Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1298/2022 26.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, onun atası X1 şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzili 14 mart 2021ci ildə bağışlama müqaviləsi əsasında ona hədiyyə etmişdir. Həmin vaxtdan sonra o, qeyd olunan mənzili öz mülkiyyətinə qəbul etmiş və onu idarə etməyə başlamışdır. Bundan başqa, X11 mülkiyyətində bütün daşınar və daşınmaz əmlakları qardaşları arasında bölmüş, etibarnamə əsasında 1 ədəd «VAZ 21011» markalı avtomobili və Cavabdeh2 Gəncə şəhəri, Sevinc qəsəbəsində faktiki yaşadığı evi həyətyanı torpaq sahəsi ilə birlikdə Cavabdeh2 vermişdir. Cavabdeh2 və sonuncunun arvadı X7 2019-cu ilin avqust ayından, yəni onların analarının ölümündən bir neçə gün sonra ailə daxili münaqişə yaradaraq, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzili tərk etmiş, həmin tarixdən sonra heç bir vaxt ora gəlməmiş və orada yaşamamışlar. Hazırda Cavabdeh1 və Cavabdeh2 həmin evdə yaşamasalar da, onun mülkiyyət hüquqlarının tam həyata keçirilməsinə mane olurlar. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə əlaqədar həmin şəxslərə kompensasiya verməyə razı deyildir. Sonda İddiaçı iddianın təmin edilməsi, onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmədə iddianı qəbul etməyərək, göstərdi ki, o, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzilə 29 avqust 1982-ci ildə qeydiyyata düşmüş və həmin mənzildə yaşamışdır. Hətta 1-ci sinifə də o, həmin mənzildə yaşadığı dövrdə getmiş və Mircəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-cı ildə X7 ilə nikaha girmiş və S.Q.Nəcəfova Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzilə gəlin köçmüşdür. Cavabdeh1 da həmin ünvanda yaşadıqları dövrdə onunla X4 birgə nikahından anadan olmuşdur. Lakin 2019-cu ilin avqust ayında onun anasının ölümündən sonra İddiaçı ailə daxilində əsassız mübahisələr yaratmışdır. Buna görə də o, arvadı S.Q.Nəcəfova ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzili müvəqqəti tərk etmək məcburiyyətində qalmışdır. İddiaçı yaranmış həmin şəraitdən istifadə edərək, 14 mart 2021-ci ildə bağışlama müqaviləsi əsasında mübahisəli mənzilin öz mülkiyyətinə keçirilməsinə nail olmuşdur. Hazırda onun mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur. İddiaçının bildirdiyi kimi atası tərəfindən «VAZ 21011» markalı avtomobil ona etibarnamə əsasında verilmişdir və buna görə də həmin avtomobil onun deyil, atasının mülkiyyəti sayılır. Hazırda onun Gəncə şəhəri, Sevinc qəsəbəsində müvəqqəti yaşadığı evin isə heç bir hüquq müəyyənedici sənədi yoxdur və bundan sonra onun həmin mənzildən çıxarılmamasına heç kim təminat verə bilməz. Digər tərəfdən isə iddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün ona heç bir kompensasiya təklif etmir. Halbuki, onun Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildən istifadə hüququ vardır və həmin hüququnun itirilməsi nəticəsində o, yaşayış sahəsindən məhrum ediləcəkdir. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və Cavabdeh2 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan 14 mart 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10Ada yerləşən 16 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh2 1982-ci ildən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə qeydiyyatda olmaqla, digər ailə üzvləri ilə birlikdə 2019-cu ilin avqust ayınadək orada yaşamışdır. 2019-cu ilin avqust ayında İddiaçı və Cavabdeh2 anasının ölümündən sonra yaranmış ailədaxili münaqişə səbəbindən Cavabdeh2 digər ailə üzvləri ilə birlikdə həmin evi tərk etmək məcburiyyətində qalmışdır. Qeyd olunan mənzil 14 mart 2021-ci il tarixədək Cavabdeh2 atası X5 mülkiyyətində olmuş və 14 mart 2021-ci ildə X1 şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzili bağışlama müqaviləsi əsasında qızı İddiaçı hədiyyə etmişdir. Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzil hazırda mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Cavabdeh2 isə mənzilin əvvəlki mülkiyyətçisinin oğlu olmaqla uzun müddət orada yaşamışdır. İddiaçı hazırda cavabdehlərin həmin evdə yaşamadıqlarını bildirərək, onların istifadə hüquqlarının itirilməsini tələb edir. Məhkəmə mövcud olmayan hüququn itirilməsinin mümkün olmamasını və hüququn itirilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin, yəni Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildən 1982-ci ildən istifadə etməyə başladığını nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 münasibətdə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X5 uşağı olmaqla ailə üzvü kimi onunla birlikdə həmin evə köçmələri zamanı qeyd edilən evdən istifadə hüququ əldə etmişdir. İddiaçı isə istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında mülkiyyətində olan evdə cavabdehlərin uzun müddət yaşamadıqlarını, onların yaşayış sahəsini tərk etdiklərini və evə olan ehtiyaclarının aradan qalxdığını bildirərək, cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsini tələb etmişdir. Lakin iddiaçı cavabdehlərin könüllü şəkildə özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələrinə və cavabdehlərin yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yaranmış münaqişəli vəziyyətlə əlaqədar cavabdeh X2 2019-cu ilin avqust ayında Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzili tərk etmiş və heç bir hüquq müəyyənedici sənədi olmayan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən atasına məxsus evdə müvəqqəti olaraq yaşamışdır. Hazırda qeyd olunan sonuncu mənzildə Cavabdeh2 istifadə və sahiblik hüququ, eləcə də başqa yaşayış yeri olmadığına görə onun mübahisəli evə ehtiyacı və həmin evlə əlaqələri kəsilməmişdir. «X6rşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1986-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, cavabdehlərin müəyyən müəyyən ərzində başqa yerdə yaşamasına baxmayaraq, həmin mənzillə daim əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki və mənzil qanunvericiliyinin qeyd olunan normalarının tələbini, habelə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 2019-cu ilin avqust ayından sonrakı müddətdə mübahisəli evdə daimi yaşamasa da, bu onun öz arzusu əsasında deyil, iddiaçı ilə aralarında olan mübahisəli vəziyyətə görə məcburiyyət qarşısında qalmasından irəli gəldiyindən, eləcə də cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri və yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə Cavabdeh2 heç bir hüquq müəyyənedici sənədi olmayan atasına məxsus evdə müvəqqəti yaşadığından və iddiaçıya məxsus evə köçmək istədiyini bildirdiyindən, digər Cavabdeh1 isə azyaşlı olmaqla, atası R.Ə.Həsənzadənin yanında yaşadığından Cavabdeh2 və M.R.Həzənzadənin mübahisəli evdən istifadə hüququ itirilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə olan evin atası X5 mülkiyyətinə keçdiyi tarixdən sonra mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək oradan istifadə hüququ əldə etdiyi və hazırda məhkəmə tərəfindən onların istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onun həmin evdən istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 129, ev 10A-da yerləşən 16 saylı mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1298/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1298/2022
26.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver