Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1383/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X36 İsa oğlunun sədrliyi, X21 Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, aşağıdakı məzmunda xahiş etmişdir; “ataları Ərizəçi və anaları X8 olmaqla 07 aprel 1998-ci il təvəllüdlü X5 şəhərində, 04 avqust 1999-cu il təvəllüdlü X2 şəhərində, 26 iyul 2001-ci il təvəllüdlü X6 şəhərində, 20 iyun 2003-cü il təvəllüdlü X3 şəhərində, 24 noyabr 2005-ci il təvəllüdlü X9 şəhərində, 11 mart 2006-cı il təvəllüdlü X7 şəhərində, 06 avqust 2008-ci il təvəllüdlü X10 şəhərində, 17 fevral 2010-cu il təvəllüdlü X4 şəhərində, 03 may 2016-cı il təvəllüdlü X1 şəhərində doğum qeydinin müəyyən edilərək doğum akt qeydinin verilməsini və onlara doğum haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə çıxarasınız”. Ərizə onunla əsaslandırılmışdır ki, 13 dekabr 1973-cü il təvəllüdlü X8 ilə 1996-cı il tarixdə qeyri-rəsmi birgə nikaha daxil olmuşlar. Birgə nikahlarından 9 uşaq anadan olmuşdur. Övladları hal-hazırda X5 şəhərində, X14 ailəlidir, Şəmkir rayonu, Qaracəmirli kəndində, X19 ailəlidir, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində, X3 şəhərində, X9 şəhərində, X7 şəhərində, X10 şəhərində, X4 şəhərində və X1 şəhərində onunla birlikdə yaşayırlar. Lakin, övladlarının heç birinə doğum haqqında şəhadətnamə alınmamışdır. 13 dekabr 1973-cü il təvəllüdlü X8 ilə 13 dekabr 2023-cü il tarixdə 1 Saylı Gəncə “ASAN XİDMƏT” X11 1670 nömrəli Akt qeydi ilə rəsmiləşdirmişlər. Hazırda onlara şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin onların anadan olmaları barədə doğum akt qeydinin olmasını təsdiq edən sənədlər olmadığına görə Maraqlı şəxs doğum haqqında akt qeydinin verilməsinin mümkün olmadığını bildirib imtina vermişdir. Bu səbəbdən doğum haqqında şəhadətnamə alıb onun əsasında şəxsiyyət vəsiqəsi almaqları mümkün olmamış və övladları hüquqlarından istifadə edə bilmirlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 19 fevral 2025-ci il tarixli iclasında Ərizəçi iştirak etmiş, doğum haqqında şəhadətnamə verilməsinin bir vəzifə kimi Maraqlı şəxsnə həvalə edilməsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi məsələsinə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü ona izah olunmuş, ərizənin dəqiqləşdirilməsi ona təklif edilmiş və bu məqsədlə işin məhkəmə hazırlıq iclası 04 mart 2025-ci il tarixə təxir edilmişdir. Məhkəmənin 04 mart 2025-ci il tarixli iclasında Ərizəçi iştirak etmiş, məhkəməyə verdiyi ərizə üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, hazırki vəziyyətdə işə baxılması mümkün deyildir və işə baxılması əsaslı sayıla bilməz. Odur ki, ərizə baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” adı altında məhkəməyə verdiyi əriizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1383/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1383/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver