Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1439/2022 07.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Müseyib qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Gəncə şəhəri, Tağı Arani küçəsi (hazırki Azərbaycan Bayrağı küçəsi), 1-ci döngə, 9 saylı binanın 22 saylı ünvanına vərəsəlik hüququn tanınması və həmin evdən istifadə etməsinə dair cavabdehin törətdiyi maneənin aradan qaldırılması barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Gəncə şəhəri, Tağı Arani küçəsi (hazırki Azərbaycan Bayrağı küçəsi), 1-ci döngə, 9 saylı binanın 22 saylı ünvanına vərəsəlik hüquqlarının tanınması və həmin evdən istifadə etmələrinə dair cavabdehin törətdiyi maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 Cavabdeh ilə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etdiklərininə görə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin baxılmamış saxlanılmasının hüquqi nəticələrinin ona məlum olduğunu, özünün və digər iddiaçıların ərizəsinin artıq məhkəməyə təqdim edildiyini bildirdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin qaytarılmasına razı olduğunu bildirdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Gəncə şəhəri, Tağı Arani küçəsi (hazırki Azərbaycan Bayrağı küçəsi), 1-ci döngə, 9 saylı binanın 22 saylı ünvanına vərəsəlik hüququn tanınması və həmin evdən istifadə etməsinə dair cavabdehin törətdiyi maneənin aradan qaldırılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1439/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1439/2022
07.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver