Məhkəmə qərarları › İş №2(125)-1436/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1436/2022

04.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1436/2022 04.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X8 və qarşılıqlı iddia üzrə cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə, İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “cavabdehin qanunsuz inşa etdirdiyi tikililərin onun vəsaiti hesabına sökülməsinə və torpağın əvvəlki vəziyyətinə gətirilməsi”nə dair ilkin iddiası, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı “alğı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz inşa etdirdiyi tikililərin onun vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə və tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə anadan olmuş və anadan gəlmə 1-ci qrup əlildir. ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi ünvan 2ci il tarixli 4Ə-237 nömrəli, alğı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Kəpəz Bələdiyyəsindən əldə etmişdir. Mülkə dair hüquqları dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına hüquqların X4 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsində, Cavabdeh tərəfindən müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan qanunsuz inşa edilmiş qanunsuz tikililəri sökməsinə dair Cavabdeh müraciət etmişdir. Cavabdehə bildirmişdir ki, bir insan kimi bu məsələnin həlli üçün ona məxsus 0,04 ha torpaq sahəsinə 10.000 (on min) manat kompensasiya ödəməsini təklif etsə də cavabdeh bildirmişdir ki, torpaq onundur və heç kəs onu torpaq sahəsindən çıxara bilməz. Cavabdeh ona məxsus torpaq sahəsində inşa etdirdiyi qanunsuz yarım tikililərlə ona məxsus 0,04 ha torpaq sahəsindən onun təyinatı üzrə istifadə etməsinə maneəçilik törətmişdir. Cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz, yarımçıq tikilini 2021-ci il tarixdən başlayaraq inşa etdirmişdir. Qarşılaşdığı məsələnin həll edilməsi ilə əlaqədar aidiyyətı üzrə dəfələrlə cavabdehə müraciətinə reaksiya verilmədiyindən o, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra ilkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkil) X6 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, iddiaçı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə və tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq mərhələsində iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən zəbt edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsindən çıxarılmasına, onun tərəfindən İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat xidmət haqqının cavabdehdən alınıb iddiaçıya verilməsini tələb etməyi qanunun müddəalarına müvafiqdir. Odur ki, Cavabdeh tərəfindən zəbt edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən iddiaçı olaraq İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat xidmət haqqının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdehlər İddiaçı və Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı “alğı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz bələdiyyəsinin İddiaçı ilə bağladıqları 19 fevral 2020-ci il tarixli 4Ə-237 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı o, təxminən biriki ay olar ki tanımışdır. Belə ki, İddiaçı onun ailəsinin və onun 1992-ci ildən faktiki istifadəsində olan Natəvan qəsəbəsində yerləşən 600.0 kv.m ölçüsü olan torpaq sahəsinə gələrək bildirmişdir ki, bu sahəni ona Kəpəz bələdiyyəsi satmış və mülkiyyət hüququ haqqında sənədləri də vardır. Sonra isə, Allahverdiyev torpaqla bağlı ona qarşı iddia ərizəsi vermişdir və ərizəsindən də bəlli olur ki, mübahisəli torpaq sahəsi heç vaxt onun istifadəsində olmamış və bu torpaq sahəsinə görə bələdiyyə ilə alğı-satqı müqaviləsi 19 fevral 2020-ci il tarixli 4Ə-237 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat kontorunda bağlanmışdır. Reyestr xidmətindən isə ona xx.xx.2020-ci il tarixli, ********** saylı mülkiyyət hüququ haqda çıxarış verilmışdır. O, hesab edir ki, onun neçə illərdir faktiki istifadəsində olan torpaq sahəsini Gəncə şəhəri Kəpəz bələdiyyəsinin İddiaçı satması qanunsuzdur və ona görə də, bu müqavilə etibarsız hesab edilməlidir. Allahverdiyevin ona qarşı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, bu ərazidə yerləşən torpaq sahələri alüminium zavodunda işləyənlərə bağ sahələri kimi ayrılmış, sonra isə sənədləşmə aparılmadığından işlər natamam qalmışdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir ki, “Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə də əldə edilə bilər.” Bu hüquq norması əsasında torpaq sahəsi ona verilmişdir. Bu torpaqlar 2019cu ildə bələdiyyə torpaqları hesab ediləndən sonra, bələdiyyələr torpaq sahələrinin faktiki istifadəçilərinin ərizəsi əsasında onların mülkiyyətlərinə satmağa başlamışlar. O, bu sahə üçün vergi ödəyicisi kimi qeydə alınaraq hər il vergisini ödəmiş və elə həmin vaxtlardan da ərizə vermişdir ki, torpaq sahəsi ona satılsın. Bələdiyyə əməkdaşları ərizəni qəbul etmiş, sənədləri tərtib etmiş, torpaq sahəsini yerində ölçmüş və bildirmişlər ki, ev tikməyə başlaya bilər. O, tək qadındır və xəstə uşağı var və borc-xərc etmiş, çətinliklə hörgü işlərini bir hissəsini etmişdir. İddiaçı isə heç vaxt bu torpaqdan istifadə etməmişdir. Ona torpaq sahəsini Kəpəz bələdiyyəsi öz təşəbbüsü ilə kömək kimi vermiş, lakin sahənin özü başqadır. Belə ki, torpağın yerini bələdiyyə işçisi ölçəndə sahələri səhv salmışdır. Bundan başqa, onun torpaqla bağlı digər bir şəxsdə onu məhkəməyə vermiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(043)-897/2022 nömrəli qətnaməsindən də aydın olur ki, mübahisəli torpaq sahəsi həmişə onun istifadəsində olmuşdur. Məhkəməyə izahat vermiş qonşu torpaqların sahibləri də şahid qismində bildirmişlər ki, ən azından 2013-cü ildən torpaq sahəsinin faktiki sahibi kimi onu tanıyırlar. Kəpəz bələdiyyəsi özünün həmin məhkəməyə təqdim etdiyi 28 mart 2022-ci il tarixli, 04/823 saylı məktubu ilə də təsdiq etmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və o, bələdiyyəyə bu torpağa görə vergi ödəyir. Ona görə də hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmənin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, 1-ci qrup əlil olduğuna görə 2019-cu ilin sonlarında Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lakin İcra Hakimiyyətindən ona Kəpəz Bələdiyyəsinə müraciət etməsi tövsiyə olunmuş, ona görə də 2020-ci ilin fevral ayında Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə müraciət etmiş və ona müsabiqədən və hərracdan kənar torpaq satılmasını xahiş etmişdir. Onun müraciətinə Kəpəz Bələdiyyəsi tərəfindən baxılıb müsbət cavab verilmiş və ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi 19 fevral 2020-ci il tarixli, 4Ə-237 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Kəpəz rayon bələdiyyəsinin sədri X2 tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisində ona satılmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona xx.xx.2020-ci il tarixdə müvafiq çıxarış verilmişdir. Bundan sonra ölkədə pandemiya və müharibə olmuş və aldığı torpaq sahəsinə baş çəkə bilməmiş, Bakı şəhərində olmuşdur. Daha sonra Bakı şəhərindən Gəncə şəhərinə qayıtmış və aldığı həmin torpaq sahəsinə baxmağa getmişdir. Bu zaman orada cavabdeh tərəfindən tikili işlərinin aparılmasını görmüşdür. O, cavabdehdən torpaq sahəsinin ona məxsus olmasını və tikintini işlərini dayandırmasını tələb etsə də sonuncu buna məhəl qoymamış və torpağın ona məxsus olmasını bildirmişdir. Halbuki, cavabdehin mübahisəli torpağa dair heç bir sənədi yoxdur və o, özbaşına həmin torpaq sahəsini tutmuşdur. Odur ki, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsini mərhum əri ölməzdən əvvəl, yəni 1992-ci tarixdə alüminium zavodda işlədiyinə görə almışdır. Onlar həmin torpaq sahəsində müəyyən tikililər aparmışlar. Lakin onların mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri olmasa da o, hər ay Kəpəz Bələdiyyəsinə həmin torpaqdan istifadə etdiyinə görə əmlak vergisi vermişdir. Hətta o, ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin ona verilməsi ilə bağlı Kəpəz Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, lakin başqa bir şəxs həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırdığına görə torpağın onun adına rəsmiləşdirilməsi prosesi dayanmışdır. Daha sonra həmin torpaq sahəsinin bələdiyyə tərəfindən İddiaçı satıldığını bilmişdir. O, iddiaçını əvvəllər tanımamış və sonuncu heç vaxt mübahisəli torpaq sahəsinə gəlib getməmişdir. Yalnız hazırki işə baxılmazdan əvvəl iddiaçı mübahisəli torpaq sahəsinə gəlib ona məxsus olduğunu bildirərək onların oradan çıxmasını tələb etmişdir. Həmin vaxt o, iddiaçıya mübahisəli torpaqdan uzun müddətdir ki, istifadə etdiyini bildirdikdə, iddiaçı ona pul müqabilində torpağı ona verə biləcəyini demiş, lakin aralarında razılıq baş tutmamışdır. Hesab edir ki, onun neçə illər faktiki istifadəsində olan torpaq sahəsini Gəncə şəhəri Kəpəz bələdiyyəsi İddiaçı satmaqda qanunsuzluğa yol vermişdir. Hazırda həmin torpaq sahəsində ev inşa etdirməklə yaşayış vardır. Həmin evin hər cürə şəraiti vardır. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X9 qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı 2020-ci ilin fevral ayında Kəpəz Bələdiyyəsinə müraciət edərək İ qrup əlil olduğuna görə ona müsabiqədən kənar torpaq satılmasını xahiş etmişdir. Onun müraciətinə Kəpəz Bələdiyyəsində baxılmış və təmin olunmuşdur. Belə ki, ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi 19 fevral 2020-ci il tarixli, 4Ə-237 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon bələdiyyəsinin sədri X2 tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisində İddiaçı satılmışdır. Daha sonra İddiaçı həmin torpaq sahəsinə çıxarış əldə etmişdir. Qeyd edir ki, mübahisəli torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmiş və orada yaşayış üçün tikili inşa etmişdir. Kəpəz Bələdiyyəsi bu faktı biləndən sonra tikilini dayandırmış, lakin Cavabdeh daha sonra fürsətdən istifadə edib tikilini başa çatdırmışdır. Həmin torpaq sahəsi İddiaçı mülkiyyətidir və torpaq sahəsi ona verilən zaman qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Cavabdeh isə ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi olmamışdır. Sadəcə olaraq İddiaçı topaq satılmazdan əvvəl Cavabdeh mübahisəli torpaq sahəsindən faktiki istifadə etdiyinə görə bələdiyyə tərəfindən ondan vergi tutulmuşdur ki, burada da heç bir qanunsuz bir hal yoxdur. Odur ki, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən verilmiş vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür k İddiaçı İ qrup əlildir. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Gəncə Şəhəri Kəpəz Rayon Bələdiyyəsi ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini alıcının- İddiaçı mülkiyyətinə vermiş-satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, **********06 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X14 Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 06 nömrəli iclas protokolundan çıxarışı və xx.xx.2019-cu il tarixli, 04/1894 saylı məktubu, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 170 saylı məktubu, Əmlak Məsələləri Dövlət komitəsinin Gəncə Ərazi şöbəsinin xx.xx.2019-cu il tarixli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktı və xx.xx.2019-cu il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayon Kəpəz Bələdiyyəsinin adına qeydiyyata alınmışdır və bələdiyyənin adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-237 saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi Kəpəz rayon Kəpəz Bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. İddiaçı Natəvan qəsəbəsi, Xosrov Məmmədov küçəsi, 39A saylı ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək oradan qanunsuz istifadə etməklə tikili inşa etdirmişdir. Cavabdeh iddiaçının öz torpağından istifadə etməsinə, mülkiyyət hüququnu həyata keçirməsinə imkan vermir. Cavabdehin mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada tikili inşa etməsi işin mübahisəsiz halıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdeh İddiaçı məxsus mübahisəli ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və torpaq sahəsinin üzərində tikili inşa etməklə oradan istifadə edir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4.-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia tam əsaslı olduğundan təmin edilməli, xx.xx.2020-ci il tarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad olunmalı, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş bütün tikili Cavabdeh vəsaiti hesabına sökülməli və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiada qeyd olunanlar qarşılıqlı iddia üzrə iddiaçının subyektiv fikirləri olmaqla onun təmin olunması üçün məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərinə sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ümumiyyətlə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinin İddiaçı ilə bağladıqları 19 fevral 2020-ci il tarixli, Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi üzrə alğı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni həll edərək məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi əsaslı olduğundan İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün hökumət ödəniş portalına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş NANBA LTD MMC-yə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad olunsun, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş bütün tikili Cavabdeh vəsaiti hesabına sökülsün və torpaq sahəsi İddiaçı təhvil verilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar