Məhkəmə qərarları › İş №2(125)-1386/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1386/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1386/2025 23.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə anadan olmuş (Babayeva) X1 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuş X4 ilə xx.xx.1995-ci il tarixdə Maraqlı şəxsndə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra Məqsudəyə ərinin soyadı “Babayeva” soyadı verilmişdir. Onların birgə nikahlarından xx.xx.1996-cı il tarixdə X8 adlı bir uşaq doğulmuşdur. Məqsudə Babayeva 1998-ci il tarixdə uşağı Əlini atası Məhhərrəm Babayevin yanında qoyub getmiş və bir daha geri qayıtmamışdır. Ərizəçi müxtəlif orqanlara müraciət etsə də, Məqsudəni həmin vaxtdan bəri tapa bilməmişdir. Ərizəçi Məqsudə ilə rəsmi nikahda olması Məhərrəmin öz qazancı ilə əldə etdiyi daşınar və daşınmaz əmlaklar üzərində sərəncam verməyində qanuna uyğun olaraq problemlər yaratmışdır. Belə ki, Ərizəçi öz qazancı ilə əldə etdiyi ünvan 1 ünvanını almış, hazırda həmin mülki satmaq istəyir. Lakin ərizəçinin (Babayeva) X4 ilə rəsmi nikahı olduğu üçün əmlakı satarkən birgə nikahda alınmış əmlak olaraq Məqsudənin icazəsi tələb olunur. Halbuki, Məqsudə 1998-ci il tarixdən getmiş və harada olması məlum deyildir. Ərizəçi öz qazancı ilə əldə etdiyi ünvan 1 ünvanını satarkən evin sənədləşdirilməsi üçün Məqsudənin məhkəmənin qətnaməsi ilə itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası oğludur. O, Məqsudə adlı qızla ailə quraraq Məqsudənin ailəsinin yaşadığı evdə həmin xanımla bir müddət yaşamış, lakin sonradan xalası oğlunun evin tək oğlu olmasını bildirmiş və onun öz evinə geri qayıtmasını xahiş etmişdir. Lakin ailə qurduğu xanım nə onların evlərinə gəlmiş, nə də onu görməmişlər. Təxminən 1 yaş beş aylıq bir oğlan uşağını həmin qızın anası gətirib Məhərrəmin yaşadığı evə, Məhərrəmin anasına təhvil verib getmişdir. Həmin vaxtdan sonra Məqsudə adlı qızdan heç bir xəbəri olmamışdır. Körpə uşağa xalası baxıb böyütmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, (Babayeva) X4 onun anasıdır. Lakin ona uşaq vaxtından nənə, babası baxıb böyütmüş, anasının harada olmasından isə xəbəri olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrinin dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan arayışdan görünür ki, X4 xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X2, anası X5r. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi ilə X4 xx.xx.1995-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X3 birgə nikahından 27 iyun 1996-cı il tarixdə anadan olmuş X8 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. İş materiallarında olan Gəncə şəhəri Pİ Nizami rayon Polis şöbəsinin xx.xx.2003-cü il tarixli arayışından görünür ki, X4 1998-ci il tarixdə itkin düşmüş kimi Nizami rayon Polis şöbəsi tərəfindən axtarılır, lakin bu günə kimi tapılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, (Babayeva) X4 qeydiyyatda yoxdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-16-709/2025 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində Məmmədova(Babayeva) Məqsudə Maarif qızının adının, ata adının, soyadının dəyişdirilməsi haqqında akt qeydi və doğum tarixinə düzəliş edilməsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -217.1--ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. -314.1-ci maddəsinə əsasən Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. -315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə məhkəmə araşdırmaları zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Məmmədova (Babayeva) Məqsudə Maarif qızının xəbərsiz itkin düşmüş hesab edilməsini güman etməyə kifayət qədər əsaslar vardır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş (Babayeva) X4 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Məmmədova (Babayeva) Məqsudə Maarif qızı xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar