Məhkəmə qərarları › İş №2(125)-1452/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1452/2024

11.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1452/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 İsrail oğlunun, cavabdeh X3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 İsrail oğlunun Cavabdeh qarşı «daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və Rzayev X2 Ramik Rəşid oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı ünvan 1 evlərin sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1452/2024 nömrəli qərardadı ilə həmin tələb barədə iddiaya dair mülki iş üzrə icraata «torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması» hissəsində xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, izahatında göstərdi ki, ünvan 1 ünvanlara dair rekvizitlər, yəni kordinatlar və digər məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən düzgün müəyyən edilməmiş, nəticədə onun hüquqları pozulmaqla Cavabdeh mülkiyyət hüququ əsassız olaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna görə də Cavabdeh adına verilmiş çıxarış qanunsuzdur və ləğv edilməlidir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh mülkiyyət hüququnun qeydə alınması zamanı rekvizitlər, yəni kordinatlar və digər məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən düzgün müəyyən edilməmişdir. Bu isə onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, onun ünvan 2 ünvanlara dair mülkiyyət hüququ X1 vərəsəlik qaydasında keçmişdir. Həmin əmlakların sərhədləri R.M.Əliyevin mülkiyyətində olduğu zaman mövcud sərhədlərlə əhatə olunmuş, sonradan həmin sərhədlər hər hansı formada dəyişdirilməmişdir. Buna görə də iddia əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək, hesab edir ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azırbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın müahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmədə baxılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə (vərəsəlik şəhadətnaməsinə) əsaslansa da, İddiaçı1 və İddiaçı2 İsrail oğlu həmin hüquq müəyyənedici sənədi deyil, ondan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətini və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, hesab edir ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə İddiaçı1 və İddiaçı2 izah etməyi zəruri hesab edir ki, həmin şəxslər ünvan 1 ünvanlara dair qeydiyyatı düzgün hesab etmədikləri halda qeydiyyatın düzgün aparılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, inzibati orqanın qəbul etdiyi qərarının qanuniliyini (hərəkət və ya hərəkətsizliyini) mübahisələndirdikləri halda isə həmin qərarın ləğvi (etibarsızlığı) barədə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:354211687; qəbzin nömrəsi:5059; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 İsrail oğlunun Cavabdeh qarşı «daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı1 və İddiaçı2 İsrail oğluna izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:354211687; qəbzin nömrəsi:5059; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar