Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1474/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə Maraqlı şəxs3 nümayəndəsi və maraqlı şəxs X11 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər 1 X19 “ASAN xidmət” mərkəzinin Notariat ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3) “mirasın qəbul edilməsi faktının müəyyən ediləsinə” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Əriəzçi Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, mərhum X7 miras qalmış Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 90 saylı fərdi yaşayış evinə görə mirası qəbul etməyi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əri X13 məxsus Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 90 saylı fərdi yaşayış evi vardır. Ev iki otaqlı olmaqla 0,0348 ha torpaq sahəsində yerləşir. O, Qabil Mövlayevin sağlığından hazırkı vaxta qədər həmin mülkdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. X15 ilə xx.xx.1991-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs3 doğulmuşdur. Övladlarının heç biri mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Maraqlı şəxs3 hələ atasının sağlığından ailə həyatı quraraq Türkiyə Respublikasına köçmüş, Maraqlı şəxs2 isə başqa ünvanda yaşamışdır. X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qabil Mövlayevin atası Maraqlı şəxs2 Adil oğlu xx.xx.2022-ci il tarixdə, anası X4 24 may 2006-cı il tarixə vəfat etmişlər. Hazırda mirası faktiki qəbul edən birinci növbə vərəsə olaraq, miras mülkə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Lakin, mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməyi ilə əlaqədar 1 X19 "ASAN xidmət" mərkəzində Notariat ofisi mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iclasında ərizəçi və təmsilçisi hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs3 nümayəndəsi və maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etməyərək bildirdi ki, X6 vəfat edəndən sonra Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 90 saylı fərdi yaşayış evində anası Ərizəçi yaşamışdır. Atası vəfat etdiyi o vaxt o hərbi xidmətdə olmuşdur, 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək hərbi xidmətdə idi. O, xidmətdən qayıdanadək anası həmin evdə tək yaşamışdır, hazırda birgə yaşayırlar. Bacısı Əfsanə isə təsmini 3-4 ildir Türkiyə Respublikasında yaşayır. Atası vəfat etdiyi zaman gəlmiş və yasdan sonra təkrar oraya qayıtmışdır. Yaşadıqları evin keçmiş nömrəsi 90 idi, hazırkı nömrəsi isə 132-dir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 1 X19 “ASAN xidmət” mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1991-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X1 nikahı xx.xx.1991-ci il tarixdə 8 nömrə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mövlayev, arvada Mövlayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilən AZ-İ seriyalı 190833 saylı “Ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 306078 saylı “Ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 Adil oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 181763 saylı “Ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1962-ci il tarixli, AZ 009664 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1962-ci ildə Daşkəsən rayonunun Xaşbulaq kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs2 Adil oğlu, anası X2r. İş materiallarında olan İ-AZ 124530 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X6, anası Ərizəçidır. İş materiallarında olan AZ-T 154041 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. X6, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş 1 X19 “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar: Əri (arvadı): Ərizəçi (xx.xx.1971), qızı: Maraqlı şəxs3 (xx.xx.1994) və oğlu: Maraqlı şəxs2 (xx.xx.2000). İş materiallarında olan 1 X19 «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 47 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddətini keçirmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* serialı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsində mülkiyyətində olan 0.0348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.3 kv.m yaşayış, 62.9 kv.m köməkçi sahədən ibarət 90 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Maraqlı şəxs3 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, X6nun ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs2 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, X6nun ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 1990-cı ildən Nəzakətlə qonşudurlar, Nəzakət qonşuluğa gəlin köçmüşdür. O, Ə.Əliyev küçəsi 88 ünvanında yaşayır, ünvanın yeni nömrəsi 130-dur. Qabil Nəzakətin həyat yoldaşı idi, 2021ci ilin oktyabr ayının 7-də vəfat etmişdir. Nəzakət Ə.Əliyev küçəsi 90 nömrəli evdə yaşayır. Qabil vəfat edəndən sonra həmin evdə ailəsi yaşamağa davam etmişdir. Qabil vəfat edəndə oğlu İsa hərbi xidmətdə idi, xidməti başa vurduqdan sonra qayədəb anasıyla həmin evdə yaşamağa davam etdi. Qabil vəfat edəndə qızı X3 gəldi, yas mərasimindən sonra geri qayıtdı. Oğlu İsa qayıdana kimi Nəzakət həmin evdə tək yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Nəzakət onun qonşusu, rəhmətlik Qabilin yoldaşıdır. O, Ə.Əliyev küçəsi 94,92 ünvanında yaşayır, Nəzakət isə 90 nömrəli evdə yaşayır. Qabil 2021-ci ilin oktyabr ayında vəfat etmişdir, sonrasında evdə Nəzakət tək yaşamışdır. Qabil vəfat edəndə oğlu İsa hərbi xidmətdə idi. Qızı Əfsanə isə Türkiyə Rüspublikasında yaşayır. Qabil vəfat edəndən sonra Nəzakət evdə tək yaşamışdır, oğlu İsa hərbi xidmətdən qayıdandan sonra anasıyla yaşamağa davam etdi. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 90 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə mərhum X13 məxsus olmuşdur. O, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış arvadı Ərizəçi həmin yaşayış evinə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanın uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında ərizəçinin və maraqlı şəxsin izahatları, şahid ifadələri, eləcə də iş materialları ilə müəyyən olundu ki, ərizəçinin övladları miras əmlakı faktiki qəbul etməmiş, həmçinin miras əmlakdan ərizəçinin xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X15 öldükdən sonra onun arvadı - Ərizəçi ərindən qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, X7 miras qalmış Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 90 nömrəli fərdi yaşayış evinin Ərizəçi qızı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X7 miras qalmış Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 90 nömrəli fərdi yaşayış evinin Ərizəçi qızı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1474/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1474/2023
11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver