Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1497/2023 03.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Ərizəçi «nəqliyyat vasitəsinin mövcud olmaması faktının müəyyən edilməsi» barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, «Moskviç 2140» markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırda mövcud olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi ərizədə «Moskviç 2140» markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bu və ya digər qaydada başqa şəxsin faktiki sahibliyinə verdiyini, nəqliyyat vasitəsinə dair sənədlərin də həmin şəxsdə qaldığını, lakin hazırda həmin şəxsin kimliyini xatırlamadığını, buna görə də nəqliyyat vasitəsini mülkiyyətindən çıxarda bilmədiyini göstərmişdir. Halbuki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə görə mexaniki nəqliyyat vasitəsi — asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 5.1-ci bəndinə görə nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda; nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; nəqliyyat vasitələri çıxdaş edildikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verilir. Mülkiyyətçilərin istəyindən asılı olaraq, onlara 4.6-cı bəndin 5-ci hissəsində nəzərdə tutulmuş formada arayış verilə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi nəqliyyat vasitəsinin çıxdaş edilməklə əlaqədar dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə aiddir. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətini və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Həmçinin Ərizəçi izah edilməlidir ki, mülkiyyətində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi onun özündə olmadığı halda Ərizəçi həmin şəhadətnamənin dublikatını əldə etməklə nəqliyyat vasitəsinin çıxdaş edilməsi üçün həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməli və həmin müraciət əsasında nəqliyyat vasitəsinin çıxdaş edilməsi məsələsi nəzərdən keçirilməli, Ərizəçi inzibati orqanın qərarının (hərəkət və ya hərəkətsizliyini) qanuniliyini mübahisələndirdiyi halda isə həmin qərarın ləğvi barədə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:139071256; qəbzin nömrəsi:2451; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi «nəqliyyat vasitəsinin mövcud olmaması faktının müəyyən edilməsi» barədə ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:139071256; qəbzin nömrəsi:2451; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1497/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1497/2023
03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver