Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1417/2022 13.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində olan əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə 15.*9.2*2*-ci il tarixli 344 nömrəli əmrini qanunsuz hesab edib ləğv edilməsinə, işə bərpa olunmasına və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 2**9-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetində memarlıq və dizayn kafedrasında assistent müəllim kimi işə başlayıb 2*2*-ci ilin sentyabr ayınadək ADAU-nun "Dizayn" kafedrasında dizayn fənni üzrə müəllim işləmişdir. 2*2*-ci il sentyabr ayında universitetdə qəbulla əlaqəli kafedranın bağlanması bəhəanəsi ilə rəhbərlik tərəfindən əmək müqaviləsi birtərəfli qaydada pozulmuş, o, işindən ixtisara düşmüşdür. Ona bildirilmişdir ki, qəbulla əlaqəli kafedra bağlanıb. Ona görə də guya onu başqa kafedraya keçirəcəklər, yaxud da qəbulla əlaqədar kafedraya bərpa olunacaq. Pandemiya ilə əlaqədar o zamanlar dərslər də "onlayn" qaydada keçirildiyi üçün universitetlə əmək münasibətlərinin hansı qaydada davam etdiyi tam müəyyən olunmamışdır. Eyni zamanda həmin vaxtlar o və ailə üzvləri Covid 19 xəstəliyinə yoluxmuşlar və bir müddət ailəsi ilə birlikdə evdə müalicə olunaraq karantində qalmışlar. Bu müddət də telefonla universitetlə yaratdığı əlaqədə kafedra haqqında heç bir yeniliyin olmadığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, universitet rəhbərliyi oununla olan əmək müqaviləsini birtəfəfli qaydada pozmuş bu barədə ona məlumat verməyiblər. Yəni ona əmrin surətini və əmək kitabçasını göndərməyiblər. O, Məşğulluq idarəsinə iş və müavinət üçün müraciət etmişdir. Məşğulluq idarəsində ona bildirmişlər ki, o, ixtisara düşməmişdir, əmək müqaviləsinə xitam verildiyi üçün ona müavinət təyin oluna bilməz. Bundan sonra Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyində aparılan araşdırmalardan sonra ona rəsmi surətdə bildirdirmişlər ki, 16.*9.2*13-cü il tarixində bağlanmış X3 fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi müdiriyyət tərəfindən nəzərə alınmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin (X3 fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir) tələbi pozulmuşdur. Universitetin rəhbərliyi tərəfindən qanuni tələb pozularaq, 15.*9.2*2*-ci il tarixli 344 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "b" maddəsinə əsasən onunla əmək müqaviləsinə X3 kimi xitam verilmişdir, Əmək Müfəttişliyinin araşdırmalarından sonra ona göndərdikləri 17 mart 2*22-ci il tarixli rəsmi məktubdan sonra universitet rəhbərliyi tərəfindən hüquququn pozulduğunu bilmişdir. 2*21-ci noyabr ayinda əmək kitabçasını universitetdən götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68.2 maddəsinin "b" bəndinə əsaslanmışdır. Cavabdeh özü tərəfindən bir tərəfli qaydada və məqsədli hazırlanmış müqaviləyə xitam verməklə onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Onun əmək kitabçasında olan qeydiyyatlardan görünür ki, əmək müqaviləsi 16.*9.2*13-cü il tarixində X3 kimi bağlanmış, bundan sonra 2*14-2*19-cu il tarixdə hər il uzadılmışdır. Axırıncı uzadılma müddəti 15.*9.2*2*-ci ildə başa çatdığına görə, həmin vaxt cavabdeh birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. Onunla bağlanan əmək müqaviləsi fasiləsiz olaraq 7 ildən artıq bir müddəti əhatə edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə əmək müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar xitam verilmiş və ona son haqq hesab ödənilmişdir. Əmək müqaviləsinə xitam verilərkən əslində əmr düzgün tərtib olunmuşdur. İddiaçı əmək kitabçasını 16.*9.2*21-ci il tarixdə universitetin arxivindən götürmüş və iddia ərizəsində hüququnun pozulmasının əmək müfəttişliyinin araşdırılmalarından sonra ona göndərdikləri 17.*3.2*22-ciil tarixli məktubundan bildiyini qeyd etmişdir. Buna baxmayaraq o, məhkəməyə 1 ay keçdikdən sonra müraciət etmişdir. Bunla əlaqədar hesab edirlər ki, iş üzrə iddia tələbi iddia müddəti ötürülməklə irəli sürülmüşdür. İddianın əsassız olduğunu və iddia müddətinin tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İT-İ *1*7229 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.*9.2*11-ci il tarixdə X3 əsasında 3*.*6.2*12-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin memarlıq və dizayn kafedrasına əvəzçiliklə *,5 ştat vahidi ilə assistent vəzifəsinə təyin edilmişdir. *2.*7.2*12-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 16.*9.2*13-cü il tarixli əmrə əsasən memarlıq və dizayn kafedrasına assistent vəzifəsinə təyin edilmişdir. 15.*9.2*14-cüil tarixədən 15.*9.2*2*-ci il tarixədək əmək müqaviləsinin müddəti fasiələrlə 1 il uzadılmışdır. 15.*9.2*2*-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov tərəfindən imzalanmış 15.*9.2*2*-ci il tarixli, 344 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti kadrlar şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı *9.*9.2*2*-ci il tarixindən 15.*9.2*2*-ci il tarixinədək düşən 4 iş gününə 45,*5 manat məbləğində əmək haqqı 29.*9.2*2*-ci ildə işçinin kart hesabına köçürülmüşdür. İşə əlavə edilmiş həmin universitetin kadrlar şöbəsi tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı 16.*9.2*21-ci il tarixdə əmək kitabçasını təhvil almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 17.*3.2*22-ci il tarixli məktubdan görünür ki, iddiaçıya işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsi ilə bağlı iddia təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 15.*9.2*2*-ci il tarixdə xitam verilmiş, iddiaçı əmək kitabçasını isə 16.*9.2*21-ci il tarixdə əldə etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsindən 1 il 1* aydan artıq, və əmək kitabçasını əldə edilməsindən 1* aydan artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Halbuki, fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 296-cı madəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuş və o, əmək kitabçasını qəbul etdiyi vaxtdan hüquqlarının pozulduğu ona məlum olmuşdur. Bununla belə hüquqlarının pozulduğunu aşkar etdikdən sonra X4 Xidmətinə müraciət etmişdir. İddiaçı iddi müddətinin keçməsi ilə bağlı cavabdeh tərəfin verdiyi vəsatətə etiraz olaraq hüquqlarının pozulduğunu əmək müfəttişliyinin araşdırmalarından sonra 17.*3.2*22-ci il tarixli məktubdan məlum olduğunu bildirmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2*21-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Göründüyü kimi iddiaçı qeyd olunan qanunun tələblərinə əməl etmədən iddia tələbini qanunla müəyyən olunmuş iddia müddət keçdikdən sonra vermişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(125)-1417/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1417/2022
13.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver