Məhkəmə qərarları › İş №2(125)-130/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-130/2023

02.11.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-130/2023 02.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X1, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar "xxxx" MMC-nin, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinə, Cavabdeh2 ASC-yə və Gəncə 2 saylı Notariat kontoruna qarşı “ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar "xxxx" MMC, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə və Gəncə 2 saylı Notariat kontoruna qarşı “ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri hər biri ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri dinləyib, ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçılar "xxxx" MMC-nin, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə və Gəncə 2 saylı Notariat kontoruna qarşı “ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar "xxxx" MMC-nin, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə və Gəncə 2 saylı Notariat kontoruna qarşı “ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar