Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1406/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 Fərhad oğlunun, Cavabdeh2 və Cavabdeh3, cavabdehlərin vəkili X7 iştirakı ilə, İddiaçı Fərhad oğlunun cavabdehlər Cavabdeh1 Fərhad oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarılmaları barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fərhad oğlu cavabdehlər Cavabdeh1 Fərhad oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Məmmədov X10 Adil Fərhad oğlunun qardaşı, Cavabdeh2 Cavabdeh1 Fərhad oğlunun oğlu, Cavabdeh3 isə Cavabdeh1 Fərhad oğlunun arvadıdır. Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı ərazi dairəsi, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı fərdi yaşayış evi İddiaçı Fərhad oğluna atası tərəfindən bağışlama müqaviləsi əsasında verilmişdir. Cavabdeh1 Fərhad oğlu və sonuncunun ailə üzvləri uzun müddət Rusiya Federasiyasında yaşamış və təxminən 5 il bundan əvvəl gəlib həmin evdə yerləşmişdir. Cavabdeh1 Fərhad oğlu mübahisə predmeti olan evdə yerləşərkən Gəncə şəhərində yerləşən 3 nömrəli orta məktəbin yaxınlığında torpaq sahəsi aldığını və orada fərdi yaşayış evi tikdirəcəyini bildirmişdir. İddiaçı Fərhad oğlu qardaşının sözlərinə inanaraq Cavabdeh1 Fərhad oğluna ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə yaşamalarına icazə vermişdir. Lakin Cavabdeh1 Fərhad oğlu iddiaçının tələblərinə baxmayaraq, uzun müddətdir ki, qeyd olunan fərdi yaşayış evindən çıxmır. Cavabdeh1 Fərhad oğlunun mənfi aludəçiliyi səbəbindən İddiaçı Fərhad oğluna məxsus fərdi yaşayış evinə tez-tez polis əməkdaşları gəlir. Buna görə də hazırda iddiaçının öz mülkiyyətində olan fərdi yaşayış evində yaşaması üçün şərait yoxdur. Qeyd olunan səbəbdən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İddiaçı Fərhad oğlu məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, 05 iyul 1966-cı ildə anadan olmuş və özünü dərk etdiyini andan Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə yaşadığını bilmişdir. Hətta Hətta 1989-cu ildə Cavabdeh3 ilə nikaha girərkən də Cavabdeh3 həmin ünvana gəlin köçmüş və orada yaşamış, onların birgə nikahlarından Cavabdeh2 da xx xxx 1991-ci ildə həmin ünvanda anadan olmuşdur. 1999-cu ildə isə maddi vəzyyətinin ağır olması ilə əlaqədar o, işləmək üçün Rusiya Federasiyasına getmiş və 2011-ci il tarixədək orada yaşamışdır. 1999-cu ildən 2011-ci ilədək olan müddət ərzində isə o, Azərbaycan Respublikasına gələrkən Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə yaşamış, ona və ailəsinə məxsus əşyalar da həmin evdə olmuşdur. Lakin sonradan ona məlum olmayan səbəblərdən onun qeydiyyatda olduğu ünvan ünvan 1 üzvləri heç vaxt həmin ünvanda yaşamamış, onların yaşayış yeri Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı ev olmuşdur. Hazırda bununla əlaqədar o, inzibati orqanın hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Onlar Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə yaşayırlar və həmin evlə onların qırılmaz əlaqələri mövcuddur. Digər tərəfdən iddiaçı ona məxsus fərdi yaşayış evinin olduğunu bildirsə də, o belə yaşayış yerinə malik deyildir, hazırda inşa edilməkdə olan evin isə heç bir hüquq müəyyənedici sənədi yoxdur, həmin tikili yaşayış üçün əlverişli deyildir və Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarıldığı halda onun yaşamağa heç bir yeri olmayacaqdır. Sonda İddiaçı Fərhad oğlu iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, 1989-cu ildə Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evə gəlin köçmüş və daimi olaraq, orada yaşamışdır. Digər Cavabdeh2 da onunla Cavabdeh1 Fərhad oğlunun birgə nikahından xx xxx 1991-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə anadan olmuşdur. Sonradan onların maddi vəziyyətləri pis olduğuna görə ailəvi şəkildə 1999-cu ildə işləmək üçün müvəqqəti olaraq, Rusiya Federasiyasına getmiş və müvəqqəti olaraq, orada yaşamışlar. 2011-ci ildə isə yenidən Azərbaycan Respublikasına qayıtmış və Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə yaşamağa davam etmişlər. 1999-cu ildən 2011-ci ilədək olan müddət ərzində ona və digər ailə üzvlərinə məxsus əşyalar Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə qalmış, həmin müddət ərzində Azərbaycan Respublikasına gələrkən qeyd olunan ünvanda yaşamışlar. 2011-ci il tarixdən hazırki tarixədək ötən müddət ərzində isə o, ailə üzvləri ilə birlikdə heç bir mübahisələndirmə olmadan iddia predmetini təşkil edən fərdi yaşayış evində yaşamışdır. Digər tərəfdən iddiaçı onlara məxsus fərdi yaşayış evinin olduğunu bildirsə də, onlar belə yaşayış yerinə malik deyillər, hazırda inşa edilməkdə olan evin isə heç bir hüquq müəyyənedici sənədi yoxdur, həmin tikili yaşayış üçün əlverişli deyildir və Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarıldığı halda onların yaşamağa heç bir yeri olmayacaqdır. Sonda Cavabdeh3 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, xx xxx 1991-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə anadan olmuş və daim həmin ünvanda yaşamışdır. Sonradan onların maddi vəziyyətləri pis olduğuna görə ailəvi şəkildə 1999-cu ildə işləmək üçün müvəqqəti olaraq, Rusiya Federasiyasına getmiş və müvəqqəti olaraq, orada yaşamışlar. 2011-ci ildə isə yenidən Azərbaycan Respublikasına qayıtmış və Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə yaşamağa davam etmişlər. 1999-cu ildən 2011-ci ilədək olan müddət ərzində ona və digər ailə üzvlərinə məxsus əşyalar Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdə qalmış, həmin müddət ərzində Azərbaycan Respublikasına gələrkən qeyd olunan ünvanda yaşamışlar. 2011-ci il tarixdən hazırki tarixədək ötən müddət ərzində isə o, ailə üzvləri ilə birlikdə heç bir mübahisələndirmə olmadan iddia predmetini təşkil edən fərdi yaşayış evində yaşamışdır. Digər tərəfdən iddiaçı onlara məxsus fərdi yaşayış evinin olduğunu bildirsə də, onlar belə yaşayış yerinə malik deyillər, hazırda inşa edilməkdə olan evin isə heç bir hüquq müəyyənedici sənədi yoxdur, həmin tikili yaşayış üçün əlverişli deyildir və Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarıldığı halda onların yaşamağa heç bir yeri olmayacaqdır. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehləri, habelə onların vəkillərini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli 114/2022 nömrəli daşınmaz əmlaka dair arayışdan görünür ki, X8 adına Kirovabad şəhəri, Dəmir yolu küçəsi, 109 saylı fərdi yaşayış evinin yerləşdiyi 820 kvadrat metr torpaq sahəsinə dair xx.xx.1962-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. X8 adına ünvanı Gəncə şəhəri, Dəmir yolu küçəsi, 117 olan bu mülkə xx.xx.1997-ci il tarixli 16201 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun xx.xx.1997-ci il tarixli 2V-1-97 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk (tikili «A»-da 42 kvadrat metr iki yaşayış otağı, 11,8 kvadrat metr dəhliz, 55 kvadrat metr zirzəmi, tikili «B»də 65,9 kvadrat metr üç yaşayış otağı, 32,2 kvadrat metr keçid, 26,7 kvadrat metr örtülü eyvan) X2 adına keçmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli 2v-1-151 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Azərbaycan küçəsi, 117 olan bu əmlak X2 adından X1 və İddiaçı Fərhad oğlunun adlarına keçmişdir. xx.xx.2005-ci il tarixli 4Ə-2-287 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X5 mülkdə olan payını İddiaçı Fərhad oğluna bağışlamışdır. İddiaçı Fərhad oğluna bu mülkə xx.xx.2005-ci il tarixli 16201 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə İddiaçı Fərhad oğluna Azərbaycan küçəsi, 117 saylı fərdi yaşayış evinə (istifadədə olan 0,028 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 42 kvadrat metr iki yaşayış otağı, 11,8 kvadrat metr köməkçi sahə, 55 kvadrat metr zirzəmi, tikili «B»-də 65,9 kvadrat metr üç yaşayış otaqları, 26,7 kvadrat metr köməkçi sahə) 15 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər «ASAN Xidmət» Mərkəzində notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-06-1535 sayış bağışlama müqaviləsinə əsasən İddiaçı Fərhad oğlu mülkün yerləşən 42 kvadrat metr yaşayış sahəsi, 11,8 kvadrat metr köməkçi sahəsi olan iki yaşayış otaqlı evdən ibarət olan hissəsini X3 bağışlamışdır. Əmlak bölündükdən sonra X3 Azərbaycan küçəsi, 117 saylı fərdi yaşayış evinə (istifadədə olan 0,0076 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 42 kvadrat metr iki yaşayış otağı, 11,8 kvadrat metr köməkçi sahə, 55 kvadrat metr zirzəmi) xx.xx.2014-cü il tarixli **********8 qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı Fərhad oğluna Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsi, 78 saylı fərdi yaşayış evinə (0,028 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 65,9 kvadrat metr üç yaşayış otağı, 78,5 kvadrat metr köməkçi sahə, 52,1 kvadrat metr açıq eyvan, tikili «B»-də 40 kvadrat metr xidməti bina, tikili «İ»-də 10 kvadrat metr talvar) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı Fərhad oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində ********** nömrəsi ilə qeydə alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı ev əvvəllər X2 mülkiyyətində olmuş, cavabdehlər İddiaçı Fərhad oğlu və Cavabdeh3 həmin şəxsin razılığı əsasında qeyd olunan evdə yaşayaraq, orada birgə təsərüfat aparmışlar. Cavabdeh2 isə xx xxx 1991-ci ildə İddiaçı Fərhad oğlunun və Cavabdeh3 birgə nikahından həmin şəxslərin qeyd olunan ünvanda yaşadıqları dövrdə anadan olmuşdur. Lakin 1999-cu ildə Cavabdeh1 Fərhad oğlu, Cavabdeh2 oğl və Cavabdeh3 müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmiş, cavabdehlərin bildirməsinə görə 2011-ci ildə, iddiaçının bildirməsinə görə isə 5 il bundan əvvəl Azərbaycan Respublikasına qayıdaraq, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişlər. Hazırda cavabdehlər ünvan 4 ünvanında qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı Məmmədov X14 şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsi, ev 78 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir və həmin tələbi irəli sürməsinə hər hansı maneə yoxdur. İddianın təmin olunmasına mane olan hal kimi cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması yoxlanılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin Cavabdeh1 Fərhad oğluna münasibətdə 1966-cı ildən, Cavabdeh3 münasibətdə 16 iyul 1989-cu ildən, Cavabdeh2 münasibətdə xx xxx 1991-ci ildən yarandığını nəzərə alaraq, hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Fərhad oğlu fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X2 uşağı olmaqla ailə üzvü kimi anadan olduğu, Cavabdeh3 X2 gəlini olmaqla, Cavabdeh1 Fərhad oğlunun arvadı kimi 16 iyul 1989-cu ildə gəlin köçdüyü, həmçinin Cavabdeh2 isə digər cavabdehlərin birgə nikahlarından doğulduğu vaxtdan qeyd edilən evdən istifadə hüququ əldə etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə isə istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında iddiaçının mülkiyyətində olan evdə cavabdehlərin uzun müddət yaşamadıqlarını, onların yaşayış sahəsini tərk etdiklərini və evə olan ehtiyaclarının aradan qalxdığını bildirərək, cavabdehlərin evdən çıxarılmalarını tələb etmişdir. Lakin iddiaçı cavabdehlərin könüllü şəkildə özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələrinə və cavabdehlərin yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, həmçinin son beş il müddətində cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşadıqlarını mübahisələndirməmişdir. Cavabdehlər başqa ünvanda heç bir hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evi inşa etməyə çalışsalar da, həmin fərdi yaşayış evinin inşası tamamlanmamışdır. Hazırda qeyd olunan sonuncu mənzildə cavabdehlərin istifadə və sahiblik hüququ, eləcə də başqa yaşayış yeri olmadığına görə onların mübahisəli evə ehtiyacı və həmin evlə əlaqələri kəsilməmiş, eləcə də istifadə hüquqları itirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarılmaları tələbinə dair iddia təmin edilməməlidir. «X9rşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1986-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, cavabdehlərin müəyyən müəyyən ərzində başqa yerdə yaşamasına baxmayaraq, həmin mənzillə daim əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. ««Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı Fərhad oğlunun cavabdehlər Cavabdeh1 Fərhad oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarılmaları tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Fərhad oğlunun cavabdehlər Cavabdeh1 Fərhad oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 78 saylı evdən çıxarılmaları barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1406/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1406/2022
02.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver