Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1308/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh1nə və Goranboy Rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbə qarşı dərs yükünün bərpa olunması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1nə və Goranboy Rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy Rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin 2*22-2*23cü tədris ilində soğrafiya fənni üzrə 12 saat fakultətiv dərs saat yükünün ixtisasına uyğun olaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi imzalanmadığından və iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. (MPM mad. 152.1.3, 152.1.6-1) Bununla yanaşı Cavabdeh1 inzibati orqan olmaqla sonuncuya qarşı verilmiş tələbə inzibati icraat qaydasında baxılmalı olduğu halda mülki məhkəmə icraatı qaydasında verilmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1nə və Goranboy Rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbə qarşı dərs yükünün bərpa olunması tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə və Goranboy Rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbə qarşı dərs yükünün bərpa olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(125)-1308/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1308/2023
24.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver