsi yaxınlığında yerləşən döyüş mövqeyinə hərbi sursat-əsasən dəmir sink yeşiklərdə olan AKM avtomat silahlan üçün olan 7,62 mm güllələri və digər hərbi sursat və əşyaları apararkən, Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsi ərazi vahidliyinin ərazisində avtomaşın dağ ətəyi yoldan dərəyə yuvarlanaraq aşmış və nəticədə, sıravi əsgər, kəşfiyyatçı-pulemyotçu X18 “açıq küt baş beyin travması” alaraq hadisə yerindəcə həlak olmuşdur. Digər iki hərbi qulluqçular: X15 və X11 isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Şoradan həmin müxtəlif dərəcəli bədən xəsarətləri almış iki hərbi qulluqçu isə aldıqları bədən xəsarətlərindən Daşkəsən rayon Mərkəzi Xəstəxanasında bir müddət müalicələr almışlar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində olan N saylı (Daşkəsən rayon özünümüdafiə taborunun) hərbi hissənin hərbi qulluçuları öz hərbi xidməti borcunu yerinə yetirərkən həlak olmuş kəşfiyyatçıpulemyotçu, sıravi əsgər X10 meyidini Gəncə şəhərinə gətirərək, onu geniş ictimayyətin iştirakı ilə Gəncə şəhərinin yaxınlığındakı şəhidlər xiyabanında şəhid kimi dəfn etmişlər. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında təmsil olunmamış və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarınada olan Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İ №944051 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1993cü il tarixdə açıq küt baş beyin travması nəticəsində Daşkəsən rayonunda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Rahilə əsgər yoldaşı və qonşusu olmuş X10 həyat yoldaşıdır. Rəhim 1993-cu ildə Xoşbulaq kəndi ilə Kobalt qəsəbəsi arasında yolda baş vermiş avtoqəza vaxtı vəfat etmişdir. O, həmin vaxt avtomobildə olmamışdır, bu barədə eşitmişdir. Təxminən sentyabr ayının əvvəllərində, ayın 3-də və ya 5-də hadisə baş vermişdir. Həmin vaxt Rəhim məzuniyyətdə deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Rahilə ilə eyni rayonda yaşayırdırlar, onun həyat yoldaşı Rəhim Vəliyev ilə əsgərlik yoldaşı olmuşlar. Rəhimlə 1992-ci ildən 1993-cü ildə rəhmətə gedənə kimi. 1993-cü ildə Xoşbulaq kəndində Kobalt qəsəbəsinə hərbi sursat apararkən avtomobil qəzasında həlak olmuşdur. Həmin dövrdə heç kəsə məzuniyyət verilmirdi. O dövrün məzuniyyət haqqını hərbi qulluqçular indiki dövrdə alırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Rəhilə Rəhimin yoldaşıdır. Rəhim 1992-ci ilin ortalarında əsgər idi. Gədəbəy rayonunda müxtəlif yerlərdə onlarla döyüşlərdə iştirak edib. Rəhim 1993 sentyabr ayında Xoşbulaq kəndindən Kobalt qəsəbəsinə sursat apararkən qəzada vəfat edib. Qəza vaxtı vəfat edəndə onun yanında olmamışam. Onlar gedib görmüşlər ki, Rəhim avtoqəzada ölmüşdür. Rəhim həmin vaxt məzuniyyətdə deyildi, məzuniyyət verilmirdi, Rəhimi komandir göndərmişdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarına əsasən: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən X4nın dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, X4nın dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur;
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4nın dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ərizəçi mərhum həyat yoldaşı X10 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı 03 sentyabr 1993-cü il tarixdə öz hərbi xidməti borcunu yerinə yeirərkən həlak olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İ №944051 nömrəli, xx.xx.2018ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1993-cü il tarixdə açıq küt baş beyin travması nəticəsində Daşkəsən rayonunda ölmüşdür. Beləliklə, X4nın dövlət qeydiyyatı orqanı tərəfindən ölüm faktının qeydə alınmasından imtina edilməsi müəyyən olunmadığından şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəyə məhkəmədə baxılması üçün əsaslar müəyyən edilmir, buna görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Bundan başqa ərizənin və ona əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, ərizəçi şəhid ailəsi statusunun verilməsini xahiş edir. Məhkəmə izah edir ki, ərizəçi gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmət, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışla şəhid ailəsi statusunu əldə edə bilər. Mübahisə yaranacağı halda, inzibati məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”-na əsasən: 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qaydasında baxılmalı olmadığı üçün hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.3-ci maddəsinə əsasən, həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Maraqlı şəxs2 və Maraqlı şəxs1) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Xədicə Səfərli