Məhkəmə qərarları › İş №2(125)-1315/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1315/2022

20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1315/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyası doğum faktının müəyyən edilməsinə dair ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, X7 tərəfindən Gəncə şəhərində, ev şəraitində, *2.*2.2**3-cü il tarixdə qız cinsli uşağın doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan X3 şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək bildirmişdir ki, bacısı mərhum X1 adlı şəxslə qeyri - rəsmi Gəncə şəhərində birgə yaşayıblar. Onların birgə yaşayışları dövründə *2.*2.2**3-cü il təvəllüdlü X9 adında qız uşaqları anadan olmuşdur. Tərəflər arasında rəsmi nikah olmadığı üçün və S.Niyazovanın bacısının səhlənkarlığından uşaq anadan olanda ona doğum haqqında şəhadətnamə almamışdır. Bacısı ilə Elmir adlı şəxs bir müddət birgə yaşadıqdan sonra ayrılmışlar. S.Niyazovanın bacısı A.Abdullayeva *3.1*.2*2*-ci ildə vəfat etmişdir. Mərhumun qızı Zümrüd 2*19-cu ildə Vüsal adlı şəxslə qeyri - rəsmi olaraq birgə yaşamışlar. Onların birgə yaşadıqları dövrdə 2*.*8.2*17-ci ildə Mədinə adında bir qız uşaqları anadan olmuşdur. Zümrüdün şəxsiyyət vəsiqəsi olmadığı üçün onun qızı Mədinənində doğum haqqında şəhadətnaməsi yoxdur. Zümrüd hal - hazırda hamilədir. Yaxın müddətdə Zümrüdün uşağı dünyaya gələcək. Lakin Zümrüdün heç bir sənədi olmadığı üçün doğulacaq uşağında sənədi olmayacaq. Azyaşlı Mədinənin və doğulacaq uşağın gələcək mənafeyi naminə Zümrüdün doğum haqqında şəhadətnaməsinin alınması zəruridir. Qeyd olunan müraciətə Komissiyanın iclasında baxılmış və X4 atalığının, ana mənşəyinin və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə qərara qəbul edilmişdir.Zümrüd hazırda acınacaqlı vəziyyətdədir. Sənədi olmadığından heç bir yerdə həkim müayinəsindən keçə bilmir, hər hansı yerdən gəliri yoxdur. O, hal hazırda ünvan 1 ünvanında xalası S.Niyazovanın himayəsində yaşayır. Ona görədə hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1* ifadəsində bildirmişdir ki, X7 onun bacısıdır. Aynurə ilə Elmir adlı şəxsin qeyri-rəsmi nikahından qızı doğulmuşdur, anası uşağa Zümrüd adını qoymuşdu. Uşaq Gəncə şəhərində ev şəraitində doğulmuşdur, doğuşda kömək edən qonşu artıq vəfat etmişdir. Öz qızı 24.12.2**2-ci ildə doğulmuşdur, qızının doğuşunun 4*-cı günü olan *2.*2.2**3-cü ildə bacısı Aynurənın həmin qızı dünyaya gəlmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının 2*.*7.2*22-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X4 doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə komissiya tərəfindən Gəncə şəhər Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İİ 115841 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 *3.1*.2*2*-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 629953 və AZ-İ 5**59* seriyalı doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X7 və 25.*7.1978-ci il təvəllüdlü X1*, X12 ilə X2 birgə nikahlarından doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17.*6.2*21-ci il tarixli *5/Q- 551/15 nömrəli məktubdan görünür ki, X4 doğum haqqında şəhdaətnamə tərtib olunması barədə ərizəyə həmin şöbədə baxılmış və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 13.*9.2*22-ci il tarixli *5/Q- 1793/13 nömrəli məktubdan görünür ki, X7 ilə Elmir adlı şəxs arasında nikah qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhərində X7 tərəfindən ev şəraitində *2.*2.2**3-cü il tarixdə qız cinsli uşağı doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla X5 bacısı X6 himayəsində yaşayır. Uşağın adı, soyadı və ata adı ilə bağlı hər hansı sənəd mövcud olmadığından, onun yalnız ərizədə qeyd edilən tarixlərdə doğulması faktı müəyyən edilə bilər. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X7 tərəfindən Gəncə şəhərində ev şəraitində *2.*2.2**3-cü il tarixdə qız cinsli uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar