Məhkəmə qərarları › İş №2(125)-1432/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1432/2022

06.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1432/2022 06.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlunun iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X2 və "xxxx" MTK-a qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X2 və "xxxx" MTK-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ¼ , İddiaçı2 ¼, İddiaçı4 ¼ və İddiaçı3 ¼ paylər üzrə birgə mülkiyyətlərində olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 592,* kv.m həyətyanı torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının cavabdehlərin vəsaiti hesabına sökülməsinə və dövlət rüsumu kimi ödədikləri 1** manat pulun iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2**5-ci il tarixli 252467 nömrəli alqı-satqı müqaviləsinə əsasın ünvan 1 ünvanda 592.* kv.m torpa sahəsində yerləşən, ümumi sahəsi 36.7 kv.m olan iki yaşayış otağından ibarət olan fərdi yaşayış evini iddiaçılar satın almışlar. Onların hüquqları dövlət reyestrində qeydiyyata alınaraq bu barədə İddiaçı1 ¼ , İddiaçı2 ¼, İddiaçı4 ¼ və İddiaçı3 ¼ pay hissələri olaraq onların adına X6 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 11.*1.2**6-cı il tarixli, 21525 nömrəi Qeydiyyat Vəsiqəsi verilərək mülkiyyət hüquqları tanınmışdır. Onların mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 592.* kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi iki yaşayış otağından ibarət olmuşdur. Cavabdeh X1 və onun təmsil etdiyi “’İnkişaf’ MTK-nın müraciəti əsasında onlara məxsus fərdi yaşayış evinin yerində yeni hündürmərtəbəli binanın tikilməsi üçün onlara, mülklərinin həcmində binanın 1-ci mərtəbəsində qeyri yaşayış sahəsinin verilməsi barədə şifahi razılığa gəlmişlər. Lakin, cavahdeh sonradan bildirmişdir ki, onlara məxsus torpaq sahəsində lift və digər qurğuların olması ilə əlaqədər həmin binada ancaq 3** kv.m qeyri yaşayış sahəsi verə bilər. Lakin onlar bunula razılaşmamışlar. Bu barədə dəfələrlə cavabdeh X2 və onun təmsil etdiyi "İnkişaf’ MTK-nın rəhbərliyinə müraciət edərək verdiyi sözə əməl etməsinə dair müraciətləri cavabsız qalmışdır. Ona görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar hər biri ayrı-ayrılıqda iddianı müdafiə edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsində daha əvvəl yerləşmiş fərdi yaşayış evinin yerində cavabdeh tərəfdən inşa edilmiş binanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər və digər iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin və digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əlavə edilmiş məhkəmə aktlarından məlum olur ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Ş.İ.Xətai prospekti 131 ünvanında yerləşən mülkün yerləşdiyi sahəyə uyğun olaraq yeni tikilən binanın birinci mərtəbəsində 51* kvm yer ayrılaraq müqavilə əsasında onlara verilməsi, yaxud həmin sökülmüş mülkün əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin şəxslərdən vurulmuş maddi ziyan hesabına 17.6** manat və MTK-nin işgüzar nüfuzuna xələl gətirməklə vurulan ziyan hesabına isə 15.*** manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin *4 avqust 2**8-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququnun bərpasına və ədalətli əvəzin ödənilməsinə dair iddiasının qismən təmin edilməsi, ünvan 3 ünvanında inşa edilən binanın birinci mərtəbəsində 57.7 kvm sahənin iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 mülkiyyətlərinə verilməsi vəzifəsinin "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, həmin sahəyə dair iddiaçıların mülki hüquqlarının bərabər paylarla qeydiyyata alınması vəzifəsinin Azərbaycaf Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nin İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2*.11.2**8-ci il tarixli, 2(1*4)-952/2**8 saylı qətnaməsinə əsasən cavabdehlər "xxxx" MTK və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin bu iş üzrə *4 avqust 2**8-ci tarixli qətnaməsi dəyişdirilmiş; ünvan 4 ünvanda inşa edilən binadan 57 kv.m yaşayış sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 mülkiyyətinə verilməsi vəzifəsi "xxxx" Mənzil İstisma Kooperativinin üzərinə qoyulması; Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması; iddiaçılar İddiaçı1 və qeyrilərinin, nümayəndəsi X3 apellyasiya şikayətləri təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 13.*5.2**9-cu il tarixli, 2(1*2)-14*7/2**9 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının iş üzrə 2* noyabr 2**8ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X2 və "xxxx" MTK-a qarşı iddia ərizəsiylə müraciət edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsində daha əvvəl yerləşmiş fərdi yaşayış evinin yerində cavabdeh tərəfdən inşa edilmiş binanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Belə ki, əvvəlki məhkəmə mübahisəsi üzrə iddia tələbi olmuş fərdi yaşayış evinin əvvəlki vəziyyətinin qaytarılması üçün hazırkı məhkəmə mübahisəsi üzrə iddia tələbi olan həmin ünvanda tikilmiş binanın sökülməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırkı iş üzrə mübahisəyə yenidən baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.*.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X2 və "xxxx" MTK-a qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar