Məhkəmə qərarları › İş №2(125)-1419/2022

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1419/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1419/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayon 3-cü Mikrorayon ev-21 mənzil-32 olan mənzili əvəzsiz olaraq atası- Cavabdeh7 tərəfindən bağışlanma yolu ilə onun adına rəsmiləşmiş və notariat kontorunda notarial qaydada bu barədə qeydiyyatda olan cavabdehlərin razılıq ərizələri mövcuddur. Onun hazırda başqa evi yoxdur. O, həmin mənzildə öz ailəsi ilə birgə 10 ildən artıq yaşayır. Gəncə şəhər DƏDRX-i tərəfindən ********** nömrəli çıxarışa əsasən həmin mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin ünvanda formal qeydiyyatdadırlar və Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yaşayırlar. O, xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhər Baş Polis İdarəsininə rəsmi ərizə ilə müraciət etmişdir, Gəncə şəhər Baş Polis İdarəsi ərizəyə cavab olaraq xx.xx.2022 tarixli 120-13553M-3222 cavab məktubu verilmişdir. Cavabdehlərin onun mənzilində formal qeydiyyatda qalması mülkiyyətçi olaraq hüquqlarını pozur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsini, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərədə tutulmuş qaydada məlumantlandırılmasına baxmayarq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən görünür ki, olar qeydiyyatda olduqları, X1 məxsus ünvan 1 nömrəli mənzilin bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1S-3603 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh7 ünvan 1 ünvanda yerləşən mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 21 ünvanında yerləşən 32 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında İddiaçı xüsusi mülkiyyətindir. İddiaçı tərəfindən ev əldə edildikdən sonra cavabdehlər həmin mənzildə yaşamamışlar, lakin formal olaraq mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatları qalmışdır. Cavabdehlər mənzilin bağışlanılması ilə mübahisəli mənzilə olan istifadə hüquqlarını itirmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusudur. Bağışlayan öz əşyası barədə bağışlama müqaviləsi bağladıqda mülkiyyət hüququnun, o cümlədən onun tərkib hissəsi olan istifadə hüququnun başqa şəxsə keçəcəyini qəbul edir. Eyni zamanda nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barədə ərizə verməsi Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən onun istifadə hüququna xitam verilməsi üçün əsasdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu əsaslarla məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının, Cavabdeh5, Cavabdeh6nın və Cavabdeh7nın mübahisəli evdən istifadə hüququnun saxlanması üçün qanuni əsas olmadığından həmin hüquqlar itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar