Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1437/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı Ərizəçi1 iştirakı ilə, iddiaçı Ərizəçi1 və Ərizəçi2 cavabdeh Maraqlı şəxs qarşı X1 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin miras əmlak olaraq iddiaçılar tərəfindən qəbul edilmə faktının müəyyən olunması və həmin əmlaka payların müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi1 və Ərizəçi2 cavabdeh Maraqlı şəxs qarşı X1 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin miras əmlak olaraq iddiaçılar tərəfindən qəbul edilmə faktının müəyyən olunmasını və həmin əmlaka payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi1 iddianı müdafiə edərək izahatında bildirdi ki, onun əri X7 02 may 2014-cü il tarixdə Gəncə şəhərində ölmüş, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi E.Ərizəçi2 miras olaraq qalmışdır. O, E.Ərizəçi2la birgə nikahlarından doğulmuş uşaqlarla birlikdə E.Ərizəçi2 ölümündən sonra da həmin evdə yaşamaqda davam etmiş, bununla da miras əmlakı faktiki olaraq qəbul etmiş və sahibliklərini davam etdirmişlər. Lakin 2022-ci ilin iyun ayında miras əmlakın öz aralarında qanuni şəkildə bölünməsi və adlarına rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etdikdə, cavabdeh notariat orqanına getməkdən imtina etmişdir. Buna görə də rəsmiləşdirmə işlərinin tamamlanması mümkün olmamışdır. Mirasın rəsmi qəbul müddəti başa çatdığına görə o və Ərizəçi2 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı Y.İ.Məmmədovanın izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. X2 onun yaşadığı evin qonşuluğunda yerləşən ünvan 1 ünvanında yaşamış və bir müddət Rusiya Federasiyasına getmişdir. 2013-cü ildə X7 Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra, ailə üzvləri Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs ilə birlikdə həmin ünvanda yaşamışdır. 2014-cü ildə X5 ölümündən sonra E.Ərizəçi2 həmin ailə üzvləri orada yaşamaqda davam etmişlər və hazırda da onunla qonşudurlar. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən ona məxsus fərdi yaşayış evi vardır və o, həmin evi 2007-ci ildə almışdır. Buna görə də o, X2nun 2014-cü ildə öldüyü tarixədək, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşadığını, E.Ərizəçi2 ölümündən sonra isə həmin şəxsin ailə üzvlərinin qeyd olunan ünvanda yaşamaqda davam etdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, əvvəllər Bakı şəhərində yaşamış, lakin 5 il bundan əvvəl yaşamaq üçün Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən babasına məxsus ünvana köçmüşdür. Bundan əvvəl isə o, şəxsi işləri ilə əlaqədar mütəmadi olaraq Gəncə şəhərinə gəlib-getmişdir. Qeyd olunan səbəblərdən də o, Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs ünvan 1 ünvanında yaşadıqlarını bilmişdir. İşdə olan MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli, 1462 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür və ölən günədək ünvan 4 ünvanında yaşamışdır. E.Ərizəçi2 ailə üzvləri: arvadı Ərizəçi1, qızı Maraqlı şəxs və oğlu Ərizəçi2 ibarət olmuşdur. İşdə olan İ-ЖГ seriyalı 356738 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 may 1972-ci ildə anadan olmuşdur. X5 atası Ərizəçi2 Qulu oğlu, anası X6r. İş materiallarında olan İİİ-ЖГ seriyalı 429682 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 Qulu oğlu 25 yanvar 1989-cu ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 816259 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 iyun 2016-cı ildə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 662972 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 may 2014-cü ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 352503 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və Ərizəçi1 nikahlarını 14 sentyabr 2007-ci ildə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 913 nömrəsi ilə qeydə aldırmışlar. İşdə olan İİ-MЮ seriyalı 488092 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx xxx 1999-cu ildə anadan olmuşdur. Maraqlı şəxs atası X7, anası Ərizəçi1dır. İş materiallarında olan İ-AZ seriyalı 063652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 30 may 2007-ci ildə anadan olmuşdur. İşdə olan 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən Ərizəçi1 ünvanlanmış 03 iyun 2022-ci il tarixli 1326 nömrəli məktubdan görünür ki, Ərizəçi1 mirasın qəbul müddətini keçirdiyinə görə ona mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət hüququ izah edilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 yaşadığı ünvan 5 ünvanının əmlak və torpaq vergisini xx.xx.2015-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə ödəmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, X8 və Ərizəçi1 nikahlarını 14 sentyabr 2007-ci ildə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 913 nömrəsi ilə qeydə aldırmış, onların birgə nikahlarından xx xxx 1999-cu ildə Maraqlı şəxs, 30 may 2007-ci ildə isə Ərizəçi2 anadan olmuşdur. E.Ərizəçi2 atası Ərizəçi2 Qulu oğlu 25 yanvar 1989-cu ildə, anası X9 isə 29 iyun 2016-cı ildə ölmüşdür. X5 ölümündən sonra onun birinci növbədə vərəsələri Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs həmin şəxsdən miras qalmış Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evini qəbul edərək əmlaka faktik sahiblik və idarəçilik etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs oğlu X1 miras qalmış evi faktik qəbul edərək həmin evi öz əmlakları kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişlər. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs X5 ölümündən sonra Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 45 saylı evdə yaşadıqlarını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq, X5 ölməsi ilə həmin miras əmlak onun vərəsələri Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs oğlu tərəfindən qəbul edilmiş, onlar əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışlar. Qeyd olunanlar iş üzrə dindirilmiş şahidlərin ifadələri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və X1 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evindən ibarət olan miras əmlakın Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə X3 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evindən ibarət olan miras əmlakın üç vərəsə tərəfindən qəbul edildiyini və həmin vərəsələrin hamısınun bərabər pay hüquqlu vərəsələr olduğunu nəzərə alaraq, hesab edir ki, Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs oğlunun hər birinin miras əmlakda bərabər, yəni 1/3 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 iddiası təmin edilsin. X1 miras qalmış, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evindən ibarət mirasın iddiaçılar Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X1 miras qalmış, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngədə, 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38,5 kvadrat metr yaşayış, 29,9 kvadrat metr köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evindən ibarət mirasda Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs hər birinin 1/3 (üçdə bir) hissədə payları müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1437/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1437/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver