Məhkəmə qərarları › İş №2(125)-1331/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1331/2023

17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1331/2023 17.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi» tələbi barədə ərizəsinə dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi mərhum X1 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Heydər prospektində yerləşən 41 saylı evin 29 saylı mənzilinin miras qismində qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında hazırda Şəmkir rayonunun Düyərli kəndində yaşadığını və eyni zamanda həmin ünvanda qeydiyyatda olduğunu bildirərək, mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmasının həll olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında mülki işin aiddiyyət qaydalarının pozulması ilə icraata götürüldüyü aşkar edilmişdir. Belə ki, işdə olan «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, Ərizəçi Şəmkir rayonunun Düyərli kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, mülki iş icraat qaydalarının pozulması ilə icraata qəbul edildiyinə görə mülki baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verməlidir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş Ərizəçi Şəmkir rayonunun Düyərli kəndində yaşadığına görə Ərizəçi «miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi» tələbi barədə ərizəsinə dair mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi» tələbi barədə ərizəsinə dair mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar