Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1344/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, 19**-cü ildə Daşkəsən rayonunda doğulmuş X5nun *9.1*.1972-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 *9 oktyabr 1972-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. X4 isə 1989-cu ildə rəhmətə gedib. Onlar ailədə 1* uşaq olmuşlar, 5 qardaş və 5 bacı. Onlardan 6-sı rəhmətə gedib. Rəhmətlik X5ndan Göygöl rayonu Tülallar kəndində mülk miras qalmışdır. Həmin mülkə dair vərəsəlik əməliyyatı aparmaq üçün onlar notariat ofisinə müraciət etmişlər. Orada bildidilər ki, bunun üçün zəruri olan sənədlərdən atamın ölüm şəhadətnaməsi də tələb olunur. Atasının ölüm şəhadətnaməsi isə yoxdur. Atam uzun şürən pnevmaniya xəstəliyindən sonra evdə vəfat etmişdir. Atası həkimə getməkdən imtina etmişdir. O, bir neçə il yataq xəstəsi olmuş, *9 oktyabr 1972-ci ildə onların yanında rəhmətə getmişdir. Həmin vaxt anası, o, bacıları Məryəm, Sultan, qardaşları Kamil və Məcid evdə idi. Atası rəhmətə gedəndə heç təcili tibbi yardım çağırmamışlar. Buna görə də, ölüm haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 12.*1.2*23-cü il tarixli məktubundan görünür ki, X8 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan *2.*9.1972-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən, X11 və X9 *2.*9.1972-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan *8.*8.1954-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.1954-cü il təvəllüdlü X3 X5, X4dır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, xx.xx.1954-cü il təvəllüdlü X1 şəhəri, T.Arani küçəsi, 1-döngə, ev 6, mənzil 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan qəbrin fotoşəklindən görünür ki, 19**-cü təvəllüdlü X14 *9.1*.1972-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən verilmiş *3.*4.2*23cü il tarixli arxiv arayışından görünür ki, X14 19**-cü il tarixdə Daşkəsən rayonunda doğulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 31.*3.2*23-cü il tarixli arayışa əsasən, *9.1*.1972-ci il tarixdə vəfat etmiş X2 şəhəri İmamzadə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Qəndaf onun bacısıdır. X5 1972-ci ildə Gəncə şəhərində xəstəlikdən vəfat etmiş və İmamzadə qəbristanlığında dəfn edilmişdir. Həmin dəfndə o, iştirak etmişdir. Atası 19**-cü ildə Daşkəsən rayonunda doğulmuşdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1* ifadə verərək bildirdi ki, Qəndaf onun bacısıdır. X5 19**-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. Atası 1972-ci ildə Gəncə şəhərində, yaşadığı M.Qasımov küçəsindəki 3 nömrəli evdə vəfat etmiş və İmamzadə qəbristanlığında dəfn edilmişdir. O, atasının dəfnində iştirak etmişdir. Atası xəstəlikdən vəfat etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 19**-cü ildə Daşkəsən rayonunda doğulmuş X8 *9.1*.1972-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X5ndan miras qalan əmlakı qəbul edə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X8 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 19**-cü ildə Daşkəsən rayonunda doğulmuş X8 *9.1*.1972-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 3*7 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19**-cü ildə Daşkəsən rayonunda doğulmuş X8 *9.1*.1972-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1344/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1344/2023
08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver